İDMAN
Dünya kuboku yarışlarında qızıl medal qazanan gimnastımız Bakıya qayıdıb
Bakı, 1 may, AZƏRTAC
Misirin paytaxtı Qahirədə idman gimnastikası üzrə dünya kuboku yarışlarında qızıl medal qazanan Azərbaycanın təmsilçisi Nikita Simonov Bakıya qayıdıb.
AZƏRTAC xəbər verir ki, idmançını Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, gimnastın yaxınları, azarkeşlər və media nümayəndələri qarşılayıblar.
Yarışın yaxşı keçdiyini bildirən N.Simonov bildirib ki, bu, dünya kuboku yarışlarının cari ildə təşkil olunan dördüncü mərhələsi idi: “Nəticə aşağı-yuxarı uğurlu alındı və birinci yeri tutdum. Xallar çox yaxşı, hətta ideal oldu”.
Gimnast vurğulayıb ki, daha vacib yarışlar məni gözləyir. “Bundan sonra həmin turnirlərə hazırlaşacağam. Xüsusilə, dünya çempionatı olduqca önəmlidir. Çempionat “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Bütün diqqətimi həmin yarışa yönəldəcəyəm”, - deyə idmançımız qeyd edib.
Qeyd edək ki, N.Simonov turnirdə halqalarla hərəkətin icrasında birinci olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [11:36]
Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- 03.06.2024 [11:05]
Azərbaycan millisinin üzvü Braziliya klubu ilə anlaşıb
- 03.06.2024 [10:31]
“Araz-Naxçıvan” futbolçusu ilə müqaviləni uzadıb
- 03.06.2024 [10:28]
“Qarabağ” tarixində 20-ci titulunu əldə edib
- 03.06.2024 [10:18]
Abdullah Zubir “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib
- 03.06.2024 [08:42]
Qəbələdə keçirilən beynəlxalq basketbol turnirində qalib bu gün bəlli olacaq
- 02.06.2024 [23:53]
Dünya Qadın Seriyası: Azərbaycan basketbol millisi 1/4 finala yüksəlib
- 02.06.2024 [23:41]