CƏMİYYƏT
DÜNYA SƏHİYYƏ TƏŞKİLATI UŞAQLARIN SAĞLAMLIĞINA DAİR PROQRAM HAZIRLAMAĞI NƏZƏRDƏ TUTUR
Dünya Səhiyyə Təşkilatı (DST) uşaqların sağlamlığının mühafizəsinə yönəldilmiş proqram hazırlamağı nəzərdə tutur. Bu məqsədlə iyulun 14-də Vyanada DST milli ofislərinin nümayəndələrindən ibarət xüsusi işçi qrupunun “Uşaqların sağlamlığı və ətraf mühit” mövzusunda ilk görüşü açılmışdır. DST-nin Bakı nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Azərbaycanı görüşdə “Ətraf mühitin gigiyenası” milli proqramının əlaqələndiricisi Fuad Mərdanlı təmsil edir. İki gün davam edəcək görüş zamanı müxtəlif ölkələrin bu sahədə təcrübəsi və qanunvericilik bazaları müzakirə olunacaq, müvafiq proqramların əsas mərhələləri müəyyənləşdiriləcəkdir.