Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Dünya Xəbər Agentlikləri Konqresi Şurası iclasının və AZƏRTAC-ın 95 illik yubileyi mərasiminin iştirakçıları ilə görüş VİDEO

Bakı, 2 mart, Cavid Bədəlov, AZƏRTAC

Martın 2-də Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi Şurası (NACO) iclasının və AZƏRTAC-ın 95 illik yubileyi mərasiminin iştirakçıları ilə görüşüb.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvlərinə və agentliyin 95 illik yubileyi münasibətilə Bakıya gəlmiş qonaqlara təşəkkürünü bildirdi.

Aslan Aslanov dedi ki, beynəlxalq münasibətlər sisteminin yenidən formalaşdığı şəraitdə informasiyanın əhəmiyyəti daha geniş, qlobal xarakter alır. Dünya gözlərimizin önündə dəyişir. O, heç də həmişə bizim istədiyimiz kimi dəyişmir. Çünki zamanın öz çağırışları var və biz ona cavab verməyə məcburuq. Bu baxımdan bizim hamımızı, xüsusən klassik, ənənəvi media təmsilçilərini düşündürən xeyli suallar meydana çıxır. Bəzən oyun qaydalarının pozulduğu, piar xarakterli informasiyaların xəbər məkanını doldurduğu bir vaxtda, müasir texnologiyaların inqilabi dəyişikliklər dalğası fonunda bu sualların cavabını tapmaq informasiya istehsalçıları olaraq bizim üzərimizə düşür.

Baş direktor dedi: “Bu suallara cavab tapmaq üçün biz Avropa Xəbər Agentlikləri Alyansının həm yaz, həm də payız sessiyalarında, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Alyansının toplantılarında, həmçinin demək olar ki, bütün qitələrdə həm siyasətçilərin, həm elm adamlarının, həm də media təmsilçilərinin diqqətini cəlb etmiş Bakı Beynəlxalq Humanitar Forumunda ətraflı fikir mübadilələri, geniş müzakirələr aparırıq”.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov görüşdə çıxış edərək Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən növbəti iclasının iştirakçılarını və AZƏRTAC-ın 95 illik yubileyi mərasimində iştirak edən yaxın-uzaq xarici ölkələrin informasiya agentliklərinin rəhbərlərini qədim tarixə və zəngin mədəniyyətə, demokratik ənənələrə malik Azərbaycanın paytaxtında salamladı.

Əli Həsənov Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarın 2013-cü ilin noyabrında Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyadda - qurumun IV Konqresində qəbul olunduğunu xatırlatdı. Bildirdi ki, qərara əsasən, AZƏRTAC 2016-2019-cu illərdə Konqresə sədrlik edəcək. Prezident Administrasiyasının rəsmisi Azərbaycana göstərilən bu yüksək etimada görə Konqres Şurasının və üzv agentliklərin rəhbərlərinə minnətdarlığını bildirdi.

Əli Həsənov qeyd etdi ki, həmçinin 2016-cı ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası Dünya Xəbər Agentliklərinin V Konqresi ilə eyni vaxtda Bakıda keçiriləcək. OANA da UNESCO-nun qərarı ilə yaradılan nüfuzlu beynəlxalq media qurumlarından biridir. OANA-nın növbəti Baş Assambleyasının Azərbaycanda keçirilməsi barədə qərar 2013-cü ilin sentyabrında Moskva toplantısında qəbul olunub. Biz bu qərarları Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasının, həmçinin ölkənin milli informasiya agentliyi olan AZƏRTAC-ın dünya informasiya məkanına inteqrasiyasının daha bir təsdiqi kimi qiymətləndiririk.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi dedi ki, Azərbaycan tarixən Şərq ilə Qərbin, sivilizasiyaların qovuşduğu və bütün dövrlərdə yüksək tolerantlığı, qonaqpərvərliyi ilə tanınan ölkədir. Azərbaycan həm də müsəlman Şərqində 97 il əvvəl parlamentli ilk demokratik respublikanın qurulduğu, 142 il əvvəl ilk dünyəvi teatrın, 107 il əvvəl ilk operanın yarandığı, 140 il əvvəl ilk qəzetin nəşrə, 95 il əvvəl isə ilk milli informasiya agentliyinin fəaliyyətə başladığı ölkədir.

Azərbaycanda yaradılan demokratik respublika 1920-ci ildə sovet imperiyasının hərbi təcavüzü nəticəsində süquta uğradı. Azərbaycan 70 il sovet imperiyasının tərkibində yaşamağa məcbur oldu. Bu illərdə respublikamızın dünya informasiya məkanına birbaşa çıxış imkanları yox dərəcəsində idi. Azərbaycan öz mədəniyyətini, tarixi həqiqətlərini sərbəst şəkildə dünyaya çatdıra bilmirdi. Bu illərdə sovet ideologiyasına uyğun jurnalistika ənənələri formalaşmışdı. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə mediamız beynəlxalq informasiya məkanına inteqrasiya etməyə, dünyada formalaşan jurnalistika ənənələrindən bəhrələnməyə başladı, ölkədə azad media formalaşdı. Bunun üçün çox mühüm siyasi və hüquqi islahatlar həyata keçirildi, qanunvericilik bazası formalaşdırıldı. 1998-ci ildə mətbuat üzərində senzura ləğv edildi. Daha bir il sonra “Kütləvi informasiya vasitələri haqqında” Avropa standartlarına cavab verən Qanun qəbul olundu.

Bu demokratik islahatlar sırasına, həmçinin mətbuatın fəaliyyətinə nəzarət funksiyasını həyata keçirən nazirliyin ləğv olunması, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunların qəbul edilməsi və digər tədbirlər daxildir. 2008-ci ildə media ilə bağlı daha bir mühüm hüquqi sənəd qüvvəyə mindi. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” adlanan bu sənəddə fikir, söz və mətbuat azadlığının inkişaf etdirilməsinin əsas müddəaları əksini tapıb.

Əli Həsənov dedi: “Bütün bunları sadalamaqda məqsədim odur ki, Azərbaycanda azad, demokratik, dünyəvi informasiya mühiti formalaşdırılması istiqamətində davamlı və məqsədyönlü iş aparıldığı barədə sizdə aydın təsəvvür yaransın. İndi Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir. Hazırda ölkə mediası tam sərbəstdir və istənilən mövzuda yaza bilir, istədiyi məsələni qaldırır, ictimai müzakirəyə çıxarır. Təsəvvür edin ki, Azərbaycanda 5 minə yaxın KİV qeydiyyatdan keçib, 40-a yaxın gündəlik, 300-dən çox həftəlik və aylıq qəzet, 100-dən çox jurnal, 55 televiziya və radio kanalı, çoxsaylı internet resursları, 20-yə yaxın informasiya agentliyi fəaliyyət göstərir.

Ölkədə internetə giriş də tam sərbəstdir. Respublikanın ən ucqar regionunda belə həm mobil, həm də digər internet kanallarına çıxış var. Bu, eyni zamanda, ölkəmizdə sosial medianın əhatə dairəsinin genişlənməsinə şərait yaradır. Yalnız “Facebook” istifadəçilərinin sayı 1 milyon yarıma yaxınlaşır”.

Prezident Administrasiyasının rəsmisi bildirdi ki, bu gün dünyada gedən qloballaşma proseslərində müasir media qarşısında mühüm vəzifələr durur. Onlar müəyyən problemlərlə, deyərdim ki, bəzən hətta ciddi, taleyüklü problemlərlə qarşılaşırlar. Kəskin rəqabət gedir. Əlbəttə, media qurumları arasında rəqabət təbiidir. Amma gərək bu rəqabət sağlam zəmin üzərində aparılsın, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, onları daha da zənginləşdirməyə yönəlsin.

Təəssüf ki, bəzən biz bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta çox nüfuzlu xəbər agentlikləri tərəfindən müxtəlif rakursda işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya yol tapır. Bu isə beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur. Müxtəlif media qurumlarının, xəbər agentliklərinin əlbəttə, öz informasiya siyasəti var. Bu, belə də olmalıdır. Lakin obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacibdir. Biz yalnız bu halda sağlam düşüncəyə əsaslanan ümumi anlaşmaya nail ola bilərik. Bu, xüsusən indi - bəşəriyyətin siyasi qarşıdurmalar, terrorizm, separatçılıq, dini ekstremizm, transmilli cinayətkarlıq kimi təhlükələrlə üzləşdiyi bir vaxtda daha vacibdir. İnsanların obyektiv informasiya ala bilməsi onlara təkcə öz ölkələrində deyil, həm də ümumən dünyada baş verən hadisələri doğru-düzgün qiymətləndirmək imkanı verir.

Sonda Əli Həsənov bu mötəbər iclasda səmərəli dialoq, qarşıya qoyulan vəzifələrin həlli yollarının tapılmasında uğurlar arzuladı. “Hamınızı 2016-cı ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində görməyə şad olacağıq”, - deyə Əli Həsənov bildirdi.

Sonra Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Xəbər Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn çıxış edərək qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələrinin iştirak edəcəkləri Konqres Şurasının Bakı iclasında səmərəli müzakirələrin aparılacağını bildirdi, AZƏRTAC-ın 95 illik yubileyi münasibətilə təbriklərini çatdırdı. O, 2016-cı ildə Bakıda keçiriləcək V Konqresə AZƏRTAC tərəfindən aparılan hazırlıq işlərini yüksək qiymətləndirdi.

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press Association agentliyinin baş icraçı direktoru Klayv Marşal hər dəfə Azərbaycana gələndə ölkəmizdə sürətli inkişafın şahidi olduğunu söylədi. O, Azərbaycanda media sahəsinin də inkişaf etdiyini diqqətə çatdırdı. K.Marşal EANA-ya üzv agentliklərin bu gün dünyanın nüfuzlu informasiya qurumları olduqlarını vurğuladı. Bu agentliklərin arasında AZƏRTAC-ın da olmasından məmnunluğunu bildirdi. O, 2016-cı ildə - Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd ediləcəyi bir vaxtda AZƏRTAC-ın ev sahibliyi ilə V Konqresin yüksək səviyyədə keçəcəyinə əminliyini bildirdi.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf etdiyini bildirdi. İki il əvvəl ilk dəfə Bakıya gəldiyini və ötən müddətdə şəhərdə böyük dəyişikliklər gördüyünü vurğulayan S.Mixaylov 2016-ci ildə Bakıda V Konqreslə eyni vaxtda OANA-nın XVI Baş Assambleyasının da keçiriləcəyini, bu tədbirdə media ilə bağlı çox vacib məsələlərin, yeni trendlərin müzakirə olunacağını vurğuladı. TASS-ın baş direktoru 95 illik yubileyini qeyd edən AZƏRTAC-ın son vaxtlar qazandığı nailiyyətlərə diqqəti cəlb etdi.

Dünya Xəbər Agentlikləri Konqresi Şurası iclasının və AZƏRTAC-ın 95 illik yubileyi mərasiminin iştirakçıları ilə görüş VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisini göndərilib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib