CƏMİYYƏT
DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır
Bakı, 16 aprel, AZƏRTAC
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin əməkdaşları nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, eləcə də nəqliyyatdan atılan zərərli qazlarla atmosferin çirkləndirilməsinin qarşısının alınmasına yönəlmiş profilaktiki tədbirləri fasiləsiz olaraq davam etdirirlər.
İdarədən AZƏRTAC-a verilən məlumata görə, aprelin 15-də DYP əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarı normadan çox olan nəqliyyat vasitələri müəyyənləşdirilib və onların sürücüləri qanunvericiliyə uyğun inzibati məsuliyyətə cəlb edilib.
Sürücülərə bir daha izah olunub ki, onlar istifadələrindəki nəqliyyat vasitələrinin texniki sazlığını, eləcə də avtomobildən ixrac edilən qazların tərkibinin normaya uyğun olmasını daim nəzarətdə saxlamalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:58]
FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 30.04.2024 [17:15]
Azərbaycan ombudsmanı autizmli şəxslərlə görüşüb
- 30.04.2024 [16:46]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşları sərhədçilərlə görüşüb
- 30.04.2024 [16:20]
Şuşaya qayıdış başlayır VİDEO
- 30.04.2024 [16:12]
Ehtiyatsızlıqdan atasının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutulub
- 30.04.2024 [16:01]