Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Əbu-Dabi yeniliklərlə turistlərdə maraq oyadır

Bakı, 7 may, AZƏRTAC

“Etihad Airways” aviaşirkətinin həyata keçirdiyi Bakı-Əbu-Dabi birbaşa uçuş reysinin açılması münasibətilə Bakıda Əbu-Dabinin turizm imkanlarına həsr edilən təqdimat keçirilib. Əbu-Dabi Əmirliyinin Mədəniyyət və Turizm Departamentinin təşkil etdiyi tədbirdə paytaxtın aparıcı turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı ilə Bakı arasında aviareyslər 2018-ci ilin martından etibarən həftədə üç dəfə - çərşənbə, cümə və şənbə günləri “Airbus A320” avialayneri vasitəsilə həyata keçirilir. BƏƏ ilə Azərbaycan arasında olan reyslərə daim artan tələbat nəzərə alınaraq, uçuşların sayının həftədə beş dəfəyədək artırılması gözlənilir.

“Etihad Airways” aviaşirkəti tərəfindən sərnişinlərə göstərilən xidmətin səviyyəsi xoş təsir bağışlayır. Belə ki, təyyarənin göyərtəsində uşaqlarla dayələr məşğul olur. Əbu-Dabi hava limanına çatdıqda sərnişinlərə şəhərin mərkəzinədək pulsuz gediş xidməti göstərilir. Biznes-klassın tranzitlə uçan sərnişinləri isə uzun müddət gözlədikləri vaxt ərzində beşulduzlu otellərə pulsuz yerləşdirilə bilər.

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin Rusiya və MDB üzrə ofisinin direktoru Eduard Qriqoryev AZƏRTAC-ın müxbiri ilə müsahibəsində deyib: “Birbaşa reys turist axınının artması üçün daim qısa yoldur. Əminik ki, Əbu-Dabinin ailəvi dincəlmək üçün təklif etdiyi imkanlardan Azərbaycandan getmiş turistlər geniş istifadə edəcəklər. Mədəni və dini abidələr, əyləncə parkları və lacivərdi çimərliklər - bütün bunlar və digərləri şübhəsiz maraq doğuracaq”.

Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin nümayəndəsi və turbiznes işi üzrə mütəxəssis Maksim Şandarov tədbir iştirakçılarına BƏƏ-nin və Əbu-Dabi Əmirliyinin turizm potensialı barədə ətraflı məlumat verərək deyib: “2017-ci ildə Əbu-Dabi planetdə ən təhlükəsiz şəhər adına layiq görülüb. Əbu-Dabi həm də Əmirliklərin ən yaşıl şəhəridir. Bu il Əbu-Dabidə turizm və əyləncə sahəsində bir sıra maraqlı yeniliklərin yaranması ilə yadda qalıb. Belə ki, ilin əvvəlində Səadiyyət adasında - şəhər mərkəzinin yaxınlığında, Əmirliyin 200 təbii adasından birində Fransadan kənarda ilk Luvr Əbu-Dabi muzeyi açılıb. Burada Parisin Luvr, Orse Muzeyindən və Pompidu Mərkəzinin kolleksiyasından Leonardo da Vinçi, Tisian, Pikasso və digər tanınmış sənətkarların 300-dək orijinal əsəri təqdim olunur. Fransalı arxitektor Jan Nuvelin layihəsi əsasında tikilmiş Luvr Əbu-Dabi Muzeyinin binası da diqqətəlayiqdir. Binanın pəncərəsi yoxdur, günəş işığı zallara yalnız şəbəkəşəkilli günbəzdən sıçrayır”.

Luvr Əbu-Dabi Səadiyyət adasında “muzey kvartalı”ndan yalnız birinci muzeydir. Tezliklə burada Frenk Gerinin layihəsi üzrə məşhur Amerika Müasir İncəsənət Muzeyinin filialı - Quqqenhaym Əbu-Dabi Muzeyi, həmçinin tanınmış arxitektor Norman Fosterin müəllifi olduğu Şeyx Zayed Milli Muzeyi açılacaq.

Bundan başqa, Səadiyyət adasında bu il otellərin sayı artacaq. Mart ayında adanın xoş təəssürat yaradan toxunulmamış ağ çimərliyi ərazisində “Saadiyat Rotana Resort & Villas” kurort oteli açılıb. İlin sonunda burada “Rixos Saadiyat Island” oteli və “Jumeirah” şəbəkəsinin yeni otelinin açılışı gözlənilir.

Yaxınlıqda yerləşən Yas “Əyləncə adası” da digərlərindən geridə qalmır. 2018-ci il iyulun 25-dən bu əyləncəli məkanın “Ferrari World Abu Dhabi” və “Yas Waterworld” böyük parklarına daha biri - tematik “Warner Bros World Abu Dhabi” parkı da qoşulacaq. Bu, dünyanın ən iri örtülü parklarından (150 min kvadratmetrdən artıq) biri olacaq. Burada komiks mövzusunda və “Warner Bros” filmlərinin qəhrəmanları, o cümlədən Betmen, Supermen, Skubi-Du, Tom və Cerriyə aid 29 attraksion fəaliyyət göstərəcək.

Bununla yanaşı, Yas adasında hər cür şərait yaradılmış “Yas beach” populyar çimərliyi, dünyanın ən parlaq ulduzlarının çıxış etdiyi regionda ən iri açıq “du Arena” meydançası, arzulayan hər kəsin Formula 1 Əbu-Dabi Qran-Prisinin keçirildiyi trasda əsl bolidlərdə yürüş edə biləcəyi Yas Marina və digər əyləncələr turistlərin ixtiyarına verilib.

Tədbir iştirakçıları və qonaqlar Əbu-Dabi və Bakı arasında birbaşa hava reysinin iki ölkə arasında turist axınının daha da artmasına şərait yaradacağına əminliklərini bildiriblər. Əbu-Dabinin görməli yerləri barədə viktorina ilə başa çatan tədbirdə qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb