Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Ədəbiyyat Muzeyində “Nizaminin səsi” musiqili-ədəbi kompozisiyalar silsiləsindən “Gülüm” romansının təqdimatı olub YENİLƏNİB

Bakı, 27 dekabr, AZƏRTAC

Dekabrın 27-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Nizami Gəncəvi İli” çərçivəsində “Nizaminin səsi” musiqili-ədəbi kompozisiyalar silsiləsindən “Gülüm” romansının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynovun layihə rəhbəri olduğu musiqi əsəri bəstəkar Ridvan Sədirxanov və Azərbaycan klassik vokal sənətinin ifaçısı, Əməkdar artist Ramil Qasımovun birgə əməyi nəticəsində ərsəyə gəlib.

Tədbiri akademik Rafael Hüseynov açaraq başa çatmaqda olan 2021-ci ilin Azərbaycan xalqının tarixində ən xoşbəxt illərdən biri kimi yadda qalacağını söyləyib. Akademik bildirib ki, 2021-ci ili xalqımız həm 44 günlük Vətən müharibəsində qazandığımız böyük Zəfərin ildönümünü, həm də “Nizami Gəncəvi İli”ni böyük təntənə ilə qeyd edir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” müvafiq Sərəncamını xatırladan R.Hüseynov başa çatmaqda olan bu il çərçivəsində ölkədə və Ədəbiyyat Muzeyində dahi şairin yubileyinin müxtəlif tədbirlərlə qeyd olunduğunu söyləyib.

“1939-cu ildə Nizaminin qarşıdan gələn 800 illik yubileyi ərəfəsində Bakıda xatirə muzeyinin yaradılması qərara alınmışdı. 1941-ci ildə SSRİ məkanında Nizami Gəncəvinin 800 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi planı hazırlansa da, ancaq II Dünya müharibəsinin başlaması bu planın həyata keçirilməsinə imkan vermədi. Şairin 800 illik yubileyi ancaq o vaxt blokada şəraitində olan Leninqrad şəhərində Ermitajda Rusiya alimlərinin və ədəbiyyatşünaslarının iştirakı ilə qeyd edildi. 1945-ci il mayın 14-də isə Ədəbiyyat Muzeyi qapılarını tamaşaçıların üzünə açdı. Dahi şairin adını daşıyan bu muzey sonradan bütün Azərbaycan ədəbiyyatını əhatə edən bir məkana çevrildi”, - deyə R.Hüseynov bildirib.

Dahi Nizaminin zəngin yaradıcılığı barədə məlumat verən akademik onun dünya miqyasında tanınmış mütəfəkkir olduğunu deyib, böyük Azərbaycan şairinin yubileylərinin hər zaman ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu söyləyib. Vurğulanıb ki, “Nizami Gəncəvi İli”ni xalqımız qalib, Zəfər qazanmış xalq kimi qeyd edir.

Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində özünəməxsus yerə malik nadir şəxsiyyətlərdən olduğunu deyən akademik dahi şairin xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsindən danışıb. Bildirilib ki, Nizami özünün bu torpağa, bu dilə, bu mədəniyyətə bağlılığını bütün yaradıcılığında dönə-dönə ifadə edib.

“Ötən əsrin 40-cı illərində Üzeyir Hacıbəyli və yetirmələri tərəfindən Nizami Gəncəvinin qəzəllərinə mahnılar yazıldı, ilk romanslar yarandı. Bununla da Azərbaycan musiqisində yeni bir istiqamət yarandı. Bu gün təqdim olunan Nizaminin “Gülüm” qəzəlinə isə tanınmış bəstəkar Ridvan Sədirxanov musiqi bəstələyib, romansı klassik vokal sənətinin ifaçısı Ramil Qasımov səsləndirib”, - deyə akademik bildirib.

R.Hüseynov bəstəkar Ridvan Sədirxanov və Əməkdar artist Ramil Qasımovun yaradıcılığı barədə məlumat verib.

Akademik Rafael Hüseynov tədbirdə, həmçinin tanınmış rəssam, Əməkdar mədəniyyət işçisi Elçin Hami Axundovun “Yeddi gözəl və Bəhram şah” obrazlarının fiqurlardan hazırlanmış kompozisiyasının təqdim edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Elçin Hami Axundovun rəhbərliyi altında Ədəbiyyat Muzeyinin Bədii tərtibat və bərpa şöbəsində Nizami mövzu və süjetləri istiqamətində animasiya filmlərinin hazırlanması üzərində iş gedir. Təqdim olunan kompozisiya da həmin filmlər silsiləsinə müqəddimə kimi dəyərləndirilə bilər.

Sonra vokalist Ramil Qasımovun ifasında “Gülüm” romansının videoçarxı nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Kiprin nümayəndə heyəti Mərkəzi Elmi Kitabxananı ziyarət edib

“Günəş kimi parlayan uşaqlar” podiuma çıxıblar

Bakı Musiqi Akademiyasında simfonik orkestrin konserti keçirilib

İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarla görüşüb

Nobel mükafatçısı Aziz Sancar Azərbaycana gəlib

Fransız Polineziyası nümayəndə heyətinin iştirakı ilə Milli Məclisdə mətbuat konfransı keçirilib

Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“Gənc arıçı” layihəsinin təlim mərhələsinə start verilib

Azərbaycan səfiri Rusiya xarici işlər nazirinin müavini ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Gürcüstan MSK qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək

Reyçel Avraam: Beynəlxalq ictimaiyyət Ermənistana sanksiyalar tətbiq etməlidir

Hərbi İdarəetmə İnstitutunun təkmilləşdirmə kursunun növbəti buraxılışı olub

Lüksemburqda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Belçika-Azərbaycan Ticarət Palatasının təsis edilməsi təşəbbüsü irəli sürülüb

ADNSU-da “Səhnəarxası görüşlər” kitabının təqdimatı olub

“Tik-Tok”da xanımların fotolarını yayan şəxsi polis saxlayıb

Ölkə ərazisində küləyin sürəti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib

Azərbaycanın xarici işlər naziri Pakistanın Baş naziri ilə görüşüb

Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda konfrans keçirilib - YENİLƏNİB-2

Azərbaycan azad edilmiş torpaqların dirçəliş modeli ilə də dünyanın diqqətindədir ŞƏRH

® “Unibank” təmir-tikinti işləri ilə bağlı tender keçirir

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahdan

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

KOBİA: Azad edilmiş ərazilərdə biznes qurmaq üçün xaricdən olan müraciətlərin sayı 500-ü ötüb

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfidən

Türkiyənin əmək və sosial müdafiə naziri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Elm-təhsil sahəsində Azərbaycan-Şimali Kipr əməkdaşlığının perspektivləri müzakirə olunub

Barselonada Azərbaycanın Müstəqillik Günü və Rəsulzadənin 140 illik yubileyi qeyd olunub

Tacikistanda Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edilir

Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosdan

Türkiyənin əmək və sosial müdafiə naziri 1 saylı DOST Mərkəzi ilə tanış olub

Dövlət hesabına təhsil alacaq tələbələrin əhatə dairəsi genişləndirilir

“Avro-2024”: Danimarka millisinin heyəti açıqlanıb

İrlandiyanın Prezidenti Maykl Higginsdən

Kanadanın General-Qubernatoru Meri Saymondan

ADAU-da 16-cı Karyera sərgisi: 100-dən çox şirkət, 1000-dən çox vakansiya

Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilanın Ağalı kəndində olublar

Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlanıb

Tədris digər dillərdə aparılan I siniflərə qəbul üçün müsahibələr yekunlaşıb

Azərbaycanda keçirilən beynəlxalq minatəmizləmə konfransı İordaniya mətbuatının diqqət mərkəzindədir

Prezident İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti Gürcüstan mətbuatında

Muxtar respublika Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib və bir sıra qərarları ləğv olunub

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

Qlazqo Universitetində keçirilən “UNESCO-nun Yay məktəbi”ndə Azərbaycan mədəniyyəti təbliğ edilib

Bakıda beynəlxalq üzgüçülük yarışı keçiriləcək

® “AccessBank” “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyasına dəstək olub

Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Fayedən

Füzulidə “Böyük Qayıdışın İstedadları” layihəsi çərçivəsində tədbir təşkil olunub

Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı təşkil olunacaq

Fransız Polineziyasının nümayəndə heyətinin rəhbəri Azərbaycana səfərini əlamətdar adlandırıb

Polineziya nümayəndə heyətinin rəhbəri: Azərbaycanın təcrübəsi bizim üçün xüsusi önəm daşıyır

Tacikistanda Müstəqillik Günü qeyd olunub, COP29-un təqdimatı keçirilib

Azərbaycan Cüdo Federasiyası yeni layihəyə start verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Bakı Ali Neft Məktəbində Elmi şuranın iclası keçirilib

Oğuz və Qəbələ rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2001-ci il 29 iyul tarixli 9-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə görə əmək haqqının ödənilməsi barədə İzahat”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Coğrafiyaçı alimlər demoqrafiya mövzusuna həsr olunmuş beynəlxalq forumda çıxış ediblər

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2005-ci il 15 noyabr tarixli 24-2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda və 2007-ci il 23 oktyabr tarixli 14-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əlavə”də dəyişiklik edilməsi barədə
 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı

Sumqayıtda yol hərəkəti qaydalarını pozan velosipedçilər və avtomobili narkotiklərin təsiri altında idarə edən sürücü aşkarlanıb VİDEO

İspaniyanın Donastiya Beynəlxalq Fizika Mərkəzinin professoru BDU-da elmi seminar keçirib

KOBİA nümayəndələri Vyetnamda əməkdaşlığa dair bir sıra sənədlər imzalayıblar

Maurea Tuaiahutapu: Bakı konfransında Azərbaycan Hökumətinin dəstəyini bir daha hiss etdik

Naxçıvan şəhərində fəaliyyət göstərən marketdə nöqsanlar aşkarlanıb

Azərbaycanla Qazaxıstan arasında korrupsiyaya qarşı mübarizə sahəsində memorandum imzalanıb

Kişi həndbolçular arasında ölkə kubokunun qalibi bəlli olub

Nyu-Yorkda 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimiz arasında voleybol çempionatı keçirilib

Ağdamda elektrik paylayıcı avadanlıqları və elektrik yuvaları istehsal olunacaq

BDU-da tanınmış alim, şair, professor Mahirə Nağıqızı ilə görüş olub

Polineziya nümayəndə heyətinin rəhbəri: Partiyamız 40 ildir müstəqillik uğrunda mübarizə aparır

Xüsusi təyinatlılar təlimdə - Naxçıvandan fotolar

Polineziya rəsmisi: Fransa xalqımın və ölkəmin müstəqillik hüququnu pozur

Afrika Badminton Konfederasiyası Şurasının üzvü Milli Gimnastika Arenasında olub

Bakı Dövlət Universitetində doktoranturaya sənəd qəbulu aparılıb

Azərbaycanlı tədqiqatçının fikirləri Malayziyanın dövlət agentliyində dərc olunub

Naxçıvanda “Şərqin qapısı – qədim diyar” II elmi konfransı keçirilib

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikeldən

® “Silk Way West Airlines” Onno Pietersmanı əməliyyatlar üzrə baş direktor vəzifəsinə təyin edib

Bakı qlobal startap ekosistemi reytinqində 68 pillə irəliləyib

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı qaldırılıb

Avstraliya Azərbaycanın COP29-a sədrlik missiyasını dəstəkləyir

AzMİU beynəlxalq reytinq siyahısında irəliləyib

Əli Hüseynli: Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ vardır VİDEO

Rusiya Elmlər Akademiyasının 300 illik yubileyi qeyd olunub

14 ölkədən xarici QHT-lər Azərbaycanın COP29 fəaliyyətini alqışlayan bəyanat yayıb

Azərbaycanın iki güllə atıcısı Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycanın xırdabuynuzlu heyvanlarla bağlı beynəlxalq sertifikat almasının üstünlükləri açıqlanıb

Tarla seminarında “Qlobal iqlim dəyişikliyi şəraitində ərzaq təhlükəsizliyi” mövzusu müzakirə olunub

Baş nazir Əli Əsədov Türkiyənin əmək və sosial müdafiə naziri ilə görüşüb

Şəhid jurnalist Məhərrəm İbrahimovun övladı Uğur bu gün 4-cü sinfi bitirdi, o, cərrah olmağı arzulayır

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Daşkəsəndə vətəndaşları qəbul edib, təsərrüfatlara başa çəkib

Laosda ASEAN ölkələri XİN başçılarının 57-ci iclası keçiriləcək

Xaçmazda kros qaçışı üzrə yarışın qalibləri mükafatlandırılıb

Laçında "Sağlam həyat" günləri layihəsinə yekun vurulub

Çin süni intellekt üzrə üçillik Fəaliyyət Planını açıqlayıb

KİV: Şahzadə Keyt Middltonun səhhəti yaxşılaşır

Fərid Şəfiyev: Ermənistan Azərbaycana təzminat ödəməlidir

Heinui Le Kailil: Fransa nüvə silahının tərəfdarı kimi ekologiyaya, insanlığa ciddi ziyan vurub