SİYASƏT
Əfqan Salmanov rəsmi şəkildə Azərbaycanın Xarkovda fəxri konsulu vəzifəsinin icrasına başlayıb
Kiyev, 13 avqust (AZƏRTAC). Ukrayna xarici siyasət idarəsinin başçısı Pavel Klimkin avqustun 12-də Ukrayna XİN-də Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanova təntənəli şəkildə konsul ekzekvaturası təqdim edib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Ukraynadakı səfirliyindən məlumat veriblər.
P.Klimkin vəzifəsinin icrasına başlaması münasibətilə Ə.Salmanovu təbrik edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Mərasimdə iştirak edən Azərbaycanın Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev Ukraynada məlum vəziyyətə baxmayaraq, xoş mərama və bu məsələnin müsbət həllinə görə nazir P.Klimkinə minnətdarlığını bildirib. O vurğulayıb ki, bu hadisə Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gələcək inkişafına, ikitərəfli regionlararası əməkdaşlığa təkan verəcək.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev