Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Əl-Məchar”: Bakı BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edir

“Əl-Məchar”: Bakı BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edir

Bakı, 27 aprel, AZƏRTAC

İordaniyanın nüfuzlu “Əl-Məchar” nəşrində AZƏRTAC-ın xüsusi müxbiri Asya Hacızadənin məqaləsi dərc edilib. Azərbaycan paytaxtında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunun açılışından bəhs edilən məqalədə qeyd olunur ki, “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” devizi altında keçirilən forumun açılışında Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasir, dünyanın 140 ölkəsindən çoxsaylı qonaqlar, o cümlədən dövlət və hökumət başçıları, BMT üzvü olan ölkələrin xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaşlıq strukturlarının, beynəlxalq və regional təşkilatların, özəl sektorun, incəsənət, media və akademik dairələrin, donor təşkilatların və fondların nümayəndələri iştirak ediblər.

“Bakı BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi edir” sərlövhəli məqalədə forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin ətraflı çıxışı verilir. Prezident İlham Əliyev forumun Bakıda keçirilməsini mühüm hadisə və Azərbaycanın fəaliyyətinin etiraf edilməsi, mədəniyyətlərarası dialoqa, multikulturalizmə xas olan dəyərlərin irəliləməsi əlaməti adlandırıb. Müəllif Azərbaycan Prezidentinin multikulturalizm sahəsində dövlət siyasəti, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə Azərbaycanın töhfəsi barədə sözlərini sitat gətirir. Qeyd edilir ki, Azərbaycan əsrlər boyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə mövcud olduğu məkandır: “Biz Şərq ilə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük. Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olmuşdur”. Bunun sayəsində bu gün Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır.

Nəşrdə daha sonra qeyd edilir ki, Azərbaycan dövlətinin başçısı beynəlxalq dialoqun möhkəmlənməsi üçün bu ölkədə mütəmadi olaraq müxtəlif tədbirlər və forumlar keçirilməsini xüsusi vurğulayıb. 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlanmış Bakı prosesi artıq beynəlxalq dialoq üçün geniş platformaya çevrilib. İndi Azərbaycan həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan azsaylı ölkələrdən biridir. 2008-ci ildə Bakıda Avropa Şurasının üzvü olan ölkələrin mədəniyyət nazirlərinin görüşünə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri də dəvət edilmişdi. Bu proses həmrəylik, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq işinə töhfə verən qlobal təşəbbüsə çevrilməkdədir.

Azərbaycan lideri qonaqların diqqətini bir məqama da cəlb edib ki, bu gün Azərbaycan beynəlxalq birlikdə nüfuz sahibi, Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və bir sıra başqa beynəlxalq strukturların üzvüdür, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük hörmət əlaməti oldu.

Nəşrdə Prezident İlham Əliyevin Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmış Ermənistanın təcavüzkar siyasəti, Xocalı soyqırımı barədə sözləri də sitat gətirilir. Müəllif vurğulayır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, işğalçını beynəlxalq hüquq normalarına riayət etməyə məcbur etmək üçün ona beynəlxalq səviyyədə təzyiq göstərilmir.

Nəşrdə daha sonra BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Nasirin çıxışına istinad edilir. Göstərilir ki, Nasir Əbdüləziz əl-Nasir budəfəki forumun təşkilinə görə Prezident İlham Əliyevə təşəkkür edib. Bu məsələdə Azərbaycan Prezidentinin lider kimi rolunu xüsusi qeyd edən BMT nümayəndəsi vurğulayıb ki, 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi dünya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi yolunda mühüm addımdır.

Məqalədə vurğulanır ki, BMT-nin Baş katibi Pan Gİ Mun forum iştirakçılarına videomüraciətində bu tədbirin Bakıda keçirilməsinin dəstəklənməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. O vurğulayıb ki, bu forumun mövzusu BMT-nin 2030-cu ilə qədər bəyan edilmiş məqsədlərinə uyğundur. Bütün münaqişələrin dinc yolla tənzimlənməsinin vacib olmasına diqqəti cəlb edən Pan Gi Mun öz müraciətində Sivilizasiyalar Alyansının işini bəyəndiyini və bütün dünyada etimadı artırmağın zəruri olmasını bildirib. 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk Akademiyasının prezidenti: Ortaq əlifbanın yaradılması istiqamətində səylərimizi davam etdiririk

Dünya birjalarında neft bahalaşıb

Bakıda Türk Dünyası Birgə Əlifba Komissiyasının ikinci iclası keçirilir

Bu gün akademik Rəfiqə Əliyevanın anım günüdür

Avtomobillə narkotik daşıyan şəxslər saxlanılıb

Avstraliyada müştəriləri aldadan aviaşirkət cərimələnib

“Telegram”da fişinq mənbələrinin sayı artıb

A Seriyası: "Roma" - "Yuventus" oyununda qalib müəyyənləşməyib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Almaniyada hərbi zavodda yanğını nəzarət altına almaq mümkün olmayıb

Zəhərli ilanların yaşayış arealı böyüyür

Gəmilərdə atom saatı quraşdırılacaq

Vyetnamda anomal istilər ekoloji fəlakətə səbəb olub

ADPU-nun Psixoloji-pedaqoji xidmət laboratoriyasında “Açıq qapı” günü keçirilib

Nazir: Rusiyanın enerji infrastrukturuna son hücum dalğası Ukraynaya 1 milyard dollardan artıq ziyan vurub

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq

İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə avtomobil dərəyə aşıb, ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub