Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən q ə r a r a a l ı r:

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275, № 11, maddə 949) 43-cü maddəsinin altıncı hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda güzəştli mənzil uçotu onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2011-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin