Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Ən böyük arzum atamın İçərişəhərdəki emalatxanasını ev muzeyi kimi görməkdir

Ən böyük arzum atamın İçərişəhərdəki emalatxanasını ev muzeyi kimi görməkdir

Bakı, 15 avqust (AZƏRTAC. Abdulla Suvar). İstedadı ilə mənsub olduğu millətə hər zaman baş ucalığı gətirən, ölümü ilə ölməzliyə qovuşan elə insanlar var ki, onlar haqqında nə qədər yazılsa da, danışılsa da yenə azdır. Bəzən uzaqdan çoxlarına qeyri-adi görünən belə dühaların həyat yoluna nəzər salanda dərk edirsən ki, qazandıqları əlçatmaz uğurlara baxmayaraq, bu insanlar sadədən-sadə, adidən-adi bir ömür yaşayıblar. Azərbaycanın Xalq Rəssamı, Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov da belə şəxsiyyətlərdəndir.

Görkəmli fırça ustasının qızı, Əməkdar Rəssam Əsmər Nərimanbəyovadan eşitdiklərimiz bir daha düşündüklərimizi təsdiqlədi. Onun atası ilə bağlı xatirələrini AZƏRTAC-ın oxucularına təqdim edirik.

X X X

Toğrul Nərimanbəyov - bu ad çox şey deyir. Ata, qəlb dostu, arxa, kömək, məşhur rəssam, gözəl vokal ustası və ən əsası böyük azərbaycanlı. Onun yoxluğuna hələ də inana bilmirəm.

Atam musiqiçi olmağımı istəyirdi. Mənim müşayiətimlə operalardan ariyalar oxumaq arzusunda idi. Elə bu istəklə də məni Bülbül adına Orta İxtisas Musiqi məktəbinə qoydu. Burada fortepianonun sirlərinə yiyələnsəm də, sonradan musiqiçi yox, rəssam oldum. Musiqi məktəbində oxuyarkən, atam mənim müşayiətimlə oxumağı xoşlayardı. Xüsusilə də evimizdə qonaqlar olanda bu hadisə tez-tez təkrarlanardı. Mən onun sevdiyi ariyaları çalar, o isə oxuyardı. Unudulmaz günlərimiz çox olub. Evimizə məşhur sənət adamları tez-tez gələrdi.

Rəssam olmağımda atamın və anamın - heykəltəraş Elmira Hüseynovanın böyük təsiri olub. Çünki mən uşaq olanda biz emalatxanada qalırdıq. O vaxt atamın hələ evi yox idi. Atam və anam günün müəyyən saatlarını işə həsr edir, biri heykəl, digəri isə tablolar üzərində işləyirdi. Biz qonaqlarımızı da bu emalatxanada qəbul edirdik. Nə az nə çox, düz iki il belə yaşadıq. Ən maraqlısı isə o idi ki, digər sənət adamlarından fərqli olaraq valideynlərim respublika daxilində və keçmiş sovet məkanında açılan bütün sərgilərinə məni də özləri ilə aparırdılar. Belə bir mühitdə böyüdüyümdən sənətə vuruldum. Marağımı görən atam bu sahədə öz bildiklərini mənimlə bölüşdü. Məsələn, ispan rəsm məktəbinin digər məktəblərdən nə ilə fərqləndiyini mənə izah edirdi. Bir sözlə, gördüklərim, oxuduqlarım, valideynlərimdən öyrəndiklərim yaradıcılığıma çox böyük təsir göstərdi.

Onun gözəl bariton səsi vardı. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkarlıqla ifa edirdi. Klassik musiqiyə dərin məhəbbəti olan Toğrul Nərimanbəyov Azərbaycan muğamlarının vurğunu idi. Milli sərvətimiz olan muğamlara öz baxışı vardı. O deyərdi: “Mən muğamı dinləyəndə onun bütün rəng çalarlarını anlayıram, hətta görürəm. Ahəngindəki qəmli notlar mənə çox təsir edir. Bu səbəbdən də muğam oxuya bilmirəm. Çünki o zaman qəhər məni boğur. Bəlkə də buna görə həmişə muğamı səs kimi yox, maddi mədəniyyət abidəsi kimi qəbul edirəm. Hərdən də Qərb musiqisi ilə, xüsusilə də Bethovenin simfoniyaları ilə muğam arasında nəsə bir bağlılıq duyuram”.

Hər zaman atamın arzusu elə sərgi salonunda konsert vermək idi. Yaxşı ki, İtaliyada, Fransada keçirilən fərdi sərgilərində buna nail oldu. Sevinirəm ki, sağlığında onun doğma vətənində iki konserti təşkil edildi. Onlardan biri “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində, digəri isə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında baş tutdu.

Toğrul Nərimanbəyov dövrünün bir sıra görkəmli simaları ilə çox yaxşı dostluq əlaqələri qurmuşdu. Bu sırada Səttar Bəhlulzadənin xüsusi yeri vardı. Onun sənətini yüksək qiymətləndirən atam deyərdi: “Belə rəssam bir də dünyaya gəlməyəcək”. S.Bəhlulzadənin emalatxanası yaşadığımız binanın beşinci mərtəbəsində - evimizin üstündə yerləşirdi. Atam tez-tez yuxarı qalxar, sənətkarla söhbət edərdi. S.Bəhlulzadə də evimizin ən əziz qonaqlarından biri kimi, hətta bəzən bizdə gecələyərdi.

Bakıda tez-tez olduğumuz məkanlardan biri də Xalq Şairi Rəsul Rzanın evi idi. Həftədə bir neçə dəfə onlarda qonaq olardıq. Atam saatlarla Rəsul müəllimlə, oğlu Anarla sənət, həyat, yaradıcılıq axtarışları barədə söhbətlər edərdi. Anamın da Nigar xanım Rəfibəyli ilə söhbəti tutardı. Sanki onlarla doğmalaşmış, qohumlaşmışdıq.

Atamın ümummilli lider Heydər Əliyevlə də yaxşı münasibətləri olub. Ulu Öndər hər zaman onun sənətinə böyük diqqətlə yanaşıb.

Toğrul Nərimanbəyov xarici rəssamlara, xüsusilə də fransız fırça ustalarından Anri Matisə, Pol Sezana böyük rəğbət bəsləyirdi. Onları dünya rəngkarlığında öz sözü, öz izi, öz dəst-xətti olan fitri istedad sahibləri hesab edirdi.

Məndə atamın tələbə vaxtında, gənclik illərində çəkdiyi əsərlər qalıb. O, əsasən qırmızı və göy rəngləri çox xoşlayırdı. Şübhəsiz ki, bu, onun əsərlərində də özünü göstərir. Mən onun əsərlərindən ibarət böyük sərgi təşkil etmək niyyətindəyəm. Ən böyük arzum atamın İçərişəhərdəki emalatxanasını ev muzeyi kimi görməkdir.

O, sadə, olduqca ürəyiyumşaq adam idi. İnsanlara kömək etməyə çalışırdı. Var-dövlət, sərvət haqqında heç vaxt düşünmürdü. Olduqca səxavətli idi.

Hər gün səhər 6-da durar və oxumağa başlardı. Saat 7-dən 12-dək işləyirdi, sonra gedib gəzər və qayıdıb evdə bir neçə saat yatardı. Günortadan sonra emalatxanaya gedər və axşamadək çalışardı. O, heç bir əsərinə uzun vaxt sərf etməyib. Qısa bir zamanda gözəl bir sənət əsəri qoyardı ortaya.

Xəstəxanadakı son günlərində də uzaq bir məmləkətdə milli yeməklərimizdən dadmaq istəyirdi. Öz yeməklərimizi çox xoşlayırdı.

Nədənsə son vaxtlar Bakıya qayıtmaq, Mərdəkanda yaşamaq haqqında düşünürdü. Atam Buzovnada anadan olub. Bu, onun şəxsiyyət vəsiqəsində də qeyd olunub. Mən uşaq olanda atam bizi tez-tez ora aparardı. Demək olar ki, bir neçə il yay aylarını orada keçirmişik. O, dünyasını dəyişməmişdən əvvəl yayda mütləq Bakıya gələcəyini söyləmişdi. İnanıram ki, onun Vətən sevdalı ruhu burada, bizimlə birlikdədir və yaxın vaxtlarda cismi də Vətən torpağına əmanət ediləcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın və regionun enerji təhlükəsizliyi tarixində yeni era ŞƏRH

® “Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib

Stella Assanjın həyat yoldaşı Co Baydenə çağırış edib

Çin təmsilçisi: Sərgidə iştirakımızın əsas məqsədi yerli və xarici şirkətlərlə tərəfdaşlıq qurmaqdır

Sərgi iştirakçısı: Çoxsaylı şirkətlərin olması hər kəs üçün əlverişlidir

® “Rabitəbank”ın rəhbərliyi “Money20/20” tədbirində iştirak edir

Türkiyə Xarici İşlər Nazirliyi: Uruqvay hökuməti tərəfindən qəbul edilən qanunu rədd edirik

Kanadanın Niaqara Fols şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Hakan Fidan Çində səfərdədir

Azərbaycan və Türkiyənin Gürcüstanda fəaliyyət göstərən iş adamları əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bu gün başlayan “Translogistica Caspian” sərgisində olacaq yeniliklər açıqlanıb

Rusiya Prezidenti beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşəcək

BP: Bakı Enerji Həftəsi Azərbaycanın sənaye sahəsində ilin ən vacib tədbirlərindəndir

Naxçıvan Muxtar Respublikasının 4 rayonunda baş vermiş yanğınlar söndürülüb

Azərbaycan və BƏƏ-nin xarici işlər nazirləri iki ölkənin əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Britaniya Ukraynaya 1000 PUA göndərəcək

Andrey Lunyovdan azarkeşlərə: Gələcəkdə də "Qarabağ"ı belə dəstəkləməyinizi arzulayıram

Qırğızıstan Joqorku Keneşinin sədri Milli Məclisdə olub

İqtisadiyyat naziri “Saipem” şirkətinin icraçı direktoru ilə enerji tərəfdaşlığının vəziyyətini müzakirə edib

Fərid Qayıbov: Müxtəlif qitələrdən olan gəncləri burada görmək çox xoşdur

Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu “Caspian Oil&Gas” və 12-ci “Caspian Power” sərgilərinin açılışında çıxış edib YENİLƏNİB-3 VİDEO

Azərbaycan şirkəti NASA üçün fəzaya göndərilən raketin platformasını hazırlayıb

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında “yaşıl enerji” istiqamətində əməkdaşlığın perspektivləri müzakirə edilib

KOBİA Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində “yaşıl KOB” konsepsiyası ilə çıxış edir

DİM-in may ayında keçirdiyi imtahanlarda 88 min 529 nəfər iştirak edib

Britaniyada partiya liderinin üstünə seçki kampaniyası zamanı içki atılıb

Kolumbiya Konqresi Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyanat yayıb

Azərbaycanın investisiya potensialı İtaliya Senatında təqdim olunub

BANM-in tələbəsi Yaponiyada tədqiqat təcrübə proqramı qazanıb

Liviya səfiri: İşğaldan azad edilən ərazilərdəki genişmiqyaslı işləri heyranlıqla izləyirəm

Medianın İnkişafı Agentliyində mətbəə və yayım şirkətlərinin rəhbərləri ilə görüş olub

Yer elmləri və ətraf mühit problemləri ilə bağlı beynəlxalq konfransa qatılan qonaqlar ADNSU-da olublar

Mərkəzi Elmi Kitabxanada təlim keçən bir qrup gənc sertifikatla təltif olunub

Artıq Avropanın enerji təhlükəsizliyinin dayaqlarından olan Azərbaycanla hesablaşırlar ŞƏRH

Nobel mükafatçısı Əziz Səncərin Azərbaycan Tibb Universitetində mühazirəsi dinlənilib

Fabio Andreotti: Sənətdə ən dəyərli nemət insan səsidir

Ekspert: Abituriyentlərin Qarabağ Universitetini seçməsi onların gələcək karyerasına müsbət təsir edəcək

Otuz iki il əvvəl şəhidlik zirvəsinə ucalan iki döyüşçü Xaçmazda dəfn olunub

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib, sualları cavablandırılıb

Məhərrəm İbrahimovun şəhid olmasından üç il ötür VİDEO

“Qarabağ” qapıçısı Andrey Lunyovla vidalaşıb

“Kişi və qadın” adlı yeni tamaşanın məşqlərinə başlanılıb

DSMF: May ayında 2,8 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

Omanda “Şuşa - Şərqin mədəniyyət beşiyi” adlı musiqili konsert keçirilib

Salvinidən Makrona təklif: get Ukraynada özün döyüş

Xətai rayonunda 11 kiloqram heroin, marixuana və metamfetamin aşkarlanıb VİDEO

Kəngərli rayonunda partlamamış 6 ədəd mərmi aşkar edilib

"Gənclər Paytaxtı” olan Şuşa şəhərinə simvolik açar təqdim edilib

London xəstəxanaları kiberhücuma məruz qalıb

Kriştiano Ronaldo kuboksuz mövsümü karyerasının ən yaxşısı adlandırıb

Türkiyə telekommunikasiya peykləri hazırlayan ölkələr sırasına qoşulub

Çində yük qatarı 6 dəmir yolu işçisini əzərək öldürüb

Şimal-qərb bölgəsi üzrə 1820 müəllim sertifikasiyaya cəlb olunacaq

BMT Təcavüzə Məruz Qalmış Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hesabat hazırlayıb

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinin aparılması qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 134 nömrəli, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 2 avqust tarixli 438 nömrəli, “Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinin yaradılması haqqında” 2007-ci il 12 mart tarixli 543 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

AzMİU: İmtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı Enerji Həftəsi ilə bağlı məktubu

“Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fərid Qayıbov: Şuşa hər birimiz üçün əzizdir

Qazaxıstan təmsilçisi: Ötən sərgi şirkətimiz üçün uğurlu keçdiyinə görə, yenidən iştirak etmək qərarına gəldik

Bursada meşəlik ərazidə yanğın başlayıb, bölgəyə çox sayda texnika cəlb edilib

Aydın Kərimov: Şuşanın gənclər paytaxtı seçilməsi bizim üçün rəmzi məna daşıyır

Dünya Bankı ilə Azərbaycanda investisiya mühitinin əlverişliliyinin daha da artırılması müzakirə olunub

"Komando başlanğıc kursu"nun buraxılış mərasimi keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş fotomüsabiqə

Əhməd Rəcəbli küçəsinin bir hissəsində aparılan təmir işləri yekunlaşıb VİDEO

Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında mübarizə aparacaqlar

Sərgi iştirakçısı: “Caspian Oil&Gas” və “Caspian Power” yeni məhsulları nümayiş etdirmək üçün əlverişli fürsətdir

Professor Əziz Səncər: Azərbaycana bu səfərimdə insanlarda bir rahatlıq gördüm, indi torpaq dərdimiz yoxdur

“A-Hub” proqramının qalibi: Çox şadıq ki, yaratdığımız layihə yüksək qiymətləndirilib

İƏİT-in iclasında Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə məlumat verilib

Prezident İlham Əliyev Türkiyənin energetika və təbii sərvətlər nazirini qəbul edib  YENİLƏNİB VİDEO

AQTA: Monitorinqlər zamanı 138 müəssisədə nöqsanlar aşkarlanıb

Britaniyanın Leyboristlər Partiyasının seçkilərdə rekord qələbə qazanacağı proqnozlaşdırılır

Şuşa İslam Əməkdaşlıq Təşkilatının 10-cu Gənclər Paytaxtına ev sahibliyi edir

® ABB-nin komandası turnirin qalibi olub!

“Audiovizual media: Normalar, reallıqlar və çağırışlar” mövzusunda dəyirmi masa təşkil edilib

Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi məlum olub

SOCAR: Bizim əsas hədəfimiz azalma tempini stabilləşdirməkdir VİDEO

“Dönər House 24” adlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bu ilin əvvəlindən Türkiyəni dörd milyonadək turist ziyarət edib

Gəncədə nöqsanlar aşkarlanan dönərxanaların fəaliyyəti məhdudlaşdırılıb

TƏBİB və “Sana” klinikası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Bakıda “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub

BMU-da Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır

Birinci Qarabağ müharibəsi şəhidi Rüfət Cabbarov Siyəzəndə dəfn olunub

Türkiyədə kömür mədəni çöküb, bir işçi torpaq altında qalıb

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

İran Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qoşula bilər

Milli Məclis sədrinin müavini “Liderlik Akademiyası”nın iştirakçıları ilə görüşüb

Nizami Gəncəvinin “Xəmsə”si türk dilinə akademik səviyyədə tərcümə olunacaq

XXVII Peterburq Beynəlxalq İqtisadi Forumu platformasında “Rusiya-Azərbaycan” biznes-dialoqu keçiriləcək

Özbəkistanlı alimlər ADPU-nun Quba filialında olublar

Pedaqoji Universitetin 656 tələbəsi magistraturaya qəbul imtahanında iştirak edib

Otuz ildən sonra şəhid Abış Məhəmmədovun nəşi Qaradağda torpağa tapşırılıb

Arif Əsədov: Albaniya və Qazaxıstanın qarşısına qələbə qazanmaq əzmi ilə çıxacağıq

“Nobel Energy”: Xəzər dənizində əməliyyatlar aparmaq daha səmərəli və rahatdır VİDEO

DSX: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıda dövlət sərhədinin mühafizəsi yüksək səviyyədə aparılır FOTOLAR VİDEO