Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir

Sumqayıt, 31 mart, Ətrabə Rzayeva, AZƏRTAC 

Erməni daşnaklarının Azərbaycan xalqına qarşı soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir. 1918-ci ilin 31 mart soyqırımı isə öz dəhşətləri ilə tarixin qanlı səhifəsidir. Bu münasibətlə hər il ölkəmizdə tədbirlər təşkil olunur, soyqırımı qurbanlarının xatirəsi anılır.

AZƏRTAC xəbər verir ki, martın 31-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Mərkəzin önündə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Mərkəzin konfrans zalında davam edən tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Tədbirdə çıxış edən tarixçilər, müəllimlər, ziyalılar son iki əsrdə mənfur ermənilər tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti haqqında məlumat veriblər. Bildirilib ki, soyqırımı nəticəsində azərbaycanlılar ağır məhrumiyyətlərə, məşəqqətlərə, kütləvi qətl və qırğınlara məruz qalıb, min illər boyu yaşadıqları əzəli dədə-baba torpaqlarından didərgin salınıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib.

Qeyd edilib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı qazanılıb, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmağa, təhrif edilmiş hadisələr özünün əsl qiymətini almağa başlayıb. Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı hadisələrini unutmamaq, faciə qurbanlarını yad etmək, xatirələrini əbədiləşdirmək üçün ulu öndər 1998-ci il martın 26-da “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərman imzalayıb.

Vurğulanıb ki, bizim bir vətəndaş olaraq heç birimizin bu qanlı-qadalı hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur. Ulu öndər Heydər Əliyevin də dediyi kimi: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Tədbirdə azərbaycanlıların soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib.

X X X

Erməni vandalları tərəfindən soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsini Sumqayıt kimyaçıları hər il ürək ağrısı və ehtiramla yad edir.

AZƏRTAC xəbər verir ki, “Azərikimya” İB-nin təşəbbüsü və təşkilatçılığı ilə kimyaçıların böyük bir qrupu Sumqayıt şəhər ictimaiyyəti - elm, mədəniyyət, təhsil və idman işçiləri, müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri ilə birgə xalqımızın ən ağır və dəhşətli günlərindən birinin inkaredilməz sübutu olan Quba soyqırımı məzarlığını ziyarət ediblər.

Kimyaçılar, həmçinin 1918-ci ildə Qusar rayonunda erməni-daşnak qoşunlarının “Qanlı dərə”də böyük canlı qüvvəsini məhv etmiş Quba və Qusar qəhrəmanlarının şərəfinə ucaldılmış monumenti ziyarət edib, önünə əklillər və gül dəstələri qoyublar. Burada keçirilən mərasimdə Sumqayıt Dövlət Universitetinin professoru, Azərbaycanın Əməkdar müəllimi, tarixçi-filosof Həsən Sadıqov, şair-dramaturq, Dağlıq Qarabağ hadisələri ilə bağlı səhnələşdirilmiş bir neçə pyesin müəllifi Əvəz Mahmud Lələdağ daşnakların “böyük Ermənistan” yaratmaq xülyalarından və bu məqsədlə törətdikləri saysız-hesabsız qanlı cinayətlərdən danışıblar.

31 mart soyqırımı qurbanlarının xatirəsi Şamaxıda da anılıb. “Azərikimya”nın təşkilatçılığı ilə kimyaçılar və Sumqayıt ziyalıları Şamaxı rayonuna səfər edərək, general Nuru Paşanın rəhbərliyi ilə Azərbaycana qardaş köməyinə gəlmiş və erməni silahlı dəstələrinə qarşı mərdliklə vuruşaraq qəhrəmancasına şəhid olmuş türk zabit və əsgərlərinin Acıdərə ərazisindəki məzarını ziyarət edib, önünə əklil qoyublar.

Martın 31-də SOCAR “Azərikimya” İstehsalat Birliyinin akt zalında keçirilən anım tədbirində qurumun Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev, şəhərdə fəaliyyət göstərən bir sıra kimya müəssisələrinin nümayəndələri iştirak ediblər.

Anım mərasimində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti barədə ətraflı məlumat verilib.

Tədbirin sonunda soyqırımı hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.

X X X

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində elmi-nəzəri konfrans keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SDU-nun rektoru, professor Elxan Hüseynov konfransı açaraq tarixboyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilərin zaman-zaman xalqımıza qarşı törətdiyi soyqırımlarından danışıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə yürütdüyü soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub.

Konfransda Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev “1918-ci ilin mart soyqırımı”, Azərbaycan tarixi kafedrasının müəllimi Günay Şükürova “1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan - tarixi etnik torpaqlarından kütləvi surətdə deportasiyası”, Tarix və coğrafiya fakültəsinin II kurs tələbəsi Əli Miriyev “Ermənilərin 1988-ci ildə Azərbaycan torpaqlarında başladıqları Qarabağ müharibəsi və soyqırımı siyasəti” mövzularında çıxışları dinlənib.

X X X

Martın 31-də Sumqayıtdakı Gənclər Evində də soyqırımı qurbanlarının xatirəsi anılıb. Şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları və ictimai fəal gənclərin iştirakı ilə “Tariximizi unutmayaq” adlı “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 1918-ci ildə törədilmiş soyqırımı hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.

Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Gənclər Evinin əlaqələndiricisi Pəri Vəliyeva çıxış edərək 1918-ci ildə Bakı və digər bölgələrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilən etnik təmizləmə, soyqırımı və təcavüzkar siyasət barədə məlumat verib, azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin bütün dünyada tanıdılması istiqamətində əməli işlər görməyə çağırıblar.

Digər çıxış edənlər tarixin bütün dövrlərində ermənilərin çirkin niyyətlərini reallaşdırmaq üçün törətdikləri soyqırımından, şovinist erməni siyasəti və onun acı nəticələrindən danışıblar.

Sonda 28 May Mədəniyyət Evi və Gənclər Evinin könüllüləri tərəfindən vətənpərvərlik mövzusunda hazırlanan kompozisiya nümayiş etdirilib, şeir və musiqi nümunələri ifa olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib