Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənilərin “çirkin” feyk dostu: Aleksandr Nevzorovun sayıqlamaları

Ermənilərin “çirkin” feyk dostu: Aleksandr Nevzorovun sayıqlamaları

Bakı, 19 fevral, AZƏRTAC

Ermənistanın bir informasiya agentliyi rusiyalı jurnalist Aleksandr Nevzorovun “Exo Moskvı” radiostansiyasındakı çıxışının Azərbaycanla bağlı hissəsini dərc edib. Ermənilər bunu sanballı bir fikir kimi, təhlil statusunda təqdim etməyə çalışıblar. Söhbət Azərbaycan Prezidenti İlham Əliyevin İrəvanın qədim Azərbaycan torpağı olması ilə bağlı ifadə etdiyi fikirdən gedir. Təbii ki, özlüyündə elə bir siyasi əhəmiyyəti olmayan hadisədir. Ancaq "tanınmış" jurnalist və rejissorun şəxsiyyəti təhqir edən ifadələr işlətməsi, özünü yol göstərən, ağıl öyrədən, tarixi bilən mütəxəssis kimi təqdim etməyə çalışması cavabsız qalmamalıdır. Xüsusilə Azərbaycan kimi nüfuzlu dövlətin yüksək intellektual səviyyəyə, peşəkar diplomatik qabiliyyətə və ədalət hissinə malik başçısına iftira, böhtan atılması diqqətdən kənarda qala bilməz. Biz yalnız müəyyən real faktların işığında A.Nevzorov kimilərə möhtac olan ermənilərin və rus jurnalistin bir şəxs kimi düşdüyü aciz və gülünc vəziyyətdən bəhs etməyi lazım bildik.

Natamam ailənin uşağı: Nevzorovun psixoloji problemləri və şikəst karyerası

Qədim yunan filosoflarının məşhur kəlamlarının birində deyilir: “Oxşar öz oxşarına can atır”. Ermənilər də dünyada özlərinə oxşarlarla münasibət qurur, onlarla əməkdaşlıq edirlər. İndi məlum olur ki, ermənilərə “oxşar olanlar” sırasında kimliyi Rusiya cəmiyyətinə yaxşı məlum olan Aleksandr Nevzorov da vardır. Bu zat kimdir?

“Nevzor” sözünün mənası “sevilməyən”, “çirkin” deməkdir. Hər adamın soyadının onun şəxsi keyfiyyətləri ilə sıx əlaqəsi haqqında elmi və mifik təsəvvürlərin olduğu məlumdur. İstənilən halda, A.Nevzorov həqiqi mənada həm mənəvi cəhətdən çirkindir, həm də sevilməyən birisidir. Onun atasının kim olduğu da məlum deyil. Özünün dediyinə görə, heç atasını görməyib, ancaq bu ada 150 (!) adam iddialıdır. Rusiyada bu statusa iddialı olanların heç birini Aleksandr Nevzorov bəyənməyib.

O, anasının verdiyi informasiya əsasında belə qənaətə gəlib ki, anadan olmamışdan doqquz ay əvvəl Peterburqa Amerikadan nümayəndələr gəlib və çox ehtimal ki, o, onlardan birinin oğludur. Həmin adamın etnik mənsubluğu komançidir (Allah, sən saxla!). Nəhayət, A.Nevzorov jurnalist, övlad, kinorejissor və psixi xəstə kimi atasının axtarışına çıxır. Özünün dediyi kimi, məlum olur ki, anasının ünvanladığı adam ... narkoticarətlə məşğul olurmuş və polislərlə atışmada öldürülüb!

Bizim onun anasının kişilərinin sayı ilə bağlı işimiz yoxdur, çünki hər bir qadın azaddır və s. Lakin konkret Aleksandr Qleboviçin şəxsi keyfiyyətləri onun hərəkətləri və fikirləri ilə heyrətedici oxşarlıq təşkil edir. Yəni bu adam ata görməyib və onun kim olduğunu da bilmir (bunun Azərbaycan dilində adı vardır), natamam ailədə böyüyüb. Bu da onun həm psixi durumuna, həm də şəxsiyyətinə ciddi təsir edib. Onun tərcümeyi-halında məktəbdə oxuduğu dövrdə psixiatrik xəstəxanaya göndərildiyi haqqında məlumat vardır. Aleksandr Nevzorov böhtançı, saxtakar, yalançı və olduqca eqoistdir.

Bunları təsdiq edən bir faktı gətirək. A.Nevzorov özü də etiraf edir ki, dinə bağlı olmadan bir müddət kilsə xorunda oxuyub, çünki orada yaxşı pul verirdilər. Bir müddət sonra oradan uzaqlaşıb və qatı ateistə çevrilib. Keşiş Vsevolod Çaplin bununla bağlı deyir ki, Nevzorov açıqca yalançıdır, əminəm ki, onun dediklərinin heç birinin sübutu yoxdur. A.Nevzorovla işləmiş İqor İlin isə əvvəlcə Nevzorova inandıqlarını, sonra isə bir hoqqabaz olduğunu müəyyənləşdirdiklərini ifadə edir.

Kinorejissor Stanislav Qovoruxin isə Nevzorovun tez-tez mövqeyini dəyişən və “dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” tipinə aid olduğunu söyləyib. Müxtəlif elm sahələrinin adamları isə bu zatın 60 (hər halda, atalarının sayından azdır) səhvini təhlil edib, tam biabır ediblər. Elmlər namizədi, antropoloq Stanislav Drobışevski, biologiya elmləri doktoru Svetlana Borinskaya, arxeoloq, tarix elmləri doktoru Leonid Vişnyatski, fəlsəfə elmləri namizədi O.E.Stolyarova, publisist, teleaparıcı Y.Ponasenkov və başqaları A.Nevzorovu ciddi tənqid ediblər.

Bunlar reallıqda Aleksandr Nevzorovun şəxsiyyəti haqqında aydın təsəvvürlər yaradır. Onun hərəkətləri və söylədiyi fikirlər də bunu təsdiqləyir. Məsələn, Vladimir Putini “bəşəriyyətin xərçəng şişi” adlandıraraq qeyd edib ki, “onun beyni yoxdur”! Görün, bu adam nə dərəcədə axmaq və saxtakardır ki, on illərdir Rusiyaya beyinsiz, ağılsız bir adamın rəhbərlik etdiyini deyir. Bəs onda sən kimsən, Nevzorov? Belə çıxır ki, Rusiya sənin kimi başsız, iradəsiz, bir dəlinin öhdəsindən gələ bilməyən, beyinsizə səs verən adamlarla doludur?! Əlbəttə, səhv edir və növbəti böhtanını rus xalqına və onun Prezidentinə atır! Və bu, onda bir növ adətə çevrilib!

Erməni acizliyi: arqumentlər tükənəndə...

Budur, ermənilər özlərinə tam oxşar olan Aleksandr Nevzorovdan Azərbaycana qarşı da qarayaxma kampaniyasında istifadə etməyə çalışırlar. “News.am” saytı A.Nevzorovun Azərbaycan Prezidenti İlham Əliyev haqqında sayıqlamalarını mütəxəssis rəyi kimi verib. Özü də tarixi, siyasi, ideoloji, mənəvi və geosiyasi aspektlərdə çox ciddi olan bir mövzuda. Məsələ nə ilə bağlıdır?

Azərbaycan Prezidenti Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında İrəvan, Zəngəzur və Göyçənin Azərbaycanın tarixi torpaqları olduğunu və gənclərin bunu unutmamaları gərəkliyini ifadə edib. Dövlət başçısı İrəvana qayıtmağın dövlətin siyasi və strateji məqsədlərindən birini təşkil etdiyini bəyan edib! Əslində, bu barədə İlham Əliyev əvvəllər də dəfələrlə fikirlərini ifadə edib. Ancaq məhz indi bu məqama ermənilər böyük qorxu, təlaş və böhtançılıqla reaksiya veriblər. Niyə?

Səbəb tam aydındır. Çünki Azərbaycan sürətli inkişafda, ordusunun qüdrəti artmaqda, beynəlxalq nüfuzu yüksəlməkdədir. Məlum aprel döyüşləri və Türkiyənin həyata keçirdiyi bir sıra tədbirlər göstərir ki, Azərbaycan Prezidenti sözü elə-belə demir - bunun arxasında kifayət qədər böyük güc dayanır! Ermənilərin və nevzorovların kürkünə birə salan da məhz bu məqamdır!

A.Nevzorov deyir ki, Azərbaycanın dövlət başçısının İrəvana qayıtmaq haqqında danışması regionda müharibələrə, fəlakətlərə, insan itkilərinə səbəb ola bilər. Bəs Ermənistanın faşist rejiminin İrəvan, Zəngəzur və Göyçədən yüzminlərlə azərbaycanlını deportasiya etməsi fəlakət deyilmi? Dağlıq Qarabağda və ətraf rayonlarda erməni silahlı quldur dəstələrinin hətta faşistlərin etmək istəmədikləri vəhşilikləri törətməsi regionda müharibəyə yol açmırmı? İndi də erməni əsirliyində minlərlə qoca, qadın və uşaq vardır. Bunları nevzorovlar görmürlər, kordurlar? Əlbəttə, görürlər və illərdir ki, susurlar. Fikir verin, onlardan bir nəfəri belə deyirmi ki, axı Ermənistanda niyə azərbaycanlılar yoxdur, niyə Dağlıq Qarabağdan azərbaycanlıları qovublar, niyə Xocalıda, Şuşada, Xocavənddə, Laçında, Kəlbəcərdə və başqa Azərbaycan torpaqlarında insanları kütləvi qətlə yetirdilər? Niyə BMT-nin qəbul etdiyi dörd qətnaməyə əməl edilmir? Əsl dəli, ağılsız, həyasız, şərəfsiz bu faktları gizlədib, başqalarına şər atanlar deyilmi?

İlham Əliyev tarixi həqiqəti söyləyir. O, dövlət başçısı kimi rəhbərlik etdiyi ölkəni, onun xalqını, hər bir vətəndaşını (onların sırasında nevzorovun və ermənilərin də soydaşları vardır, özü də minlərlə!) təhlükəsizliyini qoruyur. Əks tərəf də daim Azərbaycan Prezidentinə böhtan atır, müxtəlif yalanlar uydurur.

“Exo Moskvı” radiostansiyasına danışan gerizəkalı sarsaq deyir ki, azərbaycanlılar tarixi muma çeviriblər, necə istəyirlər, yoğururlar, indi də İrəvanla bağlı mif uydururlar. Bu zavallı heç öz həmvətənlərinin İrəvan qalası haqqında yazdıqlarını oxumayıb! A.Nevzorovun “yeddi arxa dönəninin” (o da məlum deyil, kimlərdir) zamanında İrəvan qalasının çəkilən şəkilləri, onu almaq üçün rus ordusunun illərlə əlləşdiyi haqqında informasiyası yoxdursa, axmaqcasına və həyasızcasına niyə fikir bildirir? Çünki o da ermənilər kimi yalançı, böhtançı və ədalətsizdir!

Azərbaycan tarixçiləri əsrlər öncə İrəvan haqqında yazıblar, indi də daha geniş və dərin təhlil aparırlar. Bu proses cənab Prezidentin məlum nitqindən sonra başlamayıb ki? Əksinə, Avropa, Rusiya, Türkiyə, İran, Azərbaycan və başqa ölkələrin tarixçilərinin apardıqları elmi tədqiqatların nəticəsi olaraq Azərbaycanın dövlət başçısı ədalətli qaydada fikrini bildirib. Bu, hamının bildiyi, elm aləminin qəbul etdiyi həqiqətdir!

Əslində, zatı bilinməyən bir sərsərinin sayıqlamaları üzərində geniş dayanmağa elə bir ehtiyac da yoxdur. Məsələ ermənilərin artıq bütün ciddi qaynaqlardan əlini üzüb, səy, gic və dəlilərin ətəyindən yapışmaları aspektində maraqlıdır. Bir az da gülməlidir. Bu məqamda Azərbaycan Prezidentinin köməkçisi Novruz Məmmədovun bir fikrini xatırlamaq yerinə düşərdi. Novruz Məmmədov başabəla jurnalist haqqında deyib: "Fikirləşirəm ki, Nevzorov heç zaman dərk edə bilməyəcək ki, şəxsiyyət kimi formalaşa bilməyib, sadəcə, anomal olaydır, o, “human being” feykidir. O, o dərəcədə anomaldır ki, nə yaratmağa cəhd etsə, 600 saniyədən sonra məhv olur. Yaxşı olar ki, o, psixiatrik xəstəxana da “yaratsın”. Orda onu “başa düşərlər”. Ən əsası isə, “N e r v o z o v” hansı “xidmətlərinə” görə kimin qarşısında necə dombalaq aşmağı, bilirmiş!

Nəhayət, təsəvvür edin, hansısa Nevzorov Ermənistan üçün arqument, tarixi reallıq qaynağı olub! Bu həmin Ermənistan rəhbərliyidir ki, Ermənistanın “başsız, düşüncəsiz və beyinsiz” adlandırdığı Rusiya Prezidentinin bir əmrindən belə çıxa bilmir və Serj Sarkisyan onun bir göstərişi ilə Ermənistanın geosiyasi istiqamətini iki saata dəyişir! Əgər V.Putin “beyinsiz və bəşəriyyətdə xərçəng şişidirsə”, onda bütöv Ermənistan rəhbərliyi nəmənədir? (Allah Mirzə Cəlilə və Sabirə rəhmət etsin!). Bu sualı ermənilər A.Nevzorova niyə vermirlər? Çünki reallıq çox qorxuncdur: Ermənistan rəhbərləri və A.Nevzorov zəka və fəhm baxımından həyasız, küt, ləyaqətsiz məxluqdurlar!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər