MƏDƏNİYYƏT
Ermənilərin qanlı cinayətlərindən bəhs edən sənədli film çəkilib
Bakı, 27 mart, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Erməni təcavüzünün qanlı səhifələri” sənədli televiziya filminin istehsalını başa çatdırıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AzTV ilə AMEA-nın Tarix İnstitutunun birgə layihəsi olan film ermənilərin 1918-ci il martın 31-də türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımının 100 illiyinə həsr olunub.
Ekran işində ermənilərin vəhşi cinayət əməllərinin qanlı səhifələri sənədlərin, şahidlərin və tarixçi alimlərin xarici dövlətlərin arxivlərindən üzə çıxardıqları yeni faktların dili ilə tamaşaçılara çatdırılır. Filmdə tarixçi-alimlər Güntəkin Nəcəfli, Kamran İsmayılov, İlqar Niftəliyev və Natiq Məmmədzadənin də fikirləri yer alıb.
Filmin elmi məsləhətçisi Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov, ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Cəmil Fərəcov, operatoru isə Adil Abbasovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2024 [18:19]
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edəcək
- 27.05.2024 [17:10]
Milli Xalça Muzeyində 28 May – Müstəqillik Günü qeyd olunub
- 27.05.2024 [17:02]
Əmək qanunvericiliyinə dair ixtisasartırma kursuna start verilib
- 27.05.2024 [15:05]
Milli Kitabxanada “28 May – Müstəqillik Günü” haqqında tədbir olub
- 27.05.2024 [14:37]
Kukla Teatrı iyun ayı üçün maraqlı repertuar tərtib edib
- 27.05.2024 [13:09]
Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub
- 27.05.2024 [12:08]
Bu gün Xalq artisti Soltan Dadaşovun doğum günüdür
- 27.05.2024 [12:08]