Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistan bu cür təxribatları ilə yeni müzakirə mövzusu yaradıb normallaşma prosesini arxa plana keçirmək istəyir

Ankara, 13 sentyabr, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinə aid bölmələrin sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı və davamlı təxribat törətməsi dünya ictimaiyyətinin nəzər və diqqətini yenidən daha həssas şəkildə Qafqaza yönəldib.

Təcavüzkar Ermənistanın növbəti hərbi-hücum təxribatı bölgədə uzunmüddətli sülh və sabitliyin yaradılması istiqamətində yaranmış fürsətlərin əldən verilməsinə və yaxud prosesin gecikməsinə öz mənfi təsirini göstərən arzuolunmaz vəziyyətdir. Təəssüflə qeyd etmək lazımdır ki, üçtərəfli bəyanatlar və onlar əsasında əldə edilmiş digər razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, qanunsuz erməni silahlı birləşmələri hələ də Azərbaycan ərazisindən tam çıxmayıblar. Ermənistan tərəfi istehsal etdiyi minaları ərazilərimizə döşəməkdə davam edir. Bu və digər anormal gedişlərlə təcavüzkar tərəf yeni əsasız şərtlər irəli sürərək nəqliyyat və kommunikasiyaların açılması prosesinə süni əngəllər yaradır. Bütün bunlar isə iki qonşu ölkə arasında uzunmüddətli sülhün yaranmasına qarşı yönəldilmiş məqsədli təxribatlardır.

Azərbaycan-Ermənistan dövlət sərhədindən nə baş verir? Bu sual ətrafında fikir və düşüncələri bölüşmək üçün, ilk növbədə, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma proseslərinə qarşı olan qüvvələrin regiondakı maraq və mənafelərini nəzərdən keçirmək lazımdır. Yaranandan bəri daim başqa-başqa qüvvələrin əlində alət olan Ermənistan bütün dəyişən hərbi-siyasi şəraitlərdə öz hiyləgərlikləri ilə yeni torpaqlar qazanmağa nail olduğu üçün hazırda da bu niyyətindən daşınmaq istəmir.

Ermənistan hərbi-siyasi reallıqlardan uzaqlaşdıqca öz daxilində gərginlikləri artıracaq

İki il öncə sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsinin Ermənistana verdiyi acı nəticələr göz önündədir. Lakin təcavüzkar tərəf həzm edə bilmədiyi bu hərbi-siyasi reallığı dəyişmək imkanında deyil. Əvvəla təkcə Qafqazda deyil, ümumiyyətlə, keçmiş SSRİ məkanında tamamilə yeni bir situasiya yaranıb. Digər tərəfdən Azərbaycan müstəqil dövlətdir, qüdrətli Ordusu və Türkiyə kimi NATO üzvü olan müttəfiqi var. Bundan sonra Azərbaycanın əl-qolunu bağlayıb, Ermənistanı birtərəfli qaydada hücuma dəstəkləmək istəyənlər olsa belə, bu şəraitin yenidən yaranması mümkünsüzdür.

Beləliklə, genişmiqyaslı təxribatların nəticəsi olaraq sentyabrın 12-də başlayan hərbi qarşıdurmanın səbəbləri aşağıdakılardır:

-44 günlük Vətən müharibəsinin hərbi-siyasi stressindən yaxa qurtarmaq üçün kiçik sahəni əhatə etsə belə yeni ərazilər işğal etmək;

-Dövlət sərhədində strateji üstünlük qazanmaq;

-Bu qarşıdurma ilə yeni müzakirə mövzusu yaratmaqla Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma prosesini arxa plana keçirmək;

-Azərbaycan haqqında yanlış rəy formalaşdırıb siyasi hakimiyyətə təzyiqlər göstərmək.

Ermənistanın və təbii ki, mövcud siyasi rəhbərliyinin yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə ayrı-ayrılıqda və üçtərəfli qaydada sülh şəraitində yaşamaqdır. Doğrudur, zaman-zaman saxta “böyük Ermənistan” iddiası ilə zəhərlənmiş düşüncələrdə normal təfəkkür yaratmaq o qədər də asan məsələ deyil. Lakin proseslər göstərir ki, Ermənistan hərbi-siyasi reallıqlardan uzaqlaşdıqca öz daxilində gərginliklərin davamlı artmasına səbəb olacaq. Çünki otuz illik işğal və danışılan yalanları 44 gün ərzində sabun köpüyünə çevirən Azərbaycan Ordusu öz torpaqlarını əzmlə müdafiə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə göstərilən siyasi qətiyyəti və Azərbaycan xalqının monolit qüvvə kimi öz torpaqlarının müdafiəsində olması Ermənistan ictimaiyyətinə də yaxşı bəllidir.

Ermənistan Qafqazın təhlükə sindromudur

Ermənistan tərəfi Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırmaq, ölkəmizin ərazilərində icazəsiz və qanunsuz minadöşəmə həyata keçirmək cəhdləri ilə genişmiqyaslı hərbi təxribatlara hazırlaşdığını təsdiq edir. Təkcə bu fakt deməyə əsas verir ki, Ermənistan Qafqazın təhlükə sindromudur. Təcavüzkar dövlətin hərbi-hücum taktikası ilə yeni müzakirə mövzusu yaradıb normallaşma prosesini arxa plana keçirmək cəhdini dəstəkləyən və həvəsləndirən bir sıra maraqlı qüvvələr var. Buna baxmayaraq, baş verən təxribata, yaranmış gərginliyə, itkilərə və beynəlxalq hüquqa edilən qəsdə görə Ermənistanın hərbi-siyasi rəhbərliyi birbaşa məsuliyyət daşıyır. O cümlədən, Ermənistan tərəfinin itkilərinə görə mənəvi və hüquqi məsuliyyət, öz cəmiyyəti qarşısında cavabdehlik mövcud Ermənistan hakimiyyətinin üstündədir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan ilə Ermənistan arasında sonuncu mühüm addım da məhz rəsmi Bakı tərəfindən atılıb. Belə ki, sülhsevər dünya ictimaiyyəti Azərbaycanın 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb, bu halı Ermənistan və Azərbaycan arasında sülh prosesi üçün müsbət hal kimi dəyərləndirib. Əgər sentyabrın 12-nə qədər ümumilikdə Qafqazdakı proseslərlə bağlı müzakirə mövzusu Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərindəki normallaşma, eləcə də tərəflərin danışıqları birbaşa davam etdirməsi, münasibətlərin vasitəçilərsiz olaraq formalaşması idisə üstündən bir gün keçəndən sonra hər şey kökündən dəyişdi.

Orta Dəhliz beynəlxalq ictimaiyyətin arzu və tələbidir

Mövcud Rusiya-Ukrayna müharibəsi Orta Dəhliz məsələsini gündəmə gətirməklə bərabər, bu istiqamətdə mühüm addımların atılmasını təxirəsalınmaz prosesə çevirib. Hazırda Rusiya da daxil olmaqla Avrasiyada elə bir tərəf tapıla bilməz ki, bu dəhlizə ümidlə baxmasın. Ən azı ona görə ki, Rusiya-Ukrayna müharibəsi ən qısa vaxtda dayansa belə, iki qonşu ölkə arasındakı münasibətlərin, eləcə də ictimai əlaqələrin tərəflərin hər ikisinin həzm edəcəyi dərəcədə normallaşması uzun zamana bağlı olacaq. Bu həqiqəti münaqişə tərəfləri də bilir və etiraf edirlər.

Orta Dəhliz barədə Prezident İlham Əliyevin fikirlərinə müraciət edək: “Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu var”. Proseslər göstərir ki, Orta Dəhliz bölgədə yaxın və uzaq ölkələr üçün nəfəsliyə çevrilir. Bu mənada yaxın zamanlarda sülhsevər ictimaiyyət, eləcə də öz xalqlarının rifahı və rahatlığı üçün məsuliyyətini dərk edən tərəflər barmaqlarını uzadıb “Nəfəslik açılmalıdır!”, - deyərək bir ağızdan bağırmağa başlayacaqlar.

Hazırda Ermənistanı yenidən hərbi qarşıdurmaya həvəsləndirməklə bölgədə öz mövcudluğunu qorumağa çalışan təhrikçi tərəflər də Orta Dəhlizə möhtac olduqlarını ən qısa zamanda etiraf edəcək və yaxud açıq mövqe göstərməyə məcbur olacaqlar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BVF ilə Azərbaycanın maliyyə sektorunun dayanıqlılığının artırılmasının yeni istiqamətləri müzakirə edilib

Türkiyə rəsmisi türk ölkələrinin gənclərinin kosmik sahədə təmaslarının əhəmiyyətindən bəhs edib

Komitə sədri Ailə Məcəlləsinə yeni dəyişikliklərin məqsədini açıqlayıb

AZAL Bakı-Küveyt-Bakı reyslərini bərpa edir

Azadlıq prospektinin bir hissəsinin təmirinə başlanılıb

Lənkəranda dənizdə boğulma təhlükəsi ilə üzləşən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

Moskvada azərbaycanlı rejissorun filminin premyerası olub

Azərbaycanda qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində qanunvericilik təkmilləşdirilir

Beyləqanda ot bağlaması daşıyan "KamAz"ın qoşqusu yanıb

Yusif Eyvazov: Qalibləri dürüst və düzgün seçəcəyik. Qoy yeni “ulduz” doğsun!

Qazaxıstan “Taliban”nı terrorçu təşkilatlar siyahısından çıxarıb

Metronun “Neftçilər” stansiyasında təlim keçirilib

BAMF 2024-cü il üçün Nobel sülh mükafatına namizədini açıqlayıb

Qurban Qurbanov: Millinin baş məşqçi məsələsi yaxın günlərdə öz həllini tapacaq

Qarabağ Universitetinin 3 fakültəsinə dekan vəzifələri üzrə vakansiyalar elan edilib

Estoniya Rusiya ilə sərhəddə monitorinq məntəqələri tikməyə başlayıb

"Zirə"nin futbolçusu: Qol imkanlarından istifadə edə bilməməyimiz nəticəyə təsir etdi

Polad Bülbüloğlu: Artıq vokalçıların Bülbül adına müsabiqəsinə rəhbərlik etməyə layiq olan dünya səviyyəli azərbaycanlı müğənnilər yetişib

“Sumqayıt” qapıçısı ilə yollarını ayırıb

ÜST pandemiya sazişi üzrə danışıqları daha bir il uzadıb

Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Nazir müavini: Hədəfimiz hər il 40 min iş yerinin müəyyən edilməsidir

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli Qanununun tətbiqi və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Recayna şəhərinin meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Rəsədxana: Zəif səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

® “AccessBank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar jurnalistlərin övladları üçün maarifləndirici tədbir təşkil edib

İyunun 4-də Bakıda 35 dərəcə isti olacaq

BMU-da imtahan sessiyasına başlanılıb

Bağça müdiri vəzifəsinə qəbul üçün müsahibə mərhələsinə başlanılıb

Sosial xidmət müəssisəsinin sakinləri Azərbaycan Kubokunun finalında meydana çıxıblar

Himalay Məmişov: Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” vasitəsilə mümkün olacaq

Xəbərdarlıq: Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq

Pediatr: Orqanizmdə temperatur 38 dərəcədən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir

® “Rabitəbank” nağd pul krediti üzrə faizləri aşağı salıb!

Ağsuda Beynəlxalq Folklor Festivalı keçirilib

MEK istifadəçiləri üçün daha bir yenilik tətbiq edib

“Məşğulluğa dəstək layihəsi”nin aktiv biznes fəaliyyəti ilə seçilən iştirakçılarına əlavə avadanlıqlar verilib

Rusiyalı ekspert: Bakı ilə İrəvan arasında sülh sazişinin 2024-cü ilin sonu-2025-ci ilin əvvəlində imzalanması ehtimalı var ŞƏRH

DSMF sədri: Bugünkü günə 270 minə yaxın şəxs ünvanlı sosial yardım proqramı ilə əhatə olunub VİDEO

Bakı-Mingəçevir-Bakı istiqaməti üzrə müasir avtobuslar istifadəyə verilib

Naxçıvan şəhərində üç avtomobil toqquşub

Özbəkistanda İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 12-ci konfransı keçirilib

Gürcüstan parlamentinin sədri “Xarici təsirin şəffaflığı haqqında” Qanunu təsdiqləyib

® “Araz” supermarketlər şəbəkəsi beynəlxalq mükafata layiq görülüb

İdman Könüllüləri və Azarkeşləri İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib

Şri-Lankada daşqınlar 12 nəfərin həyatına son qoyub

Türkiyənin XİN rəhbəri Çində səfərdədir

Bakı aeroportunda ilk FOD toplanma kampaniyası keçirilib

® “Kapital Bank”ın dəstəyi ilə “İxracın maliyyələşdirilməsi” mövzusunda təlim keçirilib

Ramana qəsəbəsindəki marketdən tütün məmulatı və oradakı ödəmə terminalından pul oğurlanıb

Anar Əliyev: Hər il 290 minə yaxın şəxsin peşə və təhsil hazırlığına cəlb edilməsinə çalışırıq

Nobel mükafatı laureatı Əziz Səncər ən qədim və nadir tibb əlyazmaları ilə tanış olub

Kəşf olunmamış Anadolu: Frigiya – qaya sakinlərinin sivilizasiyası VİDEO

DSMF sədri: Yenilik nəticəsində sosial yardımla bağlı imtinaların azalmasının şahidi olacağıq

Hərbi qulluqçumuz “Afrika Aslanı-2024” təlimində iştirak edib

Dövlət Gömrük Komitəsində “Özünet” layihəsinin təqdimatı olub

İna Koşeru: COP29 iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə öz töhfəsini verəcək VİDEO

“Qaraca qız” tamaşasının premyerası olub

® “Ziraat Bank Azərbaycan” uşaqlar üçün “Gələcəyin bankirləri” layihəsini həyata keçirib

“Ünvanlı yardım” elektron sistemi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yenidən qurulub

Brüssel Mərkəzi Asiyanın nəqliyyat sektoruna 10 milyard avro sərmayə yatıracaq

Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub

Polşada səfərbərliklə bağlı xəbərlərin kiber-hücum olduğu təsdiqlənib

Aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırası genişləndirilir

FHN: Həftəsonu 7-si azyaşlı olmaqla 22 nəfər xilas edilib VİDEO

Bərpaolunan enerji sahəsində yeni “Şahdəniz”: Azərbaycan qlobal enerji təhlükəsizliyinə mühüm töhfələr verir

Monqolustan və Belarus 10-dan çox əməkdaşlıq sənədi imzalayıb

Məqsədli proqramların həyata keçirilməsi üçün işəgötürənlər qarşısında hansı tələblər qoyulur?

Xətai rayonunda üç ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

ABŞ Qırmızı dənizdə husilərin bir PUA-sını və iki raketini vurub

Meksikanın 200 illik tarixində ilk dəfə qadın prezident seçilib

® “Umico Market”də yay taksit festivalı

Nazir müavini: İl ərzində 15 minə yaxın iş axtaranı işlə təmin edə biləcəyik

Yer üzündə ən böyük genom aşkar edilib

Azərbaycan idmançılarının iyun ayı üçün reytinq cədvəli açıqlanıb

Komitə sədri: Məşğulluqla bağlı qanunvericiliyin təkmilləşdirilməsi vacib amillərdəndir

AzMİU tələbələri şüşə zavodunun istehsal prosesi ilə tanış olublar

Üç nəfərin bank kartından oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Məşğulluq üzrə kvotadan əlavə iş yerlərinin yaradılması qaydaları müəyyənləşir

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə imtahan verənlərin nəzərinə

Tacikistan nümayəndə heyəti Azərbaycan Hərbi Hava Qüvvələrinin Vətən müharibəsindəki rolu haqqında məlumatlandırılıb

Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğu ilə bağlı qanunvericilik təkmilləşdirilir

QHT sədri: ABŞ konqresmenləri erməni diasporunun təsiri ilə addım atıblar

Peşəkar boksçunun maraqlı hobbisi FOTO VİDEO

İyunun 3-ü Ümumdünya Velosiped Günüdür

Azərbaycan millisinin üzvü Braziliya klubu ilə anlaşıb

“Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi boksçuların tam siyahısı bəlli olub

Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktorunu qəbul edib  YENİLƏNİB VİDEO

Kolleclərdə ilkin monitorinqlər yekunlaşıb: 6 direktor və 4 direktor müavini ilə əmək müqaviləsinə xitam verilib

İranda prezidentliyə namizədlərin qeydə alınması başa çatır

Seul KXDR ilə hərbi sazişin qüvvəsini dayandırmaq qərarına gəlib

Paytaxtın 80 yaşlı təhsil ocağı

® “AccessBank”dan Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “myCard Junior” kartlarına 50 faiz endirim

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib VİDEO

“Araz-Naxçıvan” futbolçusu ilə müqaviləni uzadıb

BANM-in tələbələri “PAŞA Holdinq”in inkişaf proqramında I yeri tutublar