SİYASƏT
Ermənistan ordusunun bölmələri Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar VİDEO
Bakı, 29 avqust (AZƏRTAC). Ermənistan ordusunun bölmələri avqustun 28-də və 29-da gecə Ermənistanın Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun respublikamızın Tovuz rayonunun Ağdam kəndində yerləşən mövqelərini atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ermənilər Azərbaycan Respublikasının Ağdam rayonunun Şuraabad, Tərtər rayonunun Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub.