Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı qəsb və mənimsəmə siyasəti Avropa Şurasında ifşa edilib

Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı qəsb və mənimsəmə siyasəti Avropa Şurasında ifşa edilib

Strasburq, 24 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyası (AŞPA) yay sessiyasının dördüncü iş günündə diqqət mərkəzində olan əsas məsələ mədəniyyət və təhsil problemləri mövzusunun siyasi aspektləri idi. Serbiyalı deputat Vesna Maryanoviçin hazırladığı “Mədəniyyət və demokratiya”, eləcə də fransalı deputat Pyer Le Bornun müəllifi olduğu “Vətəndən xaricdə yaşayan icmaların təhsil və mədəniyyət şəbəkəsi” adlı məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Otuzdan artıq Assambleya üzvünün qatıldığı fikir mübadilələrində çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə diqqəti mədəniyyət anlayışının demokratik mahiyyətinə yönəldib. O deyib: “Əslində “homo sapiens” elə mədəni insan deməkdir və mədəniyyət həyatın hər sahəsinə aiddir. Yəni, peşəkar mənada mədəniyyətdən savayı, siyasətdən tutmuş iqtisadiyyata qədər, birgəyaşayışdan başlamış müharibəyə qədər hər istiqamətin özünə xas olan fəaliyyət, mövcudluq mədəniyyəti var. Zərif mədəniyyət anlayışı ilə kobud müharibə məfhumu zahirən təzadlı görünə bilər. Lakin mahiyyətə gəldikdə görürük ki, müharibənin özünün də müəyyən aparılma mədəniyyəti, tabe olmalı olduğu humanitar və hüquqi qaydalar var. Eyni zamanda, müharibənin artıq peşəkar mənada mədəniyyətlə, mədəni sərvətlərlə münasibətdə yerinə yetirməli olduğu müəyyən beynəlxalq tələblər də mövcuddur. Mədəniyyət bəlkə də ən demokratik dəyərlər sistemidir. Çünki mədəniyyət sərhəd, milli, dini məhdudiyyət tanımır və bütövlükdə insanlığa məxsusdur. Ona görə də mədəniyyətə, mədəni sərvətlərə qarşı edilən istənilən mənfi hərəkət elə demokratiyaya, demokratik dəyərlər sisteminə qarşı həqarət deməkdir”.

Sonra diqqəti Ermənistanın apardığı təcavüzkar siyasətə yönəldən deputat Rafael Hüseynov bu işğalın mədəniyyətimizə vurduğu zərbələrlə bağlı faktları səsləndirib: “Bütün həyatım boyu mən mədəniyyət məsələləri ilə məşğul olmuşam və bu gün də öz ölkəmdəki ən böyük muzeylərdən birində çalışıram. Artıq 25 ildir ki, Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İndi “mədəniyyət və demokratiya” prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə ortaya çıxır. Bu sərvətin arasında elələri var ki, yaşı yüz illərlə deyil, min illərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı, bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təəssüflər olsun ki, onların əksəriyyəti ya məhv edilib, ya da qəsb edilərək erməniləşdirilib”.

Ermənilərin tarixi saxtalaşdırmasına dair əyani nümunəni misal çəkməklə azərbaycanlı deputat əslində belə cəhdlərin də arxasında işğala süni tarixi zəmin yaratmaq niyyəti olduğunu bildirib: “Ermənistanın işğal altında saxladığı Laçın rayonunda IV əsrə aid Ağoğlan qəsri qalıb. 2006-cı ildə ermənilər həmin qəsrin divarlarına 26 yazılı daş lövhə əlavə ediblər ki, guya bu abidənin onlara məxsusluğuna tarixi sübut yaratsınlar. Digər tərəfdən də təsəvvür yaratmağa çalışıblar ki, guya bu yerlərə gəlmə deyillərmiş, buralarda elə orta əsrlərdən bəri yaşayırmışlar. Lakin tarixi belə asanlıqla saxtalaşdırmaq mümkün deyil. Belə ki, hələ XX əsrin 70-ci illərində Azərbaycan arxeoloqları və tarixçiləri həmin abidəni müfəssəl araşdıraraq tam təsvirini əhatə edən kitablar nəşr edib, dissertasiyalar yazıblar. Bu danılmaz dəlillər isə erməni yalanlarını dərhal və qeyd-şərtsiz ifşa edir.

Ermənistan “Mədəniyyət və demokratiya” müstəvisində belə miskin görünür. Halbuki “Silahlı münaqişələr baş verdikdə mədəni sərvətlərin qorunması” haqqında 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında 1972-ci il UNESCO Konvensiyası həmin irsə tamam başqa münasibəti tələb edirdi”.

Ermənistanın əksinə olaraq Azərbaycanın dünya mədəni irsinə qayğıkeş münasibətini avropalı deputatlara R.Hüseynov ölkəmizin məhz Avropada apardığı nəcib mədəni tədbirlərlə açıqlayıb: “Azərbaycan beynəlxalq mədəni irsə münasibətdə hansı mövqedədir? Son illərdə təkcə Azərbaycandakı Heydər Əliyev Fondu İtaliyada, Roma şəhərindəki Müqəddəs Marçellini və Pietro katakombalarının, Strasburqdakı kafedralın XIV əsrə aid 5 vitrajlı pəncərəsinın bərpasını və digər neçə belə nəcib mədəni layihəni həyata keçirib. Çünki müsəlman Azərbaycanı sərhədlərindən çox uzaqlardakı bu xristian mədəniyyəti sərvətlərinə də elə özünün doğma irsi kimi qayğıkeş münasibət bəsləyib. Zənnimcə, bu cür yanaşmanın hamımız üçün ənənəvi düşüncə tərzinə çevrildiyi təqdirdə əldə edəcəyimiz nəticələr qitəmizin və dünyamızın daha əmin-aman, daha gözəl, daha yaşamalı olmasına gətirib çıxarar. Həyatın, insan fəaliyyətlərinin hər bir sahəsinə aid edilə bilmək baxımından mədəniyyətlə siyasət eyni gələr. Hər bir sahənin özünəməxsus mədəniyyəti olduğu kimi, hər istiqamətin də özünə görə siyasəti var. Bu iki anlayışı qarşılıqlı tətbiq etsək görərik ki, mədəniyyətin siyasəti olan sayaq, siyasətin də mədəniyyəti var. Arzu edək ki, heç vaxt siyasətimizdən mədəniyyət, mədəniyyətimizdən isə demokratik siyasət əskik olmasın!”

Səhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib VİDEO

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi

Azərbaycan gimnastı: Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir

İsveçin təhsil naziri: Məktəblərimizdə cinayətkarlar çalışır

Səməd Seyidov Rusiya Federasiya Şurası sədrinin müavini ilə görüşüb

“Qız qalası əfsanəsi” filminin 100 ili tamam olur

“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır