CƏMİYYƏT
Faktiki hava: Qabırrı çayından sel keçib
Bakı, 25 avqust, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 25-i saat 21:00-a olan məlumatına əsasən Şərur, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Qrız, Quba, Xaçmaz, Qusar, Şahdağ, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, Şəki, Qəbələ, Xınalıq, Ağstafa, Tovuz, Ceyrançöl, Goranboy, Naftalan rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən AZƏRTAC-a verilən məlumata görə, Samux rayonunun Qabırrı Kəsəmən məntəqəsində fasilələrlə yağan leysan yağış nəticəsində saat 20:00-da Qabırrı çayından sel keçib.
Cənub-şərq küləyi əsib, arabir Naftalanda saniyədə 24, Goranboyda 22 metrədək güclənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [19:02]