REGİONLAR
FAO-nun Azərbaycandakı ofisinin rəhbəri Aqrar Universitetində mühazirə oxuyub
Bakı, 16 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) bakalavr səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci beynəlxalq yay məktəbində “FAO və aqrar sahənin innovativ inkişafı” mövzusunda mühazirə oxunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, mühazirə FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak tərəfindən aparılıb.
M.Çakmak BMT-nin ixtisaslaşmış təşkilatlarından biri kimi FAO-nun strukturu, fəaliyyət sahələri, strateji məqsədləri, o cümlədən ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu, həyata keçirilən proqramlar və layihələr, Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən yerinə yetirilmiş işlər və digər məsələlər barədə məlumat verib.
Sonda tələbələrin sualları cavablandırıb.