Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Fazil Məmmədov: Stolüstü tennisçilərimiz İslamiadada uğurla çıxış etdilər

Fazil Məmmədov: Stolüstü tennisçilərimiz İslamiadada uğurla çıxış etdilər

Bakı, 27 may, S.Quliyev, S.Allahverdiyeva, AZƏRTAC

Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq idman tədbirinə uğurla ev sahibliyi etdi. Əllidən çox müsəlman ölkəsindən üç mindən artıq atletin idmanın 20 növü üzrə mübarizə apardığı “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları bütün dünyanın diqqət mərkəzində oldu.

Azərbaycan idmançıları İslamiadada digər idman növlərində olduğu kimi, stolüstü tennis yarışında da uğurla çıxış etdilər. Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov “Bakı-2017”nin ölkəmiz üçün əhəmiyyəti, eləcə də stolüstü tennisçilərimizin uğurlu çıxışları barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Fazil müəllim, “Bakı-2017”nin Azərbaycan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- IV İslam Həmrəyliyi Oyunlarının Bakıda təşkili dünyaya bir mesaj oldu. Ölkəmiz İslam dəyərlərinə nə qədər sadiq və bağlı olduğunu bir daha nümayiş etdirdi. Oyunların rəmzi olaraq suyun seçilməsi saflıq əlaməti kimi dəyərləndirilir. Azərbaycan sülh, əmin-amanlıq, inkişaf, sağlam həyat tərzi ilə dünyada tanınan ölkədir. Mötəbər yarış ölkəmizin dünyada tanıdılması istiqamətində mühüm rol oynadı. İki il əvvəl Azərbaycan tarixdə ilk dəfə Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi. Respublikamızda təşkil olunan hər bir tədbirdən sonra Azərbaycan öz təşkilatçılıq qabiliyyəti ilə seçilir və digər ölkələrə nümunə kimi təqdim olunur. Hətta ölkəmizdə olan qonaqlar IV İslam Həmrəyliyi Oyunlarının “Rio-2016” Yay Olimpiya Oyunlarından daha yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar.

- Stolüstü tennis yığmamızın IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışı barədə nə deyə bilərsiniz?

-Stolüstü tennisçilərimizin IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışını yüksək qiymətləndirirəm. Ən əsası idmançılarımız əzmkarlıq nümayiş etdirərək mükafatçılar sırasında yer ala bildilər. Komanda hesabında qızlarımız gümüş, oğlanlar isə bürünc medala sahib oldular. Bir neçə il əvvəl İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlamışdıq. Artıq idmançılarımızın reytinqi getdikcə yüksəlməkdədir. Qazanılan nəticəni qənaətbəxş hesab etmək olar. Təbii ki, idmançılarımızın qızıl medala sahib olmasını çox istəyirdik. Ancaq bu, idmandır. Ölkəmizdə stolüstü tennisin üç il əvvəlki vəziyyəti ilə indiki arasında böyük fərq var. İddialı komandamız var və gələcəkdə daha böyük uğurlar əldə edəcəyik.

- İdmanın bu növünün kütləviləşməsi istiqamətində federasiya tərəfindən hansı işlər görülür?

-2014-cü ildə Şahin Mustafayev Azərbaycan Stolüstü Tennis Federasiyasına prezidenti seçilib. Həmin ilin fevralında “2015-2020-ci illərdə Fəaliyyət Planı” hazırlanıb. Fəaliyyət Planı 4 əsas istiqamət üzrə hazırlanıb. Bunlar kütləviliyin artırılması, yığma komandanın inkişafı, mütəxəssislərin peşəkarlığının artırılması və peşəkar klub sisteminin formalaşdırılmasından ibarətdir. Kütləvilik bu istiqamətlərdən biridir. Bu istiqamətdə təqvim planına uyğun olaraq, bütün işlər yerinə yetirilir. Bundan əlavə, sahəvi - jurnalistlər, nazirlik əməkdaşları, tələbələr, autizmli və daun sindromlu uşaqlar arasında stolüstü tennis yarışları təşkil olunub. Autizmli uşaqların cəmiyyətə inteqrasiyasını təmin etmək üçün bir neçə yarış keçirilib. Ötən il yetkinlik yaşına çatmayan uşaqlar üçün cəzaçəkmə müəssisəsinə stolüstü tennis avadanlığı hədiyyə olunub və orada yığma komandamız nümunəvi çıxışı ilə yadda qalıb. Həmçinin yoldaşlıq görüşü təşkil olunub və cəzaçəkmə müəssisəsinin sakinlərinə hədiyyələr təqdim edilib. Sağlam həyatın təbliği baxımından bu gözəl addımdır.

Kütləviliyə xidmət edən ən vacib məsələlərdən biri də federasiya ilə Bakıdan əlavə, 11 rayonda fəaliyyət göstərən müəllimlərlə müqavilələrin bağlanmasıdır. Müqaviləyə əsasən müəllimlər 6-9 yaşlı uşaqlara idmanın bu növünün sirlərini öyrədirlər. İdmandan əlavə, bu uşaqların sağlam həyat tərzinə cəlb olunması deməkdir. Artıq bunun bəhrəsini görürük. Hər il müəllimlər federasiyaya 5 qız və 5 oğlan stolüstü tennisçi təqdim edir. Həmçinin Dənizkənarı Milli Parkda iki stolüstü tennis yerləşdirilib ki, bu da həvəskarların ixtiyarına verilib. Sumqayıt bulvarında federasiya tərəfindən böyük idman kompleksi tikilir. Bu kompleks əhaliyə də xidmət edəcək, idmançılarımız orada hazırlıq keçəcəklər.

- Ölkəmizdə stolüstü tennis üzrə hər hansı irimiqyaslı turnirin keçirilməsi nəzərdə tutulubmu?

- İlk belə yarış birinci Avropa Oyunlarından əvvəl təşkil olunub. O vaxt Avropa “Top-16” turniri keçirildi ki, yarışa 37 ölkədən nümayəndə heyəti qatılmışdı. Planda irimiqyaslı yarışların ölkəmizdə təşkili var. Ən çox uşaqlar arasında beynəlxalq turnirə ev sahibliyi etmək istəyirik. Bunun da əsas səbəbi uşaqların yarışa cəlb olunması, onların təcrübələrinin artırılmasıdır. Mayın 28-də Almaniyada dünya çempionatı başlayacaq. Yarışa Azərbaycan idmançıları da qatılacaqlar. Bununla yanaşı, federasiya rəhbərliyi də Beynəlxalq Stolüstü Tennis Federasiyasının ümumi yığıncağında və Avropa Konqresində iştirak edəcək. Tədbirlərdə yerli idmançılarımızın inkişafına təkan verə biləcək yarışların ölkəmizdə təşkilinə çalışacağıq. Hazırda bu istiqamətdə federasiya tərəfindən araşdırma aparılır.

- Fazil müəllim, bildiyiniz kimi AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının media tərəfdaşı kimi İslamiadanın yüksək səviyyədə işıqlandırılması üçün bütün imkanlarını səfərbər etdi. Agentliyin bu mötəbər yarışın işıqlandırması barədə nə deyə bilərsiniz?

- IV İslam Həmrəyliyi Oyunları zamanı stolüstü tennis yarışları “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunmuşdu. Mərkəzdə yerli və beynəlxalq media nümayəndələri üçün lazimi şərait yaradılmışdı. Yarışları yüksək peşəkarlıqla işıqlandırdığına görə Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) minnətdarlığımı bildirirəm. Yarışdan operativ xəbərlərlə, müsahibələrlə agentliyin saytından asanlıqla tanış olmaq mümkün idi. AZƏRTAC-ın “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının media tərəfdaşı seçilməsi bizi çox sevindirmişdi. Çünki bu iş peşəkarlara həvalə olunmuşdu və AZƏRTAC bu çətin vəzifəni yüksək səviyyədə yerinə yetirdi.

- Çox sağ olun, Fazil müəllim, müsahibə üçün təşəkkür edirik.

- Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib

Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib

Göyçayda avtomobil motosikletlə toqquşub, xəsarət alan var

Nazir: Azərbaycanlı tələbələrin dünyanın nüfuzlu universitetlərinə qəbul olunması sevindirici haldır

Türkiyə İrana xilasedici qruplar göndərib

Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir

"Fənərbağça" səfərdə "Qalatasaray"ı məğlub edib

Rus Dram Teatrının səhnəsində yeni premyera olub

Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb

Azərbaycan Basketbol Liqası: "Sabah" final seriyasının ikinci oyununda "Xəzri"yə qalib gəlib

Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB VİDEO

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər VİDEO

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb VİDEO

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub