Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

FHN Naxçıvan şəhərində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 21-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət edilib. Tədbir iştirakçıları Ümummilli Liderin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi, muzeydə qorunan fotoşəkil və eksponatlarla yaxından tanış olublar.

Heydər Əliyev Sarayında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra nazirliyin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi” filmi nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi uğrunda gördüyü işlərdən bəhs edib. O vurğulayıb ki, istər Sovet İttifaqı, istərsə də müstəqillik dövründə Ümummilli Liderin ömür yolu bütövlükdə Azərbaycana xidmətdən ibarət olub. Heydər Əliyev ölkəmizi düşdüyü ağır siyasi, iqtisadi və sosial böhran vəziyyətindən çıxararaq dövlətçiliyimizi və müstəqilliyimizi qoruyub. 1970-1980-ci illərdə Azərbaycan SSRİ-nin qabaqcıl respublikasına çevrilib, yeni zavodlar, məktəblər, nəhəng meliorasiya və irriqasiya sistemləri istifadəyə verilib, iqtisadiyyatın bütün sahələrində canlanma müşahidə olunub, milli məfkurənin yüksəlişi, söykökümüzə və dəyərlərə qayıdışın əsası qoyulub. Fuad Nəcəfli qeyd edib ki, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən Ümummilli Liderimiz müstəqil dövlətçiliyimizin əsaslarını burada formalaşdırıb. Onun rəhbərliyi ilə Naxçıvan parlamentinin 1990-cı il noyabrın 17-də keçirilən iclasında muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Ali Sovetin adı dəyişdirilərək Ali Məclis adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiqlənib. Həmin dövrdə Ulu Öndərin rəhbərliyi ilə Naxçıvanda qəbul olunmuş qərarlar - sovet qoşunlarının silah-sursatları saxlanılmaq şərtilə Naxçıvandan çıxarılması, ilk milli ordu qurumunun yaradılması, Yeni Azərbaycan Partiyasının təsis olunması, milli birlik və həmrəyliyimizin əsasının qoyulması və digər bu kimi tədbirlər müstəqil dövlətçilik tariximizin ən mühüm mərhələsini təşkil edir.

O illərdə Naxçıvanda Ümummilli Liderin rəhbərliyi ilə bu mütərəqqi addımlar atılarkən, prosesin əksinə olaraq ölkəmiz bütövlükdə naşı adamların əlində vətəndaş müharibəsinə sürüklənir, torpaqlarımız işğal olunur, siyasi və iqtisadi böhran daha da dərinləşirdi. Məhz belə vəziyyətdə xalqımız Ümummilli Lider Heydər Əliyevə üz tutdu, onu yenidən ölkə rəhbərliyinə dəvət etdi. Hətta o zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndərin siyasi hakimiyyətə gəlməsini yeganə çıxış yolu kimi qəbul etdilər.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, həmçinin ölkəmizdə mütərəqqi dövlət idarəçiliyi sistemi formalaşdırılıb, qanunvericilik bazası zənginləşdirilib, əhalinin rifahı yüksəldilib, təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsası qoyulub. Milli həmrəylik və bütövlüyü ehtiva edən azərbaycançılıq məfkurəsi dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsi kimi milli ideologiyamızı formalaşdırıb, ölkəmizdə davamlı sabitliyə nail olunub. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni sosial-iqtisadi inkişaf strategiyası həyata keçirilib, “Əsrin müqaviləsi” imzalanıb, ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilib, istehsal müəssisələri yaradılıb, iş yerləri açılıb və əhalinin məşğulluğu təmin edilib. Bu dövrdə ümumi daxili məhsul istehsalında və digər makro-iqtisadi göstəricilərdə artıma nail olunub, əhalinin rifahı yüksəlib.

“Bu bir həqiqətdir ki, Heydər Əliyevin siyasi xətti Azərbaycandakı güclü dövlətçiliyin, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın əsas təminatıdır. Bu gün fəxr edirik ki, Ümummilli Liderin siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İqtisadiyyatın bütün istiqamətləri üzrə həyata keçirilən inkişaf konsepsiyası, ümumilikdə, ölkəmizin müstəqilliyini və dövlətçiliyini, xalqımızın milli birliyini, mövcud ictimai-siyasi sabitliyi ilbəil möhkəmləndirir. Dövlət başçısının təşəbbüsü ilə reallaşdırılan transmilli layihələr və beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın regional və beynəlxalq enerji təhlükəsizliyinin əsas təminatçısı kimi rolunu artırıb.

Ötən 20 ildə cənab İlham Əliyev tərəfindən həyata keçirilən milli inkişaf doktrinasının əsas hədəfində, ilk növbədə, insan amili, hər bir Azərbaycan vətəndaşının yüksək həyat şəraiti ilə təmin olunması dayanır”, - deyən Fuad Nəcəflinin sözlərinə görə, bunun nəticəsidir ki, ölkəmizdə güclü bazaya malik iqtisadi sistem qurulub, makroiqtisadi göstəricilərdə, ümumi daxili məhsulda və valyuta ehtiyatlarında dəfələrlə artıma nail olunub.

Vurğulanıb ki, ordu quruculuğu İlham Əliyevin fəaliyyətində əsas hədəf kimi müəyyənləşdirilib. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının, döyüş qabiliyyətinin və peşəkarlığının davamlı artırılması, döyüş arsenalının müasirləşdirilməsi son nəticədə güclü müdafiə potensialı formalaşdırmaqla yanaşı, həm də 30 illik işğala son qoydu, torpaqlarımız azad olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Bununla da Müzəffər Ali Baş Komandan ən mühüm missiyaya - ata vəsiyyətinə əməl etdi, Ümummilli Liderimiz Heydər Əliyevin arzularını reallaşdırdı.

Fuad Nəcəfli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinin hər bir dövrü qürur və şərəf tariximizdir. Müdrik dövlət xadiminin siyasi irsi müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyidir. İllər, əsrlər keçəcək, lakin bir həqiqət heç vaxt dəyişilməyəcəkdir: bu da Azərbaycan var olduqca yaşayacaq Heydər Əliyev ideyalarıdır.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıb. 100 illik yubileyinin ölkəmizin hər yerində və onun hüdudlarından kənarda yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunduğunu bildirən nazir varlığında bütöv bir millətin ruhunu yaşadan, şəxsiyyətində xalqın ən gözəl keyfiyyətlərini cəmləşdirən Dahi Rəhbərin həyatını öz xalqına həsr etdiyini xatırladıb: “Ulu Öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz, şərəfli bir hissəsini təşkil edir. Onun qurub yaratdıqları, müdrik ideyaları, müqəddəs irsi təkcə dünənimiz və bu günümüz üçün deyil, eyni zamanda gələcəyimiz üçün də əvəzsizdir”.

Ulu Öndərin müqəddəs yolunu uğurla davam etdirən, Ata vəsiyyətini şərəflə yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ardınca “Heydər Əliyev İli”ndə - bu ilin sentyabrında cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyinin tam bərpa edilməsini qürur hissilə diqqətə çatdırıb. Nazir oktyabrın 15-də, ilk dəfə Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocavənd, Xocalı və Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını ucaltmasını Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş etdiyi tarixi Zəfərin, Qələbənin zirvə nöqtəsi adlandırıb. Qeyd edib ki, dövlətimizin başçısının tarixi Zəfərə həsr olunmuş möhtəşəm hərbi paradı noyabrın 8-də Xankəndi şəhərində keçirməsi və paradda qətiyyətli çıxışı Azərbaycan xalqını, Dünya Azərbaycanlılarını, bütün Türk Dünyasını hədsiz dərəcədə qürurlandırıb. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri, nəhəng infrastruktur layihələri ilə heyrətləndirir. Müstəqil ölkəmizin inkişafı, tərəqqisi naminə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.

Kəmaləddin Heydərov 1969-cu ildə respublika rəhbərliyinə gəldiyi ilk günlərdən etibarən xalqının rifahı və inkişafı yolunda mühüm nailiyyətlərə imza atan Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək müstəqilliyi yolunda real addımlar atdığını qeyd edib. Sovetlər birliyində yaşadığımız illərdə Azərbaycan dilinə dövlət dili statusunun verilməsinin Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri olduğunu deyən nazir, bununla Dahi Rəhbərin gələcək müstəqil dövlətçiliyimizin milli atributunu məharətlə qoruduğunu vurğulayıb. O illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması olub.

Nazir xatırladıb ki, ötən əsrin 80-ci illərində yeganə azərbaycanlı olaraq yüksək vəzifələrdə çalışan Ulu Öndər SSRİ rəhbərliyinin yol verdiyi ciddi qüsurlara, şovinizmə, millətçiliyə, separatizmi dəstəkləməklə millətlərarası münaqişələrin qızışdırılmasına, açıq anti-Azərbaycan siyasətinə qarşı çıxıb, prinsipial mövqe nümayiş etdirib. Vəzifədə olmadığı vaxtda bir xilaskar kimi 20 Yanvar faciəsinin törədildiyi günün səhəri bütün təzyiqlərə baxmayaraq Moskvada Azərbaycan həqiqətlərini beynəlxalq aləmə bəyan edən, doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Ulu Öndər əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş missiyasını davam etdirib.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı 1991-93-cü illəri muxtar respublikanın sosial-iqtisadi inkişafının çətin, eyni zamanda, əlamətdar dövrü kimi xarakterizə edən Kəmaləddin Heydərovun sözlərinə görə, bu dövrdə Ulu Öndər Naxçıvanda bir tərəfdən erməni işğalçıları ilə mübarizəyə şəxsən rəhbərlik edir, digər tərəfdən ağır blokada şəraitində olan muxtar respublikanın iqtisadi durumunun, əhalinin vəziyyətinin yaxşılaşdırılması istiqamətində vacib tədbirlər həyata keçirirdi. Naxçıvandakı sovet qoşunlarının arsenalının bütünlükdə muxtar respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin edən Heydər Əliyev burada Azərbaycan Ordusunun güclü birləşmələrini formalaşdırıb və ermənilərin hücumlarına qətiyyətlə cavab verilib. Ulu Öndərin bilavasitə təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul edib, 31 dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi əbədiləşdirib 1990-cı illərin əvvəli ölkəmizin müasir tarixində hərc-mərclik, qeyri-peşəkar idarəetmə, xaos və anarxiya dövrü kimi xatırlanır”, - deyə sözünə davam edən nazir bildirib ki, xalq ən ağır günlərini yaşadığı bir zamanda öz Xilaskarını - sevimli oğlu, dahi şəxsiyyət Heydər Əliyevi ölkəni idarə etməyə təkidlə çağırdı. Ulu Öndərin bu qayıdışı ilə Azərbaycan dövlətçiliyinin mövcudluğuna, müstəqilliyinə böyük təhlükə olan dövlət çevrilişi cəhdlərinə son qoyulub, vətəndaş müharibəsi təhlükəsi aradan qaldırılıb, cəbhədə atəşkəsə nail olunub, ölkəmizin sivil formada dövlətlərarası əlaqələr sisteminə qoşulması istiqamətində uğurlu addımlar atılıb. Qısa zamanda ölkəmizdə müstəqil dövlət təsisatları yaradılıb, demokratik prinsiplər bərqərar olub, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasətə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 10 il Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılıb. Bu illər ərzində ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin olunub, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılıb, genişmiqyaslı islahatlar həyata keçirilib, ölkəyə xarici sərmayələr cəlb edilib və onun iqtisadiyyatının dinamik inkişafı təmin edilib. Bu illərdə Heydər Əliyevin gərgin zəhmət, əzm, zəngin siyasi təcrübə, möhkəm iradə və ən əsası, hədsiz Vətən sevgisi sayəsində reallaşdırdığı nəhəng işlər Azərbaycan tarixinə silinməz qızıl hərflərlə yazılıb.

Çıxışının sonunda nazir Kəmaləddin Heydərov vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını müstəqil respublikamızın yüksəlişi, tərəqqisi naminə səfərbər edəcəkdir.

Tədbirdə digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb, Heydər Əliyev siyasi kursunun mahir davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin tarixi nailiyyətlərini qeyd edib, müasir Azərbaycan dövlətinin Ümummilli Liderin şah əsəri olduğunu iftixar hissilə dilə gətiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edilib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” təşkil olunub

Bakıda və Abşeronda şimal-qərb küləyinin sürəti 27 metr/saniyəyə çatır

Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA

İsmayıllıda dəhşətli yol qəzası baş verib: Ölən və xəsarət alanlar var

Fransız Polineziyasının nümayəndə heyəti Medianın İnkişafı Agentliyində olub

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Bakı Zooloji Parkında “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş “Gələcək uşaqlara məxsusdur” adlı şənlik təşkil olunub

Azərbaycan ilə Qırğızıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Xarkov raketlə vurulub, azı 9 mülki şəxs həlak olub

“Böyük Qayıdış: Uşaqlar üçün yeni dövrün başlanğıcı” mövzusunda konfrans təşkil edilib

Ölkəyə 60 kiloqram narkotik maddə gətirən daha iki narkokuryer saxlanılıb VİDEO

Bakıda gimnastika hamı üçün növü üzrə ikinci beynəlxalq “Challenge” turnirinin açılış mərasimi olub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 4 saylı cəzaçəkmə müəssisəsində açıq qapı günü keçirilib

Budapeşt şəhərində “Huma Quşu” Təhsilə Yardım Fondunun təqdimatı keçirilib

“Açıq büdcə indeksi-2023” üzrə Azərbaycanın mövqeyi onu ən qabaqcıl ölkələrə yaxınlaşdırıb

Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik

IDEA “Sevincini bölüş” kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib

Şamaxıda uşaqlar üçün musiqili proqram təşkil edilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Müdafiə Nazirliyinin növbəti tədbiri keçirilib

Neftçalada “Yaşıl həyat uşaqların gözü ilə” adlı bayram şənliyi təşkil olunub

Naxçıvanda “Uşaqların rəngli dünyası” adlı bayram tədbiri təşkil olunub

Şirvanda “Dünyanı yaşıla boyayaq!" adlı rəsm sərgisi açılıb

“Qala” Qoruğunda Etno Fest

Cəlilabadda 17 yaşlı yeniyetmə suda boğulub

Uşaqların Beynəlxalq Müdafiəsi Günü Abşeronda şəhid övladları ilə birgə qeyd edilib

Naxçıvanda polislər uşaqlara bayram sevinci yaşadıblar VİDEO

Tbilisidə “Yaşıl dünya” adlı rəsm sərgisi və əyləncəli tədbir təşkil olunub

Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb

Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq

Bəzi yerlərdə intensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 24 metr təşkil edir

Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Naxçıvanda məhkum valideynlərlə uşaqların görüşü təşkil olunub

Faktiki hava: Gədəbəy və Şahdağa dolu düşüb

Rəqəmsal Yaradıcı Həftəsonu çərçivəsində Gamesummit festivalının açılışı olub

Hərbi attaşelərin "N" hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub

Səhiyyə naziri: Qlobal istiləşmə ilə bağlı xəstəliklərin sayı artıb

Standard & Poor's” Makron hökumətinə ağır zərbə vurub

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dünyanı uşaqlara verək...

Nobel mükafatı laureatı Əziz Səncər Naxçıvanda səfərdədir

Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib YENİLƏNİB

Uşaqların sağlamlığı Mərkəzi Gömrük Hospitalının prioritet məqsədlərindəndir

Əzizə Mustafazadə 7-ci Antalya Caz Festivalı çərçivəsində konsert verib

Astarada əlil uşaqlar üçün "Rəngli dünyamız" adlı tədbir keçirilib

Zərdab rayonunda oğrular isti izlərlə saxlanılıb

Naftalanda şəhid və qazi övladları ilə görüş təşkil edilib

“Sənətkarın dostu” layihəsinə start verilib

Naxçıvan şəhərində sürücü piyadanı vuraraq öldürüb

Tədqiqat: Maqnit qasırğası tufanların yaranmasına təsir edir

CAATS-a rəhbərlik Türkiyəyə keçəcək

Qaxda uşaqlara bayram sevinci bəxş olunub

Nazir müavini: Qiymətləndirmənin sivil bazasının formalaşdırılmasına nail olunub

Alimlər: Sevimli məşğuliyyət sağlamlığı möhkəmləndirir

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində uşaqlar üçün bayram tədbiri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə maarifləndirici aksiya və fləş-mob keçirilib

Hüqo Qevara: Ötən tədris ili ABŞ-da 900-dən çox azərbaycanlı tələbə təhsil alıb

“Sərgüzəşti-vəziri xani-Lənkəran” növbəti dəfə səhnədə

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça” ASC-də qeyd olunub

İyun ayında maqnit qasırğalarının günləri açıqlanıb

Nazir müavini: “Malıbəy” kiçik su elektrik stansiyasının icrası regionda iqtisadi aktivliyə təkan verəcək

Füzulidə şəhid uşaqları üçün bayram şənliyi təşkil olunub

Prezidentin xüsusi nümayəndəsi: İndiyədək Laçın rayonunda 9 su elektrik stansiyasının təməli qoyulub

Bu gün həm də Ümumdünya Valideynlər və Süd günləri qeyd olunur

ADNSU: XV Məzun-Karyera Sərgisində 1000-dən çox vakant iş təklif olunub

Laçında kiçik su elektrik stansiyasının təməli qoyulub

Hindistanda son 24 saatda istidən azı 85 nəfər ölüb

“James Webb” teleskopu ən uzaq qalaktikaları kəşf edib

“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək

Xaçmazda şəhid övladlarının bayram sevinci VİDEO

Direktor: Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə ilkin olaraq 250-dən çox şagirdin təhsil alması nəzərdə tutulur

Almaniyada 900 min nəfəri hərbi qeydiyyata almaq təklif edilib

Sabah bəzi rayonlarda leysan olacaq, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

“Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədindən irəli gələn məsələ barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk Akademiyasının Elmi şurasının VII iclası keçirilib YENİLƏNİB

Azərbaycan Kuboku tarixində yalnız üç komanda titula yiyələndiyi mövsümdə bütün oyunlarda qələbə qazanıb

Erol Özvar: Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq

Gürcüstanın dövlət borcu 2,8 milyard larini ötüb

Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq

Azərbaycan Rumıniyada beynəlxalq festivalda təmsil olunub

“Sülh göyərçinləri” adlı konsert proqramı təqdim edilib

İndoneziya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır

® “Azercell” Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Kitab Klubu” layihəsinə başlayıb

Moldovalı deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Aparat rəhbəri: Kənd təsərrüfatı sahəsində qiymətləndiricilərin fəaliyyətinə ehtiyac var

AQC sədri: İqtisadi təşkilatların fəaliyyətində canlanma yaranıb

Dünya uşaqların idi…

Dünyaşöhrətli alim Əziz Səncər Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyində gənclərlə görüşüb

Akademik Yaqub Mahmudov uşaqlarla görüşüb

Ukraynada DneproSES bəndi üzərindən nəqliyyatın hərəkəti dayandırılıb

Zəngilan, Cəbrayıl və Füzulidə 350-yə yaxın uşaq tibbi müayinədən keçib

Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin III Beynəlxalq Forumu keçirilir

Mövlananın irsi: Afyonkarahisarda Dərvişlər Muzeyi

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən