İDMAN
FİFA-NIN BAŞÇISI FRANSANIN FƏXRİ LEGİON ORDENİNƏ LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Yozef Blatter Fransanın ali mükafatı – Fəxri legion ordeni ilə təltif olunmuşdur. Fransa Prezidenti Jak Şirak Yelisey sarayında bu mükafatı Y.Blatterə təqdim etmişdir.
Fransa Respublikasının başçısı bu münasibətlə keçirilən mərasimdə çıxış edərək demişdir: “Yozef Blatter bu mükafata idmanın mənəvi dayaqlarını pozan dopinqlə qətiyyətli mübarizəsinə görə layiq görülmüşdür”. Onun sözlərinə görə, bu gün futbol, sadəcə, idman və ya ehtirasları coşduran oyun deyil, ən çox, ülvi amalların daşıyıcısı və qoruyucusudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [15:04]
Azərbaycan avarçəkənləri Qazaxıstandakı turnirdə 8 medal qazanıblar
- 03.06.2024 [14:49]
Azərbaycanın kapoeyra millisi Avropa çempionatında birinci yeri tutub
- 03.06.2024 [13:17]