DÜNYA
Filippin Prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq
Tokio, 8 dekabr, AZƏRTAC
Filippin Prezidenti Rodriqo Duterte növbəti seçkilərə qatılmayacaq. AZƏRTAC xəbər verir ki, bu barədə “The Manila Times” qəzeti məlumat yayıb.
Prezidentin sözlərini sitat gətirən qəzet yazır: “Növbəti Prezident ölkənin Bikol regionundan seçiləcək. Sizin Coui Salseda ilə Fransis Eskudero arasında seçmək imkanınız olacaq”.
Məlumat üçün bildirək ki, sabiq senator F.Eskudero hazırda Sorsoqon əyalətinin qubernatorudur. C.Salseda isə Filippin nümayəndələr palatasında Albay əyalətini təmsil edir.
Növbəti seçkilərdə namizədləyini irəli sürməyəcəyini qeyd edən R.Duterte deyib ki, hazırda Davao şəhərinin meri olan qızı Sara Duterte-Karpio da seçkilərdə iştirak etmək istəmir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.05.2024 [19:01]
Türkiyədə axtarışda olan beş minədək cinayətkar saxlanılıb
- 13.05.2024 [18:41]
Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faizədək azalıb
- 13.05.2024 [18:09]
Gürcüstanda 30 universitetin tələbələri etiraz aksiyası keçirirlər
- 13.05.2024 [17:55]
Avropa İttifaqı Gürcüstana qarşı sanksiyaları nəzərdən keçirmir
- 13.05.2024 [17:50]
Alimlər herpes virusunun sinir sisteminə necə daxil olmasını araşdırıblar
- 13.05.2024 [17:45]
Yunanıstanın Baş naziri Türkiyədə səfərdədir
- 13.05.2024 [16:45]
Kataloniyanın başçısı siyasətdən uzaqlaşmaq qərarına gəlib
- 13.05.2024 [16:39]