MƏDƏNİYYƏT
Fırça ustaları öz əsərlərini açıq səma altında yaradacaq
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 29-da “Art Villa” qalereyasında “Açıq səma altında plener-18” keçiriləcək. Gənclər Şəbəkəsinin təşəbbüsü, Mədəniyyət Nazirliyi və Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) dəstəyi ilə təşkil olunan plener “Azərbaycanım” adı altında gerçəkləşəcək.
Bu barədə AZƏRTAC-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
“Tədbir çərçivəsində çoxsaylı rəssamın iştirakı ilə müxtəlif janrlı rəsm əsərləri açıq səma altında təbii şəraitdə yaradılacaq. Plenerdə gənc rəssamlarla yanaşı, yaşlı nəsili təmsil edən fırça ustaları da iştirak edəcəklər. Plener sənətkarların təkmilləşdirilməsi, istedadlı gənclərin və yaradıcı ziyalıların dəstəklənməsi məqsədi daşıyır”,- deyə D. Məmmədov bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]