Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Firəngiz Əlizadənin 70 illiyi münasibətilə “İntizar” operası nümayiş olunub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadənin 70 illiyi münasibətilə “İntizar” operası nümayiş olunub.

Qeyd edək ki, operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

AZƏRTAC xəbər verir ki, Əməkdar İncəsənət Xadimi Hafiz Quliyevin quruluş verdiyi tamaşada əsas partiyaları Xalq Artisti Qərinə Kərimova, Əməkdar artistlər Əkrəm Poladov, İnarə Babayeva, Fərid Əliyev, İlham Nəzərov, Səbinə Vahabzadə və Fəridə Məmmədova və aparıcı solist Tural Ağasıyev canlandırıb. Tamaşanı Azərbaycanın Əməkdar Artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edib.

Məlumat üçün bildirək ki, “İntizar” operası (“Qarabağnamə” adı ilə) ilk dəfə 2007-ci ildə M.Rostropoviç adına I Beynəlxalq Musiqi Festivalı çərçivəsində Xalq Artisti Cənnət Səlimovanın quruluşunda və dünya şöhrətli dirijor Arkadi Ştеynluхtun idarəsi ilə nümayiş olunub.

2009-cu ildə isə Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı günlərində Heydər Əliyev Sarayının səhnəsində tanınmış dirijor, Xalq Artisti Fəxrəddin Kərimovun idarə etdiyi orkestrin konsert ifasında səsləndirilib.

2010-cu ildə opera Heydər Əliyev Fondunun təşəbbüsü və Nərgiz Paşayevanın prodüser layihəsi əsasında hazırlanaraq, Heydər Əliyev Sarayında göstərilib. Bu dəfə operanın quruluşçu rejissoru Moskva “Helikon-Opera” Teatrının bədii rəhbəri, Rusiyanın Xalq Artisti Dmitri Bertman, quruluşçu rəssamı Hartmut Şorqhofer, dirijoru Vladimir Ponkin, xoreoqrafı Edvald Smirnov, xormeysteri Xalq Artisti Gülbacı İmanova olub.

Operanın bədii tərtibatında ən müasir bədii-texnoloji vasitələr (hərəkətli səhnə, video-instalyasiya, mürəkkəb işıq partiturası) geniş tətbiq edilmişdi.

Əsər 2014-cü il mayın 4-də Azərbaycan Opera və Balet Teatrının səhnəsində bu dəfə teatrın baş rejissoru Əməkdar İncəsənət xadimi Hafiz Quliyevin quruluşunda yenidən səhnəyə qoyuldu.

Əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan opera sənəti ənənəsini layiqincə davam etdirən sevimli bəstəkarımız Firəngiz Əlizadənin akademik Nərgiz Paşayevanın librettosu əsasında qələmə aldığı “İntizar” operası XX əsrin əvvəlində yaranan, Vətən mövzusunu parlaq əks etdirən səhnə əsərində Azərbaycan xalqının ağrı-acıları, xeyirlə-şərin mübarizəsi, günahsız insanların ölümü, yadellilərin azərbaycanlı ailələrini amansızcasına qətlə yetirməsi əsas mövzu kimi götürülüb. Deməli, əsərin məzmununda xalqımızın Qarabağ dərdi əsas motiv mövqeyindədir.

Tamaşanın səhnə tərtibatında video görüntülərdə Qarabağın gözəl təbiət mənzərələri, dəhşət saçan müharibə təsvirləri, rənglərin dəyişməsi, günəşli, işıqlı rənglərin getdikcə tündləşməsi, qaralması və nəhayət, finalda yenidən parlaq rənglərin canlandırılması, ekranda sanki göyün dərinliklərindən “Ağ atlı” xilaskarın peyda olması əsərin ideya-bədii həllinin təzahürü kimi dəyərləndirilə bilər.

Tərəddüdsüz deyə bilərik ki, həm vətənpərvərlik ruhuna, həm də sənətkarlıq baxımından bu əsər müasir dövrdə böyük önəm kəsb edir. Qeyd edək ki, operanın obrazları, ifadə tərzi yüksək səviyyədədir. Musiqi məzmunu çox zəngin, orkestr səslənməsi olduqca dolğundur. Orkestrin tərkibinə xalq çalğı alətlərinin daxil edilməsi, muğam və müasir bəstəkarlıq üslubunun qovuşdurulması zəngin bir musiqi əsəri yaradıb. Eyni zamanda, operada elektron musiqidən də istifadə olunmağı diqqətəlayiqdir.

“İntizar” operasında Qarabağ uğrunda şəhid olan əsgərlərin məcazi olaraq dirilməyi, “Ağ at”ın süjet xəttində diqqətçəkən detal kimi yer almağı gözəl bir mesajın ifadəsidir. O mesajı belə mənalandıra bilərik ki, biz haqqa inanan bir millətik. Qələbəyə olan inamımız böyükdür. Bu intizar heç də uzun çəkməyəcək. Haqq günəşi qarala bilməz, bu gün olmasa da, sabah mütləq o günəş doğacaq.

Bununla da son dövrdə Azərbaycanda vətənpərvərlik ruhlu əsərlərlə bağlı mənəvi tələbatı ödəyən “İntizar” operası kimi yüksək bədii keyfiyyətlərə, böyük bədii təsir qüvvəsinə malik, librettonun və musiqi dramaturgiyasının dərin vəhdəti ilə diqqəti cəlb edən müasir bir əsər meydana çıxıb.

“İntizar” operasının dərin mənalı ədəbi və musiqi məzmunu əsərin hər dəfə yeni bir baxışla oxunmasına və yozumuna yol açır. Bəlkə də operanın yarandığı nisbətən bir müddət ərzində artıq dördüncü dəfə yeni quruluşda səhnələşdirilməsi bundan irəli gəlir. Zaman keçdikcə əsərin səhnə həllinin təfsiri dəyişir, zəngin məna çalarları kəsb edir. Əminik ki, “İntizar” operası Azərbaycan Opera və Balet Teatrının repertuarında daimi yer tutacaq və tariximizi canlandıran bir əsər kimi insanları haqq-ədalətin təntənəsinə, xalqımızı düşmənə qarşı birgə mübarizəyə səsləyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Məzahir Pənahov: Vahid siyahıya 6 milyon 326 min 764 seçicinin adı daxil edilib

Kürdəmir rayonunda həyətyanı sahədə baş vermiş yanğının bitişik evə keçməsinin qarşısı alınıb

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın çoxəsrlik tarixinin parlaq səhifələrindən biridir

Paytaxtın Yasamal rayonundakı Sosial Xidmət Mərkəzində 60 uşağa xidmət göstəriləcək

Dövlət İmtahan Mərkəzində rəqəmsal SAT imtahanı keçiriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Crescent Bay” layihəsinin təqdimatı və “Crescent Mall” ticarət mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB

Mövsümün son turu azarkeş rekordu ilə yadda qalıb

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 fevral tarixli 2461 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Laçının 9 sakini sukanal sahəsində işlə təmin olunub

Azərbaycanın nümayəndə heyəti Avropa Badminton Konfederasiyasının illik toplantısında iştirak edib

“Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın tərkibi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 27 dekabr tarixli 2435 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Texnika və mədəniyyət sahələrində dörd nəfərə Dövlət Mükafatı verildi - SƏRƏNCAM

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gürcüstan Parlamentinin hüquq komitəsi ölkə Prezidentinin qoyduğu vetonun ləğvini dəstəkləyib

® “Ölkə sərhədlərinin sanitariya mühafizəsində qurumlararası koordinasiyanın aspektləri” mövzusunda dəyirmi masa keçirilib

Bakı-Gəncə-Bakı istiqamətində yeni avtobuslar istifadəyə verilib

Səbail və Xəzər rayonlarındakı su hövzələrində aşkarlanmış nöqsanların həlli yolları müzakirə edilib

Azərbaycan-Tacikistan münasibətləri: yeni hədəflərə doğru - ŞƏRH

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Türkdilli dövlətləri nazirlərinin elm və təhsil sahəsində növbəti iclasları Şuşada keçiriləcək

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: İaşə obyektinin səlahiyyətli nümayəndəsi barədə protokol tərtib olunub

Prezident Ərdoğan: Türkiyədə çevrilişlər, terror aktları kimi hadisələrin dövrü başa çatıb

Azərbaycanın ən iri yükgötürmə gəmisi istismara verilib

MSK-da daimi seçici siyahısının tərtib edilməsinin və dəqiqləşdirilməsinin yekunlarına dair iclas keçirilir

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində kitabxana fəaliyyətə başlayıb

Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan

AQTA: Monitorinqlər zamanı 75 müəssisədə nöqsanlar aşkarlanıb

XX əsr Çin ədəbiyyatının ictimai-siyasi həyatla əlaqəsinə həsr edilmiş elmi seminar

İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherddən

Minifutbol yığmasının kapitanı: Çempionluq titulunu qorumaq istəyirik

Sabah Bakı metrosunun iş rejimi dəyişdirilir

Azərbaycanda halal sertifikatlaşdırmanın hansı formada həyata keçirildiyi açıqlanıb

Minifutbol Federasiyasının vitse-prezidenti: Yenidən Avropa çempionu olmaq istəyirik

Mərkəzi Elmi Kitabxanada 28 May - Müstəqillik Gününə həsr olunan sərgi təşkil edilib

“Qubadlı” əlahiddə sərhəd diviziyasında iki yaşayış binası istifadəyə verilib VİDEO

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Azərbaycan millisinin baş məşqçisi: Avropa çempionatında işimiz asan olmayacaq

Milli Kitabxanada “28 May – Müstəqillik Günü” haqqında tədbir olub

Dövlət qulluğu üzrə test imtahanına qeydiyyat başlanıb

Azərbaycanın gənc güləşçiləri Gürcüstandan 7 medalla qayıdıblar

Azərbaycan San-Fransisko Qlobal Texnologiya Forumunda təmsil olunur

İsveçin Kralı XVI Karl Qustavdan

Yanvar-aprel aylarında sosial sahə üzrə 135,5 min e-arayış verilib

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib, vacib qərarlar qəbul olunub

Magistraturaya jurnalistika üzrə qəbul olmaq istəyənlərin qeydiyyatı davam edir

Polşa Belarusla sərhədin möhkəmləndirilməsinə 2,5 milyard dollar yönəldəcək

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

ANAMA: Ötən həftə 274 partlamamış hərbi sursat zərərsizləşdirilib VİDEO

AFFA prezidenti “Qarabağ”ın bazasında yaradılmış şəraitlə tanış olub

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada işgüzar səfərdədir

ƏƏSMN-in işçiləri qanvermə aksiyasında iştirak ediblər

Kukla Teatrı iyun ayı üçün maraqlı repertuar tərtib edib

Bəxtiyar Əliyev: Sağlamlıq imkanları məhdud şəxslərin təhsil almaqda əhatə dairəsi genişlənir

Efiopiyanın yollarında yalnız elektromobillər şütüyəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Azərbaycanın Müstəqillik Günü Mexikoda təntənəli şəkildə qeyd olunub

Azərbaycan minifutbol millisi Avropa çempionatına hazırlaşır

Çin yarımkeçiricilər sektoruna dəstək üçün 47,5 milyard dollarlıq fond yaradır

Əqli Mülkiyyət Agentliyinin nümayəndəsi beynəlxalq tədbirdə çıxış edib

Yeni Kaledoniyada fövqəladə vəziyyət rejimi ləğv edilir

Agentlik: Bəzi şəhadətnamələr saxtalaşdırılıb

Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb

Macarıstan “kiçik və orta müəssisə” anlayışına qarşıdır

Azərbaycan Avropa regionunda heyvan rifahı platforması üzrə ali komitəyə üzv seçilib

Kanada parlamentində Azərbaycanın Müstəqillik Günü münasibətilə bayram tədbiri təşkil olunub

İlon Maskın AI startapı 6 milyard dollar vəsait cəlb edib

BDU-nun Astrofizika kafedrası: İyunun 3-də 4 planeti adi gözlə görmək mümkün olacaq

Azərbaycan millisinin heyətində dəyişiklik edilib

San-Marino Respublikasının Kapitan-Regentləri Alessandro Rossi və Milena Qasperonidən

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

Əməkdar memar: Paytaxtda tikilən binaların seysmikliyinə önəm verilir

Naxçıvan şəhərində su xəttində qəza baş verib

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvlərindən

Rusiya çempionatlarının bombardirləri: Azərbaycanlı futbolçuların mövqeyində dəyişiklik olub

® “Azercell”in “İdeya İnkubasiya Proqramı”nın qalibləri müəyyən olunub

İstiqlal Bəyannaməsi müasir müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin əsasını qoydu ŞƏRH

® “PAŞA Real Estate” “The Ritz-Carlton Residence Baku” üçün məhdud müddətli eksklüziv əmlak təkliflərini elan edir

BSU-da Kazım Qarabəkirə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sabah hava əsasən yağmursuz keçəcək

Kitabxanada Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub

QDF “Bakı Sürət Festivalı”nda “Qarabağ üçün Qalib ol!” sloqanı ilə iştirak edib

“Qəbələ” 6 legioner futbolçu ilə yollarını ayırıb

Azərbaycan sumoçuları Avropa çempionatını 11 medalla başa vurublar

Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsidir

Təbiətin möcüzəsi: Azərbaycanın “neft” vulkanları

Azərbaycan XİN: Fransanın həyata keçirdiyi kampaniya və təxribatlar cavabsız qalmayacaq VİDEO

İşğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti müxtəlif dövlət dəstəyi tədbirləri vasitəsilə stimullaşdırılır VİDEO

Cümhuriyyət qurucularına həsr edilən yeni kitab

DSMF-nin gəlirləri və xərcləri 30 milyon manat artırılır

AQTA: Monitorinqlər zamanı 21 heyvan kəsimi məntəqəsində nöqsanlar aşkarlanıb

DSMF: Ötən ay sığortaedənlərin sayı 0,54 faiz artıb

Hərbi vəzifəlilər təlim toplanışında şərti düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarını yerinə yetirirlər VİDEO

Füzuli könüllüləri ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb

Ərəb ölkələrinin liderləri Çinə səfər edəcəklər

Azərbaycanın Müstəqillik Günü Sankt-Peterburqda qeyd olunub

COP29-la bağlı silsilə mühazirələr davam etdirilir

UNICEF: Əfqanıstanda daşqınlar on min evə ziyan vurub

Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək

Andrey Lunyov: “Qarabağ”la danışıqlar gedir, ümid edirəm ki, qərar hər iki tərəfin xeyrinə olacaq