Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin sevimlisinə çevirən 7 səbəb

Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin sevimlisinə çevirən 7 səbəb

Bakı, 3 aprel, AZƏRTAC

2016-cı ildən bəri Formula 1 təqvimində yer alan Bakı şəhər halqası gözlənilməz nəticələri və yüksək sürəti ilə avtoidman həvəskarlarının sevimlisinə çevrilib. İstər yaxın finişlər, sürpriz podiumlar və ya trekdə baş verən insidentlər, istərsə də Bakı trekində təkrar qalibin olmaması ilə Azərbaycan Qran-Prisi F-1 tarixinə şübhəsiz ki, öz damğasını vurub.

Sebastyan Fettelin təhlükəsizlik maşınının arxasında Luis Hamilton ilə toqquşmasını kim unuda bilər? Bəs iki “Red Bull Racing” sürücüsünün 2018-ci ildə bir-birini yarışdan kənara qoyması necə? Və ya 2021-ci ildə Hamiltonun iki dövrəli restartda ona mövsümün sonunda baha başa gələn səhvi?

Paytaxtımızın artıq yeddinci dəfə Formula 1 yarışına ev sahibliyi etməyinə bir aydan az müddət qalmış bu yarışı təqvimin digər yarışlarından fərqləndirən cəhətlərinə nəzər saldıq və Azərbaycan Qran-Prisinin Formula 1 azarkeşləri arasında bu qədər populyar olmasının yeddi əsas səbəbini tapdıq.

Gözlənilməz yarışlar

Azərbaycan Qran-Prisi ilin ən dramatik və gözlənilməz Formula 1 yarışlarından biri kimi tanınır. Bakı şəhər halqasında indiyədək keçirilən 6 yarışda təkrar qalib olmayıb, altı fərqli pilot podiumun ən yüksək pilləsində yer alıb.

Paytaxtın küçələri 2016-cı ildən bəri 306 yarış dövrəsi boyu çoxlu hadisələrə şahid olub. Dramatik hadisələr, trekdə qəzalar, partlayan təkərlər və hətta bəzən aqressiya ilə müşahidə olunan qalibiyyət və məğlubiyyətlər Bakı üçün xarakterikdir. 2017-ci ildə liderlik uğrunda mübarizə apararkən Sebastyan Fettelin Luis Hamilton ilə toqquşduğu anı bu aqressiyanın təzahürü kimi görə bilərik.

Fettel təhlükəsizlik maşınının arxasında olarkən 15-ci döngənin çıxışında Hamiltonun bolidinin arxasına çırpılır. Hamiltonun qəsdən əyləci sınaqdan keçirdiyini düşünən Fettel bu gərgin anda hadisəni daha da pisləşdirir: Bolidi britaniyalı sürücünün yanına çəkib onunla yenidən toqquşur. Son zamanların ən qəribə hadisələrindən biri olan bu insident Bakıda baş vermişdi. Fettelə bu hərəkətinə görə on saniyəlik cəza verildi ki, bu da onun yarışda birinciliyi əldən verməsinə gətirib çıxardı.

Bir il sonra “Red Bull Racing”in iki pilotu Maks Ferstappen və Daniel Rikkardo bir-birini yarışdan kənarlaşdırdığı hadisə daha dramatik oldu. Valtteri Bottasın liderliyi ələ aldığı vaxtda damalı bayrağa cəmi üç dövrə qalmış təkərinin partlaması isə daha bir dramatik səhnə olaraq yaddaşlarda qaldı.

2021-ci ildə isə finişə yaxın təkəri partladığı üçün liderliyi itirən Ferstappen oldu. Növbəti qırmızı bayraqdan sonra, restartda F-1 azarkeşləri yarışın sonuna yalnız iki dövrənin vurulmasına şahidlik edəcəkdilər. Liderliyə yiyələnmək istəyən Hamiltonun birinci döngədəki səhvi nəticəsində bundan əvvəl keçirdiyi 57 yarış ilk dəfə idi ki, heç bir xal qazana bilmədi və yarışdan kənarda qaldı. Məhz bütün bunlara görə Bakıda həmişə gözlənilməz yarış hadisələrinə hazır olmaq lazımdır.

Yüksək sürət

Azərbaycan Qran-Prisində tamaşaçıların həmişə belə maraqlı yarışlara şahid olmasının səbəblərindən biri də Bakı şəhər halqasının quruluşudur. Spa, Ciddə və Las-Veqasdan sonra Bakı Formula 1 təqvimində 6,003 kilometr uzunluğu ilə dördüncü ən uzun trekdir. Pilotlar üçün trek əyləncəsinin bir hissəsi Formula 1 avtomobillərinin burada, xüsusən də Xəzər dənizinə paralel uzanan 2,2 kilometr düzlük boyunca çatdıqları yüksək sürətin payına düşür.

16-cı döngədə soldan 20-ci döngəyə qədər və start/finiş xəttinə qədər bu, avtomobilləri maksimum sürətə çatdıran müqavimət gücünün azaldılması sistemi (DRS) zonasına malik bir sürət düzlüyüdür. Trekdə 378 kilometr/saat kimi yüksək sürət qeydə alınıb ki, bu da birinci döngədə əyləc zonasında bəzi gərgin ötmələrə imkan verib.

8-10-cu döngələrin ardıcıllığı bütün F-1 təqvimindəki treklər arasında ən dar hissə hesab olunan qədim Qala Qapısı boyunca keçən döngədir. Ən sıx hissədəki en cəmi 7,6 metrdir ki, burada pilotlar asanlıqla səhvə yol verə bilir. Buradakı ani bir səhv nəticəsində pilotlar divara çırpıla bilərlər. 2021-ci Bakı yarışında pilot səhvləri sayəsində yalnız sıralanma turunda dörd qırmızı bayraq dalğalanmışdı.

Möhtəşəm mənzərə

Xəzər dənizi sahilində yerləşən Bakı Formula 1 yarışlarına ev sahibliyi etmək üçün mükəmməl yerdir.

2016-cı ildən bəri burada keçirilən altı yarışda, dənizdən təbii müdafiənin olmaması səbəbindən şəhər güclü küləkləri ilə tanınsa da, mülayim hava şəraiti hökm sürdüyü üçün heç bir yarışda yağış müşahidə olunmamışdır.

Paytaxtımız Heydər Əliyev Mərkəzi, Dənizkənarı Milli Park, Yanar Dağ, Odlar Yurdu şüarının simvolu olan Alov Qüllələri kimi abidələr sayəsində müasir arxitekturaya malik canlı, kosmopolit şəhərdir.

İçərişəhərdə isə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi abidələr, o cümlədən Şirvanşahlar Sarayı və Bakının simvollarından sayılan Qız Qalası yerləşir. Formula 1 pit-yolu və paddok binaları isə Azadlıq meydanında Hökumət Evinin yanında yerləşərək özünəməxsus mənzərəsi ilə seçilir.

Azərbaycan Qran-Prisi Bakının zəngin idman irsinin illik əlamətdar hadisəsidir. Paytaxtımız futbol üzrə “Avro-2020”yə ev sahibliyi etmiş şəhərdir və bir çox beynəlxalq tədbirlərlə yanaşı, 2019-cu ildə UEFA Avropa Liqasının finalı da təşkil edilib.

Formula 1 yarışı şəhərimizdə hər il yüksək qonaqpərvərliklə qarşılanır və xaricdən ölkəmizə səyahət edən azarkeşlər Azərbaycan paytaxtının mətbəxi və mədəniyyəti ilə yaxından tanış olmaq şansı əldə edirlər. Bu il şənbə günü sprint yarışına ev sahibliyi edəcək altı yarışdan biri kimi seçilən Bakıda daha böyük həyəcanla dolu həftə sonu gözlənilir. Bu yarışın nəticəsi bazar günü - aprelin 30-da keçiriləcək əsas yarışın sıralanmasını müəyyənləşdirəcək.

Yaxın finişlər

Bakıda keçirilmiş altı yarışdan dördündə qalibi ikinci yerdən ayıran sadəcə bir neçə saniyə olub. Ən yaxın qalibiyyət isə 2021-ci il Azərbaycan Qran-Prisində qeydə alınmışdı. Belə ki, qalib “Red Bull Racing”in pilotu Serxio Peresi “Ferrari”nin üzvü Sebastyan Fetteldən cəmi 1,385 saniyə ayırırdı. Ondan əvvəlki yarışda isə buna yaxın nəticə ilə Valtteri Bottası komanda yoldaşı Luis Hamiltondan 1,524 saniyə ayırmışdı.

Lakin bunların heç biri 2017-ci ildə Bottasın Lans Strollu ötərək finiş xəttində “Vilyams” komandasının pilotunu keçdiyi o dramatik anla müqayisə oluna bilməz. Stroll cəmi 0,105 saniyə fərqi ilə üçüncü yerə düşmüşdü. Bu, kanadalının indiyə qədər karyerası boyu qazandığı üç podiumdan birincisi idi - bu, onun indiyədək Formula 1-də qazandığı ən yüksək finişi hesab olunur.

Bundan əlavə, 13-cü yer uğrunda mübarizədə “Haas” komandasından Mik Şumaxer 2021-ci il yarışında komanda yoldaşı Nikita Mazepini cəmi 0,074 saniyə fərqi ilə məğlub etmişdi.

Bakı yarışı komanda yoldaşları arasında həmişə gərgin anlar yaradır. 2018-ci ildə bir-birini yarışdan çıxaran iki “Red Bull Racing” pilotu ilə yanaşı, “Force İndia” (indiki “Aston Martin”) sürücüləri 2017-ci ildə ikinci döngədə toqquşmuşdular. Esteban Okon dördüncü yer uğrunda mübarizə apararkən Serxio Peresin bolidi ilə təmas etdikdən sonra yarışın son sıralarında qərarlaşmışdı.

Möhtəşəm ötmələr

Bakı şəhər halqasında rəqib sürücünü təmassız və qəzasız şəkildə uğurla ötmək çətin məsələdir. 2018-ci ildə Rikkardo və Ferstappenin gərgin idman mübarizəsi zamanı azarkeşlər döngələr boyu möhtəşəm ötmələrə şahid olmuşdular. Bakıdakı “ötmə incəsənəti” hansı döngədə olmağından asılı olmayaraq bu yarışı möhtəşəm edən amillərdəndir.

Bəlkə də burada baş verən ən yaddaqalan ötmə hərəkəti Rikkardonun birinci döngədə əyləcə basaraq əsas sürət düzlüyü boyunca inanılmaz şəkildə üç bolidi ötməsi olmuşdu. 2017-ci ildə yarışın yenidən başlamasından sonra onun “Renault” komandasından Niko Hülkenberqi və hər iki “Vilyams” pilotu Felipe Massa və Lans Strollu ötərək 6-cı yerdən 3-cü pilləyə qalxması həqiqətən inanılmaz idi.

Məhz bu ötmə hərəkəti yarışda 17-ci (altıncı dövrədə) pillədə olan avstraliyalı pilota əfsanəvi qələbə qazandırmışdı. Onun yarışın arxa cərgəsindən ön cərgələrə yüksələ bilməsi bir daha onu sübut edir ki, Bakı trekində ötmə artıq qeyri-adi hal deyil. Bu yarışda cəmi qeydə alınmış ötmə hərəkətinin sayı 42 olub. Bakıdakı ilk yarışda qeydə alınan ötmə sayı isə daha çox olub - 62. 2016-cı ildən bəri ümumilikdə 247 ötmə qeydə alınıb ki, bu da hər yarışda orta hesabla 40-dan çox ötmə deməkdir. Bu da Bakı yarışının F-1 azarkeşləri arasında rəğbətini daha da artırmağa imkan verib.

Qeyri-adi və əyləncəli hadisələr

Son altı yarışda qalib gəlmiş altı fərqli pilot eyni zamanda yarışın ən sürətli dövrəsinə imza atıb. İndiyədək Bakıda azarkeşlər bir çox hadisələrə - trek insidentlərinə, təkər partlamalarına, çoxsaylı qırmızı bayraqlara və təhlükəsizlik maşınlarına şahid olublar. Bundan əlavə, yarışlardan yalnız birində hər dövrəyə liderlik edən bir lider pilot olub. Orta hesabla, hər il keçirilən Azərbaycan Qran-Prisində yarış boyu ilk üç pilot liderlik üzrə mübarizəyə qoşulub. Daha gərgin liderlik mübarizəsi ilə yadda qalan 2021-ci il yarışında isə bu rəqəm beşə yüksəlmişdi.

Trekdə baş verən bu hadisələrdən əlavə, qəribə və bəzən komik hadisələr də müşahidə olunub. Diqqəti çəkən məqamlardan biri 2018-ci ildə Roman Qrojanın aşağı sürətlə hərəkət edərkən qəflətən təhlükəsizlik maşınının arxasına çırpılması olmuşdu. Qəribəsi odur ki, onun yarış mühəndisi bu hadisədə həmin anda trekdə onun yanında belə olmayan Markus Erikssonu günahlandırırdı.

Qrojanın “Haas” qarajına gələrək əlcəklərini qarşıdakı mexanikin gözləmədiyi anda ona fırlatması anını televiziyalar azarkeşlərin yaddaşına həmişəlik həkk etmişdi.

Başqa bir maraqlı hadisə 2019-cu ildə baş vermişdi. Avstraliyalı pilot Daniel Rikkardo rusiyalı Daniil Kvyatı ötməyə cəhd edərkən hər ikisi əyləcə basaraq 3-cü döngədəki boşluq sahəyə çıxmış, yarışdan kənarda qalmışdılar. Yarışa geri qayıtmağa çalışan Rikkardo daha sonra maşını geriyə sürərək Kvyatla toqquşmuşdu. Sözün əsl mənasında bir tərəfdən komik, digər tərəfdən isə pilotlar üçün kritik anlar yaşanmışdı.

Sürpriz podiumlar

Şəhər treklərində yüksək nəticə göstərən Formula 1 pilotlarının sayı çox deyil. Bu baxımdan karyerası boyu şəhər yarışlarını uğurla başa vurmuş Serxio Peres fərqlənə bilmişdir. O, ilk şəhər yarışı qələbəsini 2021-ci ildə Bakıda qazanmışdı. Bundan sonra isə Monako və Sinqapurda qazandığı qələbələr ilə F-1 portfoliosunu zənginləşdirməyə nail olmuşdu.

Meksikalı pilot 2021-ci ildən əvvəl də Bakı trekində həmişə yaxşı nəticələr göstərib. 2016-cı ilin ilk Bakı yarışında (Avropa Qran-Prisi) o, “Force India” komandasının tərkibində ilk sıralara çıxa bilmişdi.

Təəssüf ki, o, son sərbəst yürüşdə bolidini zədələdikdən sonra sürətlər qutusunu dəyişməli olduğuna görə beş sıralıq cərimə almışdı. Lakin bu, onun yarışda irəliləməsinə mane olmamışdı və podiumda üçüncü yerdə qərarlaşmışdı.

O, saniyənin ondabiri fərqi ilə yarışda üçüncü yerə çıxsa da, Lans Strollun Bakıda “Vilyams” komandasındakı podiumu daha bir sevindirici hadisə kimi yadda qalmışdı. Bu, komandanın həmin il ərzində top üçlükdə qazandığı ilk podium idi. O vaxtdan bəri komanda yalnız bir dəfə belə nəticəyə imza atıb.

Bakıda daha bir sürpriz podium isə fransalı Pyer Qasliyə nəsib olmuşdu. Qasli 2021-ci il Azərbaycan Qran-Prisində sıralanma turunu dördüncü yerdə başa vurmuş və yarışda üçüncü yerdə qərarlaşmışdı. Bu, 2006-cı ildən bəri italiyalı “Toro Rosso”/”AlphaTauri” komandasının tarixi boyu çıxdığı dördüncü podiumu idi.

Bəs bu il Bakıda Formula 1 azarkeşlərini hansı sürprizlər gözləyir? Formula 1 Azərbaycan Qran-Prisinin şüarı olan “Gözlənilməzə hazır olun” ifadəsi builki yarışda sürətsevərlərin gözlənilməz hadisələrin, həyəcanlı anların və maksimum sürətin şahidi olacağına işarə edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

28 May - Müstəqillik Günü Niderland Krallığında qeyd edilib

Belqradın mərkəzi meydanındakı fəvvarə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Qubada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Abdulkadir Uraloğlu: Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür VİDEO

Kür çayındakı Avtomat Hidrometeoroloji Məntəqədən REPORTAJ - FOTO

Vüqar Rəhimzadə: Bütövləşən müasir, müstəqil Azərbaycan hər birimizin qürur mənbəyimizdir

Ankarada “Can Azərbaycan” mövzusunda tədbir keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər YENİLƏNİB VİDEO

Azərbaycanın Müstəqillik Günü Tbilisidə təntənəli şəkildə qeyd olunub

“Turan Tovuz” Ayxan Abbasovla vidalaşıb

Müstəqillik Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Tbilisi şəhərindəki teleqüllə və “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Müstəqillik Günü münasibətilə “Bürc-Xəlifə” qülləsində Azərbaycanın Dövlət Bayrağı əks olunub

Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Azərbaycanın beynəlxalq miqyasda nüfuzlu dövlətə çevrilməsi hər birimizi qürurlandırır - RƏY

GDU-da Müstəqillik Gününə həsr olunan dəyirmi masa keçirilib

Marneulidə Gürcüstanın və Azərbaycanın Müstəqillik günlərinə həsr olunmuş rəsm sərgisi açılıb

Gürcüstan Parlamenti ölkə Prezidentinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib

Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq turnirdə 5 qızıl medal qazanıb

ARGTMŞ Müstəqillik Gününə həsr olunmuş silsilə tədbirlər keçirib

Vitse-prezident: Venesuela hökuməti uğurlu inkişaf üçün sosial, siyasi, iqtisadi tədbirlər planı hazırlayıb

Jurnalistlər Qazaxın azad edilmiş kəndlərində sərhəd döyüş məntəqələrinin fəaliyyəti ilə tanış olublarYENİLƏNİB VİDEO

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

Donald Tramp seçkilərdə qalib gələrsə Assanjı əfv edə bilər

Şəmkir su anbarında batmış şəxsin meyiti tapılıb

Azərbaycanın şərabçılıq ənənəsi Vyanada təbliğ olunub

Bağdadda 28 May – Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib

® Balaxanıda iməcilik və ağacəkmə aksiyası keçirilib

Gürcüstanın XİN başçısı: Azərbaycanla strateji tərəfdaşlığı yüksək qiymətləndirir və onun gələcək illərdə inkişafına ümid edirik

Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May - Müstəqillik Gününü təbrik edirəm

Hakan Fidan: Qardaşlığımız “Bir millət, iki dövlət” şüarı ilə əbədi qalacaq

Ersin Tatar: Azərbaycan torpaqların geri alınması ilə builki Müstəqillik Gününün verdiyi xüsusi qüruru ürəkdən bölüşürük

ADPU-da intellektual yarış keçirilib: Müstəqillik kuboku

Fransisk: Papua-Yeni Qvineyada zərərçəkənlər üçün dua edək

Avstriyada Azərbaycanın biznes və investisiya potensialı təbliğ olunub

Devid Kemeron: İsrail ordusu Rafaha hava zərbələri ilə bağlı tez araşdırma aparmalıdır

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər keçirib

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin rəsmiləri Ankarada görüşlər keçirəcəklər

Əlli il sonra yenidən bir arada - ADPU-da məzunlarla görüş

Numan Kurtulmuş: Azərbaycanla həmrəyliyimiz və birliyimiz əbədi olacaq

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar YENİLƏNİB

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

28 May - Müstəqillik Günü Bosniya və Herseqovinada qeyd olunub

Köndələnçay su anbarlarında 11 milyon kubmetrdən çox su ehtiyatı yığılıb

Nardaran bağ massivi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Cevdet Yılmaz: Azərbaycanlı qardaşlarımızın coşqusunu ürəkdən bölüşürəm

Dördqat dünya çempionu: Rafael Ağayevlə eyni pillədə olmaq fəxrdir

Bakıda həftənin sonunadək hava şəraiti sabit keçəcək, rayonlarda intensiv yağıntılar olmayacaq

Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

BSU-da 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

TÜRKSOY-un Baş katibi Sultan Raevdən

Türkiyənin Milli Müdafiə Nazirliyi: “Bir millət, iki dövlət” anlayışı ilə hər zaman bir olmağa davam edəcəyik

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən

Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub YENİLƏNİB VİDEO

Selçuk Bayraktar: Birliyimiz və həmrəyliyimiz əbədi olsun

Prezident İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub YENİLƏNİB VİDEO

General-mayor Dadaş Rzayev son mənzilə yola salınıb

Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib

Ağdamda mina partlaması nəticəsində xəsarət alan ANAMA əməkdaşının vəziyyəti açıqlanıb

Sabah Bakıda 24-29 dərəcə isti olacaq, rayonlarda bəzi dağlıq ərazilərdə yağış yağacaq

Azərbaycanın paraatletika üzrə milli komandası Vətənə dönüb VİDEO

Baş Prokurorluq: Ağdamda ANAMA əməkdaşının minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Nizami rayonunda 4 min manatlıq lotereya biletləri oğurlayan şəxs saxlanılıb

Azərbaycanın Müstəqillik Günü Təl-Əviv şəhərində qeyd edilib

28 May - Müstəqillik Günü münasibətilə Dövlət Sərhəd Xidmətində silsilə tədbirlər keçirilib

Macarıstanın Prezidenti Tamaş Şuyokdan

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Botanika İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti əməkdaşlığa başlayır

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsuldan

GUAM-ın Baş katibi Altay Əfəndiyevdən

“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri Arif Quliyevdən

Ulu Öndər Heydər Əliyevin Tbilisidəki abidəsi ziyarət olunub

Kanadalı deputat parlamentdə Azərbaycanın Müstəqillik Günü münasibətilə çıxış edib

Hacıqabulda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü aşkarlanıb

Türkiyə XİN: Azərbaycanlı qardaşlarımızın qürur və coşqusuna ürəkdən qatılırıq

FHN: Ötən gün 5-i azyaşlı olmaqla 7 nəfər xilas edilib

Azərbaycanın Müstəqillik Günü Astana şəhərində də qeyd olunub

Tozlu hava şəraiti davam edir

Milli Məclisin sədri İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı beynəlxalq konfransda iştirak edib

Müdafiə Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə videoçarx hazırlayıb VİDEO

Dövlət Komitəsi erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb

DİN: Dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib

Ağdamda mina partlayışı olub: ANAMA-nın əməkdaşı xəsarət alıb

28 May - xalqımızın qürur və şərəf tarixi

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

Cümhuriyyət dövründə dil məsələlərinə xüsusi diqqət yetirilməsi xalqımızın tarixində əhəmiyyətli iz qoyub

Blinken Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Professor Musa Qasımlı: Bu il Cümhuriyyətin ildönümü tamamilə fərqli bir əhvali-ruhiyyədə qeyd olunur

Keniya Respublikasının Prezidenti Uilyam Samoi Rutodan

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessodan

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib

Azərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir

Adrian Efros: Azərbaycan beynəlxalq arenada öz mövqeyini möhkəmləndirmək üçün güclü bacarıq nümayiş etdirib VİDEO

Bu gün Xalq artisti Habil Əliyevin doğum günüdür

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub