MƏDƏNİYYƏT
“Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilib
Bakı, 17 aprel, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) təşkilatçılığı ilə reallaşan “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərgi iştirakçıları “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiyanı, ilk dəfə sərgilənən fotolar və vaxtilə mövcud olan, hazırda isə qalıqları qalan və ya tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar.
Sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb.
Ölkədə ilk dəfə tətbiq olunan bu texnologiya sahəsində ilkin mərhələdə fondun arxivindəki 300-dən çox əsərə yeni həyat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:32]
Xalq yazıçısı Anar İstanbul Kültür Universitetində tələbələrlə görüşüb
- 30.04.2024 [15:20]
Əməkdar artist Osman Hacıbəyovun 100 illiyi münasibətilə tədbir keçirilib
- 30.04.2024 [14:57]
“Tron 3” filminin nümayiş tarixi məlum olub
- 30.04.2024 [14:55]
Məhəmməd Füzuli yaradıcılığı Polşa ədəbiyyat portallarında
- 30.04.2024 [14:38]
Akademik Milli Dram Teatrı may repertuarını açıqlayıb
- 30.04.2024 [14:08]
Bakıda Türk Mədəniyyəti və İrsi Fondunun birinci Şura Toplantısı keçirilib
- 30.04.2024 [12:34]