Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

Azərbaycan Respublikasının 2010-cu il

22 oktyabr tarixli Qanunu ilə təsdiq

edilmişdir

1. “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə aşağıdakı şəxslər təltif edilirlər:

1.1. Azərbaycan Respublikasının fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının və xarici dövlətlərin dövlət və qeyri-hökumət təşkilatlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri;

1.2. fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması işində göstərdikləri köməyə görə Azərbaycan Respublikasının və xarici dövlətlərin vətəndaşları;

2. “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

3. “Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin