DÜNYA
Fransa polisi “milli qəzəb yürüşü” barədə xəbərdarlıq edib
Paris, 11 sentyabr, AZƏRTAC
Fransada polis işçilərinin həmkarlar ittifaqları təşkilatları polis əməkdaşlarını oktyabrın 2-də “milli qəzəb yürüşü”nə çıxmağa çağırıb. Həmkarlar təşkilatları bu çağırışla mövcud böhranla əlaqədar hakimiyyətə xəbərdarlıq etmək, polislərin həyat və iş şəraitinin dözülməz olduğunu xatırlatmaq istədiklərini bildiriblər.
Sosial şəbəkələrdə 20-yə qədər həmkarlar təşkilatı cari ilin əvvəlindən intihar etmiş 48 polis əməkdaşının fotoşəkillərini nümayiş etdirərək iş şəraitinin təkmilləşdirilməsini tələb edib. Polislərin həddən artıq istismar olunduqları, onların müdafiəsinin təmin edilmədiyi, əməklərinin lazımınca qiymətləndirilmədiyi bildirilərək, sözdən əmələ keçmək üçün bütün polis əməkdaşlarının oktyabrın 2-də birgə hərəkət etmələri barədə çağırışlar səsləndirilir.
Fransada polis əməkdaşlarının sonuncu etiraz yürüşü 15 il əvvəl olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:39]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 169-a çatıb
- 30.04.2024 [17:34]
Aprel ayı İstanbulda daha bir Lalə Festivalı ilə yadda qalacaq
- 30.04.2024 [16:39]
Honkonq pandemiyadan sonra əvvəlki həyatın bərpa olunmasına çalışır
- 30.04.2024 [15:49]
G7 ölkələri 2035-ci ilədək kömürdən imtina etmək barədə razılığa gəliblər
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]