Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Fuad Nağıyev: Bakının brendi kommunikasiya və marketinq proqramımızın əsas elementi olacaq

Fuad Nağıyev: Bakının brendi kommunikasiya və marketinq proqramımızın əsas elementi olacaq

Bakı, 27 sentyabr, AZƏRTAC

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il sentyabrın 27-si ölkəmizdə “Turizm işçiləri günü” kimi qeyd olunur. Bu günün təsis olunması dövlət tərəfindən turizm sənayesinə və bu sahədə çalışan insanlara böyük diqqətin bariz nümunəsidir. 27 sentyabr, həm də Dünya Turizm Günüdür. Bu əlamətdar günlər ərəfəsində AZƏRTAC-ın müxbiri Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyevlə görüşüb, həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik.

- Əvvəlcə Milli Turizm Təbliğat Bürosunun təsisi və öhdəlikləri barədə qısa məlumat verərdiniz.

- Milli Turizm Təbliğat Bürosu Mədəniyyət və Turizm Nazirliyi tərəfindən - “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2016-cı il tarixli Fərmanına uyğun olaraq 2017-ci ilin fevral ayında publik hüquqi şəxs qismində təsis edilib. Qurumun yaradılması ölkəmizin turizm sahəsində beynəlxalq imicinin formalaşdırılması, şəhər brendinin istifadəsi üzrə uzunmüddətli fəaliyyət planının hazırlanması, brenddən istifadə üzrə nəzarət tədbirlərinin görülməsi, fərqli səviyyələrdə təkrar brendinq seçimi və marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun artırılmasına nail olmaq məqsədi daşıyır.

- Təsis edildiyi dövrdən etibarən büro hansı fəaliyyətlərlə məşğul olub?

- Milli Turizm Təbliğat Bürosu təsis edildiyi dövrdən etibarən, qısa vaxt ərzində qarşıya qoyulan vəzifələrin icrası istiqamətində əməli fəaliyyətə başlayıb və Bakı şəhərinin turistlər üçün daha maraqlı istiqamətlərdən biri kimi tanıdılması və turistlərin qarşılaşdığı bir sıra çatışmazlıqların aradan qaldırılması istiqamətində layihələr təqdim edib. Ötən müddət ərzində daxili və xarici tərəfdaşlarımız ilə birgə Bakıya bir sıra ölkələrdən turizmin müxtəlif sahələri üzrə tanınmış blogerlərin səfəri təşkil edilib, onlarla ortaq layihələr həyata keçirilib. Bakı şəhərinin turistlər üçün maraqlı hesab edilə biləcək, lakin bir o qədər məşhur olmayan məkanları barədə videoçarxlar və digər təqdimat materialları hazırlanaraq müxtəlif təbliğat kanalları vasitəsilə yayımı təşkil edilib. Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatına əsasən Milli Turizm Təbliğat Bürosu tərəfindən ona tapşırılan işlərin 44 faizinin icrasını həyata keçirib və əksər istiqamətlərdə fəaliyyətə başlayıb. Büronun əsas vəzifəsinin Bakı şəhərinin brendinin formalaşdırılması və marketinq siyasətinin qurulması olduğundan bu sahədə dünyada uğurlu fəaliyyət göstərib və konkret nəticələr ortaya qoymağa nail olmuş ölkələrin və qurumların təcrübəsi öyrənilib. Eyni zamanda, büro həm daxili, həm də xarici bazarda marketinq siyasətinin hazırlanması və icrası, brend formalaşdırılması sahəsində təcrübəsi olan şirkətlər ilə məsləhətləşmələr aparmış və görüləcək işin ümumi konturları aydınlaşdırılıb.

- Büro uğurlu təbliğat işinin qurulması üçün hansı amilləri vacib hesab edir?

- Hesab edirik ki, uğurlu təbliğat və təşviqat fəaliyyətinin qurulması üçün genişhəcmli bazar araşdırmalarının aparılmasına və dünyada daim yenilənən turizm trendinin öyrənilməsinə ciddi ehtiyac var. Eyni zamanda, tətbiq ediləcək yeniliklərin uğurlu icrası üçün peşəkar komandanın qurulması, dövlət qurumları arasında işlək əlaqələndirmənin formalaşdırılması, qəbul ediləcək vahid yanaşmanın həm turizm sahəsində fəaliyyət göstərən şirkətlər, həm də müvafiq dövlət qurumları tərəfindən icrasına nail olunması zərurəti mövcuddur. Bakı şəhəri və ümumilikdə Azərbaycan xarici turistlər üçün “kəşf edilməyən” istiqamətlər baxımından olduqca maraqlı marşrutdur və bu istiqamətdə koordinasiyalı əməkdaşlıq qurulacağı və aydın strategiya izlənəcəyi təqdirdə böyük nailiyyətlərə nail olmaq olar. Marketinq fəaliyyətinin həyata keçirilməsi və müvafiq turizm infrastrukturun qurulması böyük maliyyə resursları tələb etsə də, onun ölkə iqtisadiyyatına geri dönüşü daha yüksəkdir və bir çox digər sahələrdən fərqli olaraq daha uzunmüddətli və davamlıdır.

- Təbliğat üçün hansı portallar fəaliyyət göstərəcək və nə zaman hazır olacaq?

-Büronun komandası artıq xeyli vaxtdır ki, Azərbaycanın turizm təbliğat səhifəsi olan azerbaijan.travel səhifəsinin yenilənməsi ilə məşğuldur. Büro tərəfindən azerbaijan.travel portalı müasir yeniliklər nəzərə alınmaqla (dizayn, portalın mobil telefon və planşetlərə uyğunlaşdırılması, məlumat bazasının yenilənməsi) tam əsaslarla yenidən qurulub və istifadəçilərin xidmətinə verilib. Bir neçə müddət bundan öncə salambaku.travel səhifəsi də hazırlanıb və bu səhifədə Bakının turizm imkanları, şəhərdə yerləşən tarixi abidələr, muzeylər, turistlərin öz vaxtlarını səmərəli keçirə biləcəyi məkanlar barədə informasiyalar yerləşdirilib. Biz çalışırıq ki, bu portallara daxil olacaq insanlar həm Bakı, həm də ölkənin turizm imkanları barədə ətraflı və rahat informasiya əldə etsinlər.

- Büronun fəaliyyəti bölgələrdə turizmin inkişafına necə təsir edəcək?

- Milli Turizm Təbliğat Bürosu ilkin mərhələdə daha çox Bakı şəhərinin təbliği istiqamətində səylərini birləşdirəcək. Bununla belə, biz eyni zamanda çalışırıq ki, imkan düşdükcə regionların da turizm potensialını təqdim edək. Gələcəkdə bu istiqamətdə işlər daha da artırılacaq və regional turlar da daxil olmaqla, bir sıra yeni turizm marşrutlarının işlənib hazırlanmasına başlanacaq. Regionların fərqli turizm növlərini inkişaf etdirmək üçün geniş potensialı var və gələcəkdə məhz bu sahələrin təbliğinə daha çox diqqət ayrılmasına çalışacağıq.

-Bakının brendi necə formalaşdırılacaq?

-Bakının brendi kommunikasiya və marketinq proqramının əsas elementi olacaq. Ona görə də, biz çalışırıq ki, məsələyə olduqca peşəkar yanaşaq və brendin hazırlanması zamanı beynəlxalq təcrübəni tam olaraq öyrənək. Brend üzərindən uğurlu marketinq fəaliyyəti quran xeyli şəhərlər var və onların təcrübələri bizə çox böyük kömək edə bilər. Amma bu, o demək deyil ki, biz brendi hazırlayarkən yalnız xarici təcrübəni əsas götürəcəyik. Hər bir şəhərin olduğu kimi, Bakı şəhərinin də özünəməxsusluqları var və brend hazırlanarkən mütləq mənada bu dəyərlər nəzərə alınacaq. Bakının brendi şəhərin siması olacaq və bu mənada mütləqdir ki, onu ölkə xaricində təbliğ etməzdən öncə yerli səviyyədə qəbul olunması baş versin. Yəni, yerli vətəndaşlar brenddən məmnun qalsınlar ki, onu xaricilərə təqdim edərkən də, səmimi olsunlar. Brend yerli və xarici ekspertlərin birgə iştirakı ilə hazırlanacaq və cəmiyyətin fikirləri bu prosesdə vacib yer alacaq. Bununla yanaşı müasir informasiya və kommunikasiya kanallarının yaratdığı imkanlardan maksimum faydalanmaq və Bakı şəhərinin təbliğatını bu kanallar vasitəsilə aparmaq da marketinq strategiyasının əsas istiqamətlərindən biri olacaq.

- Təkcə Bakının brendi formalaşdırılacaq, yoxsa hədəfdə digər bölgələr var?

- Hazırda Bakı şəhərinin brendinin formalaşdırılması işi ilə məşğuluq, gələcəkdə bu təcrübədən istifadə etməklə digər regionlarda da analoji işin qurulmasına baxıla bilər.

- Maraqlı müsahibəyə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB-2 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir VİDEO

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj VİDEO

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB-2 VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib