İDMAN
FUTBOL ÜZRƏ AVROPA ÇEMPİONATINDA PÜŞKATMA KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 30-da Lissabonda futbol üzrə Avropa çempionatının ilkin mərhələsinin püşkatma mərasimi keçirilmişdir. Püşkatmanın nəticələrinə görə komandalar aşağıdakı qruplarda yarışacaqlar:
“A” – Rusiya, İspaniya, Portuqaliya və Yunanıstan
“B” – Fransa, İngiltərə, İsveçrə, Xorvatiya
“S” – İsveç, Bolqariya, Danimarka, İtaliya
“D”– Çexiya, Latviya, Almaniya və Niderland
Çempionatın ilkin mərhələsi 2004-cü il iyulun 12-23-də keçiriləcəkdir. İlk oyun Rusiya və İspaniya komandaları arasında olacaqdır.
Avro-2004-cü ilin final oyunları iyunun 12-dən iyulun 4-dək (cəmi 31 oyun) Portuqaliyanın səkkiz şəhərinin 10 stadionunda keçiriləcəkdir.
Dörddə bir finalın iyunun 24-27-də, yarımfinalın iyunun 30-dan iyulun 1-dək, finalın isə iyulun 4-də olacağı planlaşdırılmışdır.