İQTİSADİYYAT
Gələn il AFR-də yanacağın qiymətinin aşağı düşməsi gözlənilir
Berlin, 29 dekabr, AZƏRTAC
Ekspertlərin proqnozlarına əsasən gələn il Almaniyada avtomobil yanacağının qiyməti aşağı düşəcək.
AZƏRTAC xəbər verir ki, mütəxəssislərin hesablamalarına görə, bunun 4 səbəbi var.
Yanacağın ucuzlaşmasının birinci səbəbi dünya bazarlarında neftin qiymətinin aşağı düşməsidir. Bu, artıq oktyabr ayından bəri dünya iqtisadiyyatının inkişaf sürətinin azalması nəticəsində baş verir. Rusiyanın da aid olduğu istehsalçı ölkələrdə hasilatın azaldılması da bu tendensiyanı dayandırmağı bacarmadı.
İkincisi, yanacaq bazarına rəqabət qayıdır və bu, qiymətlərin aşağı düşməsinə səbəb olur. Neft emalı zavodlarının orta marjası (satışların rentabelliiyi) 2021-ci ildə 1 litr benzin və ya dizel yanacağı üçün heç vaxt 3 sentdən yuxarı qalxmayıb. Lakin 2022-ci ilin martında göstəricilər kəskin artdı: benzinə - 15 sent, dizelə - 13 sent. Bir neçə ay ərzində marjanın yüksək səviyyədə qalması ona gətirib çıxardı ki, benzinin qiyməti rekord səviyyəyə çatdı. Hətta az yanacaq sərf edən avtomobillərin sürücüləri bir çən yanacaq üçün 100 avro ödəməli oldular. Lakin 2022-ci ilin payızından bəri neft emalı zavodlarının marjası aşağı düşür.
Üçüncüsü, nisbətən ucuz olan dizel yanacağı ərzaq məhsullarının və digər malların çatdırılmasını ucuzlaşdırır və buna görə də qiymətləri aşağı salır. Bu səbəbdən, dizel yanacağının qiymətinin aşağı düşməsi hər kəsin, o cümlədən maşınını benzinlə dolduran və yaxud ümumiyyətlə maşın sürməyənlərin həyatını asanlaşdırır.
Nəhayət, əgər yanacağın qiyməti enməkdə davam edərsə və ya əvvəlki kimi qalarsa, o halda əməkhaqqı ehtimal ki, artacaq. Ölkədə maaşların 3,2 faiz yüksələcəyi gözlənilir.
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin