İQTİSADİYYAT
Gəmiçilik dezinfeksiya işlərini davam etdirir
Bakı, 14 iyul, AZƏRTAC
“Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri Gəmiçiliyin “Cabbar Həşimov”, “Qafur Məmmədov”, “Mahmud Rəhimov”, “Qaradağ”, “Qarabağ”, “Naxçıvan”, “Nəsimi”, “Akademik Topçubaşov”, “Professor Gül”, “Bəstəkar Qara Qarayev”, “Gültəkin Əsgərova”, “Vaqif Cəfərov”, “BMK-4211”, “Alı Mustafayev”, “PS-173”, “Om”, “Neftqaz-64”, “Üfüq” gəmilərində aparılıb. Bundan başqa, həm Xəzər Dəniz Neft Donanması, həm də Dəniz Nəqliyyat Donanmasının yeməkxanasında profilaktik dezinfeksiya işləri yerinə yetirilib.
Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.