MƏDƏNİYYƏT
Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti Yeni ilin ilk tamaşasının məşqlərinə başlayıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Əməkdar İncəsənət Xadimi, dramaturq Əli Əmirlinin “Ünvansız qatar” pyesi əsasında hazırlanan tamaşa Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşunda təqdim olunacaq. Tamaşada rolları Xalq Artisti Tariyel Qasımov, əməkdar artistlər Lətifə Əliyeva, Qurban İsmayılov, Şəfəq Əliyeva, Nəsibə Eldarova və başqaları ifa edəcəklər.
Tamaşanın quruluşçu rəssamı Sona Qarayeva, musiqi tərtibatçısı Zaur Rəşidovdur.
Premyerası martın 31-də keçiriləcək səhnə əsəri ata-baba yurdundan didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]