İQTİSADİYYAT
“GENERAL ŞIXLİNSKİ” TANKERİNİN İYULUN 18-DƏ BAKİYA GƏTİRİLƏCƏYİ GÖZLƏNİLİR
Xəbər verdiyimiz kimi, “General Şıxlinski” tankerinin həlak olmuş 6 nəfər heyət üzvünün cənazələri iyulun 16-da Bakıya gətirilmişdir. Azərbaycan Dövlət Xəzər Gəmiçiliyinin rəhbərliyi tankerdə baş vermiş qəza nəticəsində həlak olanların ailələrinə, qohumlarına bir daha dərin hüznlə başsağlığı verir. Qəza-xilasetmə işlərində yardım göstərənlərin hamısına - Türkmənistan və Azərbaycanın mütəxəssislərinə, tibb işçilərinə, hüquq mühafizə orqanlarının əməkdaşlarına, gömrük və immiqrasiya xidmətlərinin nümayəndələrinə, nəqliyyatçılara təşəkkürünü bildirir.
Gəmiçiliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “General Şıxlinski” tankerinin yedəyə alınaraq, iyulun 18-də Bakıya gətiriləcəyi gözlənilir.