İDMAN
Gimnastlarımız Xorvatiyada iki medal qazanıblar
Bakı, 30 may, AZƏRTAC
Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarında idmançılarımız 2 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, komandamızın hesabına ilk medalı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14 xalla turnirin bürünc medalına layiq görülüb.
Yarışın sonuncu günündə millimizin üzvü Nikita Simonov öz sevimli aləti - halqalarda qızıl medal qazanıb. İyirmi səkkiz ölkədən gimnastların mübarizə apardığı turnirdə gimnastımızın çıxışı 14.500 xalla dəyərləndirilib və təmsilçimiz fəxri kürsünün ilk pilləsinə qalxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:27]
Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub
- 04.05.2024 [16:09]
Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub
- 04.05.2024 [15:05]
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib
- 04.05.2024 [14:10]
Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib
- 04.05.2024 [12:31]