İDMAN
Güllə atıcılığı üzrə milli komandamızın üzvləri beynəlxalq turnirdə daha 2 medal qazanıblar
Bakı, 3 may, AZƏRTAC
Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə milli komandasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha iki medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, odlu silahdan (tapança) 50 metr məsafəyə fərdi yarışda Kamran Zeynalov ikinci yeri, Kamran Zeynalov, Yelena Taranova və Aybəniz Babayevadan ibarət yığma isə komanda yarışında 3-cü pilləni tutub.
Xatırladaq ki, turnir bu il 17-29 sentyabrda Perunun paytaxtı Limada təşkil olunacaq dünya çempionatına lisenziya qazandırır.
Azərbaycan təmsilçilərindən Aybəniz Babayeva 10 m, Yelena Taranova 10 m və 25 m, Rafiq Əliyev 25 m, Kamran Əliyev isə 50 m məsafəyə atışda mundiala vəsiqə əldə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.06.2024 [21:58]
Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib
- 01.06.2024 [21:12]
Qızıl Avropa Liqası: Azərbaycan millisi son matçında da məğlub olub
- 01.06.2024 [17:59]
Rəşad Sadıqov: Sabah final oyunundan həzz almaq istəyirik
- 01.06.2024 [16:54]
Azərbaycanın 12 yaşlı pəhləvanı dişləri ilə avtomobil dartıb
- 01.06.2024 [16:51]
Qurban Qurbanov: Penaltilər seriyasına psixoloji olaraq hazırlaşmışıq
- 01.06.2024 [13:04]
Türkiyə millisinin hücumçusu Avropa çempionatını buraxacaq
- 01.06.2024 [12:06]