CƏMİYYƏT
Gün ərzində 59 cinayət faktı qeydə alınmışdır
Bakı, 26 may (AZƏRTAC). Mayın 25-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 59 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 4 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölmüş, beş nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 27 nəfər tutulmuşdur.