DÜNYA
Gürcüstanda qar uçqunu səbəbindən qatar reysləri ləğv olub
Tbilisi, 7 fevral, AZƏRTAC
Gürcüstan Dəmir Yolları (GDY) ölkənin şərq və qərbi arasında fevralın 7-nə planlaşdırılan səkkiz reysi ləğv edib.
AZƏRTAC xəbər verir ki, bu barədə GDY-dan məlumat verilib. Bildirilir ki, qatar reyslərinin ləğvinə əlverişsiz hava şəraiti səbəb olub.
Fevralın 6-da qar uçqunu səbəbindən Tbilisi ilə Batumi arasında dəmir yolu hərəkəti dayandırılıb.
Şirkətin qərarı ilə fevralın 7-nə planlaşdırılan Tbilisi-Batumi, Tbilisi-Zuqdidi, Tbilisi-Kutaisi-Ozurgeti, Batumi-Tbilisi, Ozurgeti-Kutaisi-Tbilisi, Poti-Tbilisi, Xaşuri-Zestafoni və Zestafoni reysləri ləğv olunub.
Bu reyslərlə səyahət etməyi planlaşdıran hər kəs bilet pulunu geri alacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.05.2024 [20:59]
Gürcüstan MSK qərarları sadə səs çoxluğu ilə qəbul edə biləcək
- 30.05.2024 [17:05]
Laosda ASEAN ölkələri XİN başçılarının 57-ci iclası keçiriləcək
- 30.05.2024 [16:52]
Çin süni intellekt üzrə üçillik Fəaliyyət Planını açıqlayıb
- 30.05.2024 [16:51]
KİV: Şahzadə Keyt Middltonun səhhəti yaxşılaşır
- 30.05.2024 [16:28]
Vyetnamda beş yaşlı uşaqlar təhsil ödənişindən azad ediləcək
- 30.05.2024 [16:25]
Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyatlar davam edir
- 30.05.2024 [16:16]
Londonun şərqində atışma: 4 nəfər yaralanıb
- 30.05.2024 [15:58]