Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab müzəffər Ali Baş Komandan!

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuruq.

2020-ci il dünya tarixində ən ağır, lakin ölkəmiz üçün ən uğurlu və tarixi il oldu. Sizin rəhbərliyinizlə Vətən müharibəsində şanlı Qələbə qazanan Azərbaycan Ordusunu və xalqımızı təbrik edirik. Azərbaycanda iqtisadiyyatın inkişafı və müasir ordu quruculuğu istiqamətində aparılan siyasəti dəstəkləyir, Ulu Tanrıdan bu yolda Sizə uğurlar diləyirik.

Siz Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə xüsusi diqqət göstərirsiniz. Biz - Gürcüstanda yaşayan azərbaycanlılar bu qayğınızı və dəstəyinizi hər an hiss edir, bunu yüksək qiymətləndiririk. Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi olaraq bu siyasətin həyata keçirilməsinə daim dəstək verəcəyimizə Sizi əmin edirik.

Bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının rifahı və tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Cənab Prezident, Sizə olan ən dərin ehtiramımızı qəbul edin.

Hörmətlə,

 

Nəriman Qurbanov

Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin