REGİONLAR
Hacıqabulda qəza olub, ölən və yaralananlar var - YENİLƏNİB VİDEO
Hacıqabul, 21 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Hacıqabulda bir nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində “Prado” markalı avtomobil “Qazel”lə toqquşub. Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb. İki nəfər - Laçın rayon sakinləri, 1995-ci il təvəllüdlü Ağayev Şəfa İmdad oğlu və 1987-ci il təvəllüdlü Məmmədov Dəyanət Məhərrəm oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
16:34
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralanan var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.