REGİONLAR
Hacıqabulda tərəvəz sahələrindən 4 min tondan çox məhsul yığılıb
Hacıqabul, 22 avqust, Mahir Babayev, AZƏRTAC
Hacıqabullu məhsul istehsalçıları ilin 7 ayı ərzində becərdikləri sahələrin 422 hektarının məhsulunu yığıblar ki, bu da ümumi tərəvəz sahəsinin 79 faizini təşkil edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, cari ilin yazında hacıqabullu əkinçilər 530 hektar sahədə tərəvəz əkiblər. Bu, ötən ildəkindən 82 hektar çoxdur. Xeyli vaxtdır ki, əkinçilər becərdikləri sahələrin məhsulunu toplayırlar. Fermerlər bu günədək tərəvəz sahələrindən 4 min 773,4 ton məhsul yığıblar. Ötən ilin eyni dövründə bu rəqəm 4 min 111,4 ton olub.
Tədarük olunan məhsulun 1116,4 tonunu xiyar, 1400 tonunu pomidor, 2042,4 tonunu badımcan, 70,8 tonunu isə bibər təşkil edir. Əkinçilər, həmçinin 835 hektar bostan sahəsindən 1795 ton qarpız-yemiş də yığıblar.
Rayonda tərəvəz yığımı davam edir.