Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV VİDEO

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir -  EKSKLÜZİV VİDEO

Bakı, 29 mart, Pərvanə Qafarova, AZƏRTAC

Bu gün “Technest” təqaüd proqramı ilə “ROOF Academy”nin əməkdaşlığı çərçivəsində məzun olan “Talant” təqaüdü qalibi Qəndab Məmmədova Harvard Universitetinə qəbul olub. “Talant” layihəsini ötən ildən başlayaraq həyata keçiririk və artıq layihənin uğuru olaraq 10 nəfər TOP reytinq universitetlərə qəbul olub. Layihənin davamı olaraq bu il 30 tələbə ilə yola çıxdıq. İyun ayınadək bu 30 məzunun cavabları bəlli olacaq. İnanırıq ki, onlar da dünyada TOP universitetlərə qəbul olacaq və bizi sevindirəcəklər. Bu gün bizim aparıcı universitetlərə qəbul olan tələbələrimiz bütün yenilikləri öyrənərək gələcəkdə ölkəmizdə tətbiq edəcək, bu sahədə inkişafa dəstək olacaqlar.

Bu barədə AZƏRTAC-a müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İnkişafı Departamentinin rəhbəri Fatimə Ələkbərova deyib.

F.Ələkbərova bildirib ki, “Technest” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nəzdində yaradılıb: “Bu proqramın əsas məqsədi ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır. Həmçinin proqrama müraciət edən şəxslərin rəqəmsal biliklərinin artırılmasına töhfə verməkdir. Bu günədək “Technest” təqaüd proqramından 5 minədək iştirakçı faydalanıb. Proqramın məzunlarının 90 faizi əmək bazarında işlə təmin olunub. Proqram bir sıra layihələri əhatə edir. “Technest” təqaüd proqramının ölkə üzrə üçüncü qeydiyyat mərhələsi elan edilib. Qeydiyyat ölkənin İKT sahəsində fəaliyyət göstərən 30-dan çox tərəfdaş tədris mərkəzinin təqdim etdiyi 50-dən artıq ixtisas üzrə aparılır. 2023-cü il ərzində ölkəmizdə cəzaçəkmə müəssisəsində 15 nəfər yetkinlik yaşına çatmayan gənc, 2 internat məktəbindən 45 uşaq IT təliminə cəlb olunub. Proqram çərçivəsində 140 aztəminatlı, şəhid ailəsi üzvü, veteran və digər sosial qrupa aid şəxs, 25 nəfər fiziki məhdudiyyətli şəxs İKT üzrə təlimlərə cəlb olunub. Bu il 5 min nəfərə təqaüd verilməsi, 2 yeni beynəlxalq tərəfdaşlığın başlanması və olimpiadaların keçirilməsi planlaşdırılır”, - deyə Fatimə Ələkbərova vurğulayıb.

Müxtəlif yerli və beynəlxalq olimpiadalarda dərəcə qazanmış “Technest”in məzunu Qəndab Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib ki, dünya reytinqində dördlükdə yer alan Harvard Universitetinə qəbul olduğu üçün çox sevinir:

“Əslən Saatlı rayonundanam. 2023-cü ildə Bakıda 279 nömrəli tam orta məktəbi bitirmişəm. Düşünürəm ki, bu universitetə qəbul olmağımda həm məktəb təhsili, həm də məktəbdənkənar fəaliyyətlər əsas rol oynayıb. Məktəbdənkənar fəaliyyətlər deyəndə müxtəlif müsabiqələr və olimpiadaları nəzərdə tuturam. Doqquzuncu sinifdən müxtəlif yerli və beynəlxalq fizika və astronomiya üzrə olimpiadalarda iştirak etmişəm və bunun sayəsində bu gün bu nəticəni əldə etdiyimi düşünürəm. Xaricdə keçirilən olimpiadalarda iştirak edərkən məndə xaricdə təhsil almaq istəyi yarandı. Buna görə xarici universitetlərin təqaüd proqramlarına müraciət etdim. Sonra “Technest” təqaüd proqramı ilə “ROOF Academy”nin əməkdaşlığı çərçivəsində keçirilən “Talant” layihəsinə müraciət etdim. Burada IELTS kursları və digər dil biliklərinə yiyələndim”, - deyə Qəndab Məmmədova bildirib.

Ona göstərilən etimad və dəstəyə görə hər kəsə təşəkkürünü bildirən Qəndab Məmmədova valideynlərinə xüsusi minnətdarlıq edir:

“Hərtərəfli dəstək sayəsində mən potensialımı ortaya qoydum və Harvard Universitetinə qəbul oldum. Bu universitetə qəbul olacağıma tam şəkildə inanmırdım. Yəni, əslində, Harvard Universiteti məqsədim deyildi. Məqsədim sadəcə xarici universitetlərdə astrofizika üzrə təhsil almaq idi. Harvard Universiteti bu sahə üzrə ən qabaqcıl ali təhsil müəssisələrindən biridir. Bu səbəbdən də seçimlərimin arasında yer almışdı. Digər universitetlərdən müsbət cavab alsam da, sonda Harvard Universitetini seçdim. Düşünürəm ki, orada təhsilimi daha çox inkişaf etdirə biləcəyəm. Müxtəlif bacarıqlar qazana bilərəm və öz sahəmdə professional kimi yetişib biliklərimi inkişaf etdirəcəyəm. Bundan sonrakı planlarım hələ tam dəqiq deyil. Düşünürəm ki, universitetin mühitindən asılı olaraq fikirlərim də dəyişəcək. Lakin əsas məqsədim - astrofizika sahəsini Azərbaycanda daha çox inkişaf etdirməkdir. Bu prosesdə ölkəmizə dəstək olmaq istəyirəm”, - deyə Q.Məmmədova əlavə edib.

Ötən il Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresinə layihəsi ilə qatılan Qəndab Məmmədova bu barədə də söhbət açıb: “Bakı Konqresində qrupumuzda ən gənc üzvlərdən biri idim. Orada iştirak etmək və layihəmizi təqdim etmək üçün müəyyən qədər maddi vəsaitə ehtiyacımız var idi. Bu zaman “Azərkosmos” 20 gənc üçün təqaüd layihəsi elan etdi və o təqaüdü alanlardan biri oldum. Bu səbəbdən də layihəni təqdim edə bildim. Astronavtika Konqresində müxtəlif astronomlarla, eyni zamanda kosmonavtlarla və digər maraqlı insanlarla tanış oldum. Xüsusən də Türkiyədən olan kosmonavtlarla birlikdə olmaq, onlarla birlikdə söhbət eləmək məni daha çox ruhlandırdı. Bunun üçün universitetlərə astronomiya sahəsi üzrə müraciət etdim.

Əlbəttə, mənim fikrimcə, kosmik sektorda olan insanların hamısının xəyalıdır ki, bir gün kosmosa yollansın. Mənim də belə xəyalım var. Lakin bunun üçün müxtəlif hazırlıq prosesləri lazımdır. Düşünürəm ki, öz sahəmdə peşəkar olsam, gələcəkdə qarşıma da belə bir fürsət çıxsa, mütləq dəyərləndirəcəyəm”.

Astronomiya və kosmik sahəyə marağının ibtidai sinifdə bir mətnlə yarandığını qeyd edən Qəndab Məmmədova deyib ki, həmin mətndən sonra bu sahə ilə daha yaxından tanış olub: “Biz əlavə məlumat toplamalı idik. O zaman yadplanetlilər haqqında öyrəndim və bunun gerçək olub-olmadığını müəllimdən soruşanda o mənə demişdi ki, bəlkə bir gün özün bunu kəşf edə bilərsən. Doqquzuncu sinifdə isə fizika sahəsinə başlayanda orada astronomiya olimpiadalarının da olması ilə qarşılaşdım və mütləq dəyərləndirmək istədim. Universitetə və astronomiya olimpiadasına hazırlıq qruplarına qoşuldum.

Harvardda təhsilə başladığım müddətdən sonra öyrəndiyim şeyləri Azərbaycanda olan şagirdlərə çatdırmaq istəyirəm. Bu səbəbdən də artıq yutub kanalım var. Bu kanal vasitəsilə paylaşımlar edəcəyəm. Əsasən orada aldığım təhsillə bağlı və eyni zamanda, spesifik olaraq astronomiya dərsləri ilə bağlı yayımlar edəcəyəm. Fikrimcə, bu, məktəb şagirdlərini həvəsləndirəcək və onlarda bu sahəyə maraq artacaq”.

Qeyd edək ki, astrofizika ixtisası üzrə Harvard Universitetinin bakalavr kollecinə qəbul olmuş Qəndab Məmmədova hazırda “Azərkosmos”un təşəbbüsü ilə keçirilən “Qadınlar üçün Kosmos” mentorluq proqramının iştirakçısıdır.

Qəndab, həmçinin ötən il Bakının ev sahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresində “Azərkosmos”un dəstəyilə “kosmik səfir” olaraq öz elmi məqaləsi ilə çıxış edib.

 

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir -  EKSKLÜZİV VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

Kosmik Texnologiyalar Konfransı 2025-ci ildə Bakıda keçiriləcək

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Beynəlxalq Muğam Mərkəzində "Big Band" caz orkestrinin konserti təşkil ediləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb

ÜST-nin rəhbəri: Pandemiya dövründə vaksinlərə qeyri-bərabər əlçatanlıq ölüm hallarını artırdı

“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb

Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq

Hökumətin hesabatının Ali Məclisin komitə iclaslarında müzakirəsi başa çatıb

ABŞ-da yeni “qiyamət günü təyyarəsi” hazırlanacaq

Azərbaycanlı rejissorun filmi Kann festivalında

Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib

Azərbaycan Premyer Liqasında XXXII turun hakimləri açıqlanıb

Azərbaycan taekvondoçuları Prezident Kubokunda 6 medal qazanıblar

Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər

Avropa çempionatı: Azərbaycan şahmatçılarının duelində Ülviyyə Fətəliyeva sevinib

Argentinada 60 yaşlı qadın gözəllik müsabiqəsində iştirak edir

Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib

Nazir müavini: COP29-un Azərbaycanda texnoloji mübadilə və innovasiyalara uyğunlaşdırılmasında mühüm rolu olacaq

İspaniya Ukraynaya “Patriot” sistemi üçün raketlər verəcək

ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” - Azərbaycan modelinin təqdimatı üçün mühüm platforma ŞƏRH

Bu il pambıq və digər kənd təsərrüfatı bitkilərinin əkinində yeni texnologiya tətbiq olunacaq

İngiltərə çempionu birillik fasilədən sonra Premyer Liqaya qayıdıb

Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PUA-sı vurulub

Kitabxanada sərgi: Ümidsiz gözlərin nur mənbəyi - Zərifə Əliyeva

Ciddədə Gənclərin İnkişafı Forumu keçirilib

Azərbaycan idmançısı İstanbulda iki gümüş medal qazanıb

Milli Kitabxanada Əməkdar elm xadimi Zərifə Əliyevaya həsr olunan silsilə materiallar hazırlanıb

BSU-da akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikili sökülüb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Naxçıvanda boks məşqçiləri ilə görüş olub

Almaniya və Azərbaycan - mühüm siyasi-iqtisadi tərəfdaşlıq ŞƏRH

FHN: Ötən sutka ərzində 36 halda yanğına çıxış olub

Arda Gülər "Real Madrid"in tarixinə düşüb

Tarix Muzeyinin yeni ekspozisiyasında Vətən müharibəsi fondunun 150-dən çox eksponatı təqdim olunub

Musiqili Teatrda “Bir qalanın sirri” tamaşası hazırlanır

Avropa çempionatı: Son gündə Azərbaycanın üç cüdoçusu mübarizə aparacaq

İnsan həyatı üçün təhdid yaradan kəsici-deşici alətlər aşkarlanaraq götürülüb

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışır

Aprelin 26-da 4 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb

Cevdet Yılmaz: Türkiyə beynəlxalq energetika bazarının mərkəzinə çevrilmək istəyir

FIFA prezidenti “Qarabağ”ı təbrik edib

Ötən gün təhvil və aşkar edilərək götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: XXXII tura bir oyunla start veriləcək

Azərbaycan neftinin qiyməti 90 dolları ötüb

DİN: Ötən gün 82 cinayətin açılması təmin olunub

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilir

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb

Zərifə xanım Əliyeva ömrünü oftalmologiya elminin tərəqqisinə həsr etmiş və bu sahəyə böyük töhfələr vermişdir

Salyanda avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb

ABŞ-da yük qatarı relsdən çıxaraq alovlanıb

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir