SİYASƏT
Həmvətənimiz Elmin Səfiyev sambo üzrə Murmansk açıq birincilik yarışlarının qalibi olmuşdur
Bakı, 9 oktyabr (AZƏRTAC). Murmanskda qəhrəman şəhərin yaranmasının 96-cı ildönümünə həsr edilmiş sambo üzrə açıq birincilik yarışları olmuşdur.
AZƏRTAC xəbər verir ki, vilayət Uşaq-gənclər məktəbində keçirilmiş yarışda 1999-2002-ci illərdə doğulmuş yeniyetmələr iştirak etmişlər.
Kandalakşa, Murmaşa, Kirovsk, Severomorsk şəhərlərindən, habelə Kola yarımadasının başqa şəhər və qəsəbələrindən gəlmiş idmançılar ev sahibləri ilə layiqli rəqabət aparmışlar.
Birinciliyin qalibləri arasında həmvətənimiz də olmuşdur. 38 kiloqramlıq çəki dərəcəsində murmansklı Elmin Səfiyev qalib olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2024 [14:03]
Fuad Muradov Moldovada bir sıra rəsmi görüşlər keçirib
- 29.05.2024 [12:12]
Rotterdamda 28 May - Müstəqillik Günü təntənə ilə qeyd edilib
- 24.05.2024 [20:36]
ABŞ-ın Men ştatının nümayəndə heyəti Laçın və Şuşaya səfər edib
- 10.05.2024 [20:10]
Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir
- 25.04.2024 [11:50]