İDMAN
Həndbol üzrə XXIX Azərbaycan kuboku yarışları keçiriləcək
Bakı, 3 may, AZƏRTAC
Mayın 9-da Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kuboku yarışına start veriləcək.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.
Kişilərin turnirində “Bakı”, “Təhsil”, “Məhsul”, “İdman Akademiyası”, “Dinamo”, RİOEUGİM və U-16 qələbə uğrunda mübarizə aparacaq. Qadın həndbolçuların yarışında isə “Azəryol”, “Qarabağ”, “İdman Akademiyası”, “Azərsu” və U-16 kollektivləri güclərini sınayacaqlar.
Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [19:04]
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
- 20.05.2024 [18:36]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
- 20.05.2024 [17:36]
Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
- 20.05.2024 [17:13]
Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub
- 20.05.2024 [17:02]
Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
- 20.05.2024 [15:46]
Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəlib
- 20.05.2024 [15:24]
“Mançester Siti”nin qapıçısı Amerika Kubokunu buraxacaq
- 20.05.2024 [15:21]