SİYASƏT
Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxaran qüdrətli şəxsiyyətdir
Bakı, 10 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını zamanın çətin sınaqlarından çıxararaq ölkənin bütün sahələrdə tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir. Xalqımız məhz Ümummilli Liderin sayəsində mənəvi dəyərlərini layiqincə qoruyaraq üçüncü minilliyə qədəm qoyub.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Bakı şəhər sakini Təranə Məmmədova AZƏRTAC-a müsahibəsində deyib.
T.Məmmədova bildirib ki, bu gün ölkəmizdə uğurla reallaşdırılan sosial-iqtisadi islahatların təməlində məhz ulu öndər Heydər Əliyevin vaxtilə həyata keçirdiyi müdrik siyasət dayanır. O deyib ki, qədirbilən xalqımız Ulu Öndərin Azərbaycan üçün gördüyü işləri daim minnətdarlıqla xatırlayacaq.