ELM VƏ TƏHSİL
“HEYDƏR ƏLİYEV LEKTORİYASI”NIN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Naxçıvan şəhərində ulu öndərin adını daşıyan orta məktəbdə “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir.
Məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Hüseyn Məmmədyarov ümummilli lider Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, ictimai-siyasi fəaliyyətindən danışmış, onun təhsilə göstərdiyi yüksək qayğını vurğulamışdır.
Çıxış edənlər ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında təhsil quruculuğu sahəsində görülən işlərdən danışmışlar.
Sonda məktəblilər ulu öndərə həsr olunmuş şeirlər söyləmişlər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edən fotosərgiyə maraqla baxmışlar.