CƏMİYYƏT
Heydər Məmmədov: Cari ilin 11 ayında 14 minə yaxın cinayət törətmiş şəxs barəsində ittiham hökmü çıxarılıb
Bakı, 27 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində dövlət ittihamçılarının iştirakı ilə birinci instansiya məhkəmələrində baxılan cinayət işlərindən 12 min 434 cinayət işi üzrə 13 min 715 cinayət törətmiş şəxs barəsində - təqsirliliyi sübuta yetirilməklə ittiham hökmü çıxarılaraq cəza təyin edilib. Eyni zamanda 143 iş üzrə 178 şəxs barəsində bəraət verilib.
AZƏRTAC xəbər verir ki, bunu Baş prokurorun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov “Vəkil Günü” peşə bayramı münasibətilə Vəkillər Kollegiyasının iclasında çıxışı zamanı deyib.
“İttiham tərəfi olaraq, prokurorluqda - bəraət hökmləri soyuqqanlı opponentliklə qəbul edilir”, - deyə qeyd edən Baş prokurorun müavini bildirib ki, əgər cinayət törətmiş bir şəxsin təqsiri məhkəmədə sübuta yetirilərək layiqli cəza alırsa, həm dövlətin, həm cəmiyyətin, həm də zərər çəkmiş şəxslərin mənafeyi qorunmuş olur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2024 [15:52]
Könüllülər və azarkeşlər sayəsində idmançıların uğurları daha da artacaq
- 03.06.2024 [15:36]
Alimlər kəkələmənin mənbəyini müəyyələşdiriblər
- 03.06.2024 [15:26]
Ürək damarlarına stent qoyulması icbari tibbi sığorta ilə ödənişsizdir
- 03.06.2024 [14:53]