Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Hicran Hüseynova: Ermənilər öz mənfur xislətlərindən əl çəkməyiblər

Bakı, 21 aprel, AZƏRTAC

Bu günlərdə “Mezzo TV” kanalında Amadeus Mozartın “Titusun mərhəməti” operasının nümayişi keçirildi. Tamaşa Cenevrədəki Böyük Opera Evində səhnəyə qoyuldu. Əsər avanqard tərzdə ifa edilmiş və müasir sivilizasiya tarixindəki hərbi qarşıdurmaların tənqidinə və qınanılmasına həsr olunmuşdu. İkinci aktın əvvəlində səhnəyə Areg Sultanyan çıxaraq, erməni dilində beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etmək üçün Azərbaycanın həyata keçirdiyi 44 günlük əməliyyat zamanı xalqına qarşı “soyqırımı törədildiyini” bildirdi və bunu səhnələşdirilmiş bir variantda tamaşaçılara təqdim etdi. Qeyd edək ki, bu tamaşanın rejissoru, Rusiyaya girişi qadağan edilən şok və təxribat xarakterli əsərləri ilə tanınan İsveçrəli Milo Raudur. Layihənin musiqi direktoru dirijoru Maksim Emelyanıçevdir.

Bu, bir daha göstərir ki, ermənilər öz mənfur xislətlərindən əl çəkməyiblər, hələ də azərbaycanofobiya, islamofobiya təbliğatı aparırlar, bütün fürsətlərdən istifadə edərək özlərini “yazıq”, “zavallı” kimi qələmə verməyə və bununla da beynəlxalq ictimaiyyəti çaşdırmağa can atırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, professor Hicran Hüseynova deyib.

O bildirib ki, Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilib. 2,5 milyon azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olub. “Biz bir xalq olaraq hər zaman sülhün tərəfdarıyıq! Azərbaycanın bütün vətəndaşları həmişə sülh istəyir. Çünki şəhid verən, düşmən tərəfindən qəddarlıq görən, öz doğma evindən, yurdundan məcburi şəkildə qovulan, erməni hərbçiləri tərəfindən işgəncəyə məruz qalan bu insanlar sülhün nə qədər vacib olduğunu anlayır. Ötən uzun müddətdə aparılan danışıqlara çox böyük ümid bəsləsək də, artıq, qarşı tərəfin bu fikirdən uzaq olduğunu və beynəlxalq aləmin bu məsələyə bitərəf münasibəti bir daha təsdiq etdi ki, Azərbaycan öz problemini özü həll etməlidir”, - deyən H.Hüseynova bildirib ki, davamlı olaraq sülh prosesinə maneə yaradan, eyni zamanda, yeni ərazilər işğal etmək istəyində olduğunu açıq şəkildə bəyan edən Ermənistan ötən bu illər ərzində, həmçinin Vətən müharibəsi zamanı mülki yaşayış məntəqələrini beynəlxalq səviyyədə qadağan olunmuş silahlardan istifadə etməklə atəşə tutmuşdur. Nəticədə onlarla insan, o cümlədən, uşaq və qadın həlak olub, yüzlərlə insan isə yaralanıb. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu hərbi əməliyyat zamanı bütün beynəlxalq hüquqa, norma və prinsiplərə uyğun davranıb. Heç bir halda mülki əhaliyə ziyan dəyməyib. Ermənistan isə döyüş meydanından uzaq məsafədə yerləşən şəhər və rayonlarda mülki insanların sıx məskunlaşdığı ərazilərə raketlərlə hücumlar edib. Bu, barbarlıq və vandalizmdir. Nəticədə 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilib, 50 azyaşlı və 101 qadın olmaqla 414 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistanın bu cinayətkar hərəkətləri beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.

Qeyd olunub ki, Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini məhv etmək və talamaqla məşğuldur. İşğal olunmuş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılıb. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanıb. Kəlbəcər rayonunun işğalından sonra tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasına daxil olan nadir qızıl və gümüş əşyalar, ötən əsrlərdə toxunmuş xalçalar talan olunaraq Ermənistana daşınıb.

Hicran Hüseynova vurğulayıb ki, Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı. Müharibə zamanı hərbi qulluqçularımız ləyaqətlə, humanist davranaraq mülki vətəndaşlara zərər yetirmədi. Ermənistan tərəfində mülki əhali arasında 40 nəfərdən az tələfatın olması bunun açıq sübutudur. Onların bir çoxu isə ermənilərin özləri tərəfindən atılmış insanlar idi.

Milli Məclisin deputatı deyib: “2020-ci noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan öz vətəndaşlarını işğal etdikləri ərazidən çıxaran zaman Azərbaycan növbəti dəfə humanistliyini göstərdi. Ermənilərin rahat şəkildə köçməsi üçün bütün imkanlar yaradıldı. Ancaq onlar yaşadıqları evləri yandırır, ev heyvanlarını öldürür, ətrafda olan ağacları kəsir, yandırırdılar. Kəlbəcərdən çıxan ermənilər kiçik bir azyaşlı uşağı baxımsız halda qoyub getmişdilər. Azərbaycan əsgəri bu uşağa yemək, su verib, onu qayğı ilə himayə edib. Lakin 1993-cu ildə erməni terrorçuları azərbaycanlıları zorla Kəlbəcərdən çıxaranda nə qədər uşaq soyuqdan dondu, erməni hərbçiləri tərəfindən amansızcasına qətlə yetirildi, əsir götürülərək, işgəncələrə məruz qaldı. Budur fərq! Azərbaycan bütün məsələlərdə konstruktiv mövqe nümayiş etdirib və beynəlxalq hüququn tərəfdarı olub. Ölkəmizdə insanlar arasında sülhün, mehribançılığın, tolerantlığın hökm sürməsi bütün dünya üçün bir nümunədir. Hazırda təkcə, Bakı şəhərində 30 min erməni sülh və əmin-amanlıq şəraitində yaşayır. 30 ildə beynəlxalq təşkilatlara müraciət edirdik, BMT, ATƏT işğala məruz qaldığımızı, ermənilər tərəfindən, vətəndaşlarımıza qarşı soyqırımı törədildiyini bildirəndə, onlar bizi vəziyyətlə barışmağa, reallığı qəbul etməyə çağırırdılar. İndi də bu təşkilatlar və dövlətlər ermənilərə deməlidirlər ki, məsələ həll olunub, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və siz vəziyyətlə barışmalısınız. Qarabağda yaşayan ermənilər erməni əslli Azərbaycan vətəndaşlarıdır. Biz ermənilər tərəfindən törədilən Qaradağlı, Balliqaya, Ağdaban, Xocalı soyqırımlarını, bütövlükdə erməni faşizminin Qarabağda həyata keçirdiyi vandalizmi unutmamalıyıq. Ancaq eyni zamanda, gələcəyə baxırıq. Regionda davamlı sülh üçün əməkdaşlığa cəhd etməliyik. Ancaq biz yenə də riyakarlıqla üz-üzəyik. 30 ilə yaxın bir müddətdə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 1 milyondan çox mina basdırılıb. Baxmayaraq ki, Ermənistanda minalanmış ərazilərin xəritələri var, ancaq, onu Azərbaycana vermir. Müharibə bitəndən sonra bizim hərbçilərdən başqa, təkcə mülki şəxslər arasında 200-ə qədər itkimiz var, onların arasında hərbçilərlə yanaşı, mülki şəxslər də var. Bu isə daha bir müharibə cinayətidir”.

Vurğulanıb ki, ona görə də bütün dövlətlərdən istəyimiz məsələyə ədalətli yanaşma sərgiləmələri, heç bir maraq güdmədən, sadəcə, həqiqəti təşviq etmələridir.

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsi zamanı İsveçrə məsələyə neytral münasibət göstərmişdir. Lakin müharibədən və regionda yaranmış yeni reallıqdan sonra heç bir fakta əsaslanmayan, yalnız erməni təxəyyülünün uydurmasına söykənən belə halların baş verməsi son dərəcə narahatedicidir. Bu nəticə olaraq, faşizm, terrorçuluq ideologiyasına dəstək kimi qiymətləndirilə bilər və həmin dövlətlərin nüfuzuna xələl gətirə bilər. Xüsusilə də belə təxribatların mədəniyyət ocaqlarında baş tutması isə daha təhlükəlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Cənubi Qafqazda sülhün qarantı ŞƏRH

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Gənc Sahibkarların 10-cu Beynəlxalq Kazan Forumu başa çatıb

Milli Kitabxanada növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub

Qarabağ Universiteti ilə bağlı sualları cavablandırmaq üçün yeni 146-6-1 xətti açılıb

Qarabağ Universitetinin bukleti hazırlanıb

Azərbaycan boksçuları Konstantin Korotkov Memorialını 5 medalla başa vurublar

Güclü leysan və dolu Qaxın kəndlərində fəsadlar törədib, dəymiş ziyan hesablanır VİDEO

Polkovnik: Heç bir qüvvə Azərbaycanda xalq-ordu birliyinə xələl gətirə bilməz

Fransa Kaledoniyada baş verənləri Azərbaycanın adına yazmaqla dünya ictimaiyyətində çaşqınlıq yaradır ŞƏRH

ADPU-nu 50 il əvvəl bitirən məzunların görüşü keçirilib

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

Azərbaycanın güləş üzrə daha bir yığması Avropa çempionu olub

GDU-da tələbələr imtahanların keçirilmə qaydaları barədə məlumatlandırılıblar

Ədəbiyyat Muzeyinin Aran regional filialı “Açıq qapı” günü təşkil edib

GDU-nun Regional Kollecində Məzun günü keçirilib

Azərbaycan gimnastlarının Neftçalada nümunəvi çıxışları olub

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında bir sıra qərarlar çıxarılıb

Azərbaycan cüdoçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan Prezidenti Cənubi Qafqazda söz sahibi olan siyasi liderdir ŞƏRH

FHN: Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam edir

Türkiyə Prezidenti: Su mübahisələri qlobal münaqişələrə səbəb olur

Mil-Muğan regionunda IV sinif üzrə monitorinqdə 7209 şagirdi iştirak edib VİDEO

Şimal bölgəsi üzrə 8 min 337 şagird monitorinqə cəlb olunub

Solmaz Amanova Azərbaycanı Həştərxan Ədəbiyyat Festivalında təmsil edir

Azərbaycan Beynəlxalq Hərbi İdman Şurasının 79-cu Baş Assambleyasında təmsil olunub

Azərbaycanın həndbol millisi Özbəkistanda üçüncü qələbəsini qazanıb

Qərbi Azərbaycan İcmasında Yunis Rzayevin 100 illiyi qeyd olunub

Qərbin “demokratiya cəngavərləri” və onların yerli “marionet kuklaları”nın nəzərinə

“Rossiya 24” telekanalı Qarabağdan reportaj hazırlayıb VİDEO

Nazir: Türk İnvestisiya Fondu beynəlxalq təcrübəyə uyğun fəaliyyət göstərəcək

Seneqalın Baş naziri ölkə ərazisində Fransa hərbi bazalarının olmasını tənqid edib

Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub YENİLƏNİB VİDEO

Ombudsman Masallıda vətəndaşların müraciətlərini dinləyib

Nikol Paşinyan devrilərsə hakimiyyət yenidən “Qarabağ klanı”na təhvil veriləcək ŞƏRH

Aqrar sektorda yeni innovasiyalar tətbiq edən Çex şirkəti Azərbaycana sərmayə qoymaqda maraqlıdır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Üçqat dünya çempionu: Növbəti finalda da Vətənimi layiqincə təmsil edəcəyəm

“Gənc İstedadlar” liseyində Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir keçirilib

“AzərEnerji” ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib YENİLƏNİB VİDEO

Naxçıvanda 5 minə yaxın şagird monitorinqdə iştirak edib

Yerli brendin yaradıcısı: Azərbaycanda qalstukları ən çox qadınlar alır - MÜSAHİBƏ

Pakistanda mikroavtobus dərəyə aşıb, azı 13 nəfər ölüb

Başkent Universitetinin Bakıda nümayəndəliyi açılıb FOTO

Agentlik: IV siniflərin 98 faizi monitorinq imtahanında iştirak edib

UNEC-in sədrliyi ilə Türk Universitetləri Birliyinin 7-ci Baş Assambleyası keçiriləcək

Naxçıvanda "Mir Kazım ağa" kəhrizi təmir edilib

Prezident İlham Əliyev Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub YENİLƏNİB VİDEO

Baş katib: Azərbaycan xizək alpinizmi üzrə Dünya Kubokunu qəbul etməyə tam hazırdır

“Sən həmişə mənimləsən” yenidən Şuşa Teatrının səhnəsində

Nazir: “Azerbaijan Coca-Cola Bottlers”in ikinci müəssisəsinin açılması bölgənin inkişafına töhfə verəcək

Məleykə Abbaszadə: Hər bir uşaq hiss etməlidir ki, evdə ona bəslənilən sevgi imtahanın nəticəsinə görə deyil

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü ilə bağlı tədbirlər keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər  YENİLƏNİB VİDEO

Paytaxt üzrə 50 minə yaxın lV sinif şagirdi imtahan verib

“Kəpəz” – “Zirə” oyununa əcnəbi hakimin təyin edilməməsinin səbəbi məlum olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşüb