İDMAN
Hindistanlı azarkeş: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir
Bakı, 29 may, Leyla Qurbanova, AZƏRTAC
Azərbaycana "Çelsi"yə azarkeşlik etmək üçün gəlmişik. Sevimli komandamızın oyunundan sonra bir müddət burada qalıb ölkənin görməli yerlərini gəzmək istəyirik. Bu dəfə Qobustan, Qız qalası, İçərişəhərlə yaxından tanış olmağı planlaşdırırıq. Növbəti dəfə Formula 1 yarışları zamanı Bakıya gələcəyik. Yarışlardan sonra ölkənizin rayonlarında, istirahət zonalarında olmaq istəyirik. Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir və burada idman yarışları yüksək səviyyədə təşkil edilir.
Bunu UEFA Avropa Liqasının final oyununu izləmək üçün ailə üzvləri ilə birgə Bakıya gələn hindistanlı Luis Rodriges AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycanda birinci dəfə olmalarına baxmayaraq, burada özlərini çox rahat və təhlükəsiz hiss etdiklərini deyən turist bildirib: “Yerli sakinlərə yaxınlaşıb hər hansı məlumatı öyrənmək istədikdə bizə məmnuniyyətlə kömək edirlər. İnsanlar gülərüz və mehribandırlar. Bakı isə gözəlliyi ilə bizi məftun etdi. Bu gözəl şəhərin ətraflı tanımaq istəyirik”.