Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Holokost Memorial Muzeyi ABŞ-da ən çox ziyarət edilən muzeylərdən biridir VİDEO

Vaşinqton, 16 noyabr, AZƏRTAC 

Vaşinqtonun mərkəzində, ABŞ nazirliklərinin və digər dövlət idarələrinin mənzil-qərargahlarının binaları arasında Holokost Memorial Muzeyi ucalır. Muzey Holokost tarixinin sənədləşdirilməsi, öyrənilməsi və şərhi ilə məşğul olan Amerika milli təşkilatı, Holokost zamanı həlak olmuş milyonlarla insanın memorialıdır.

Bu akademik memorialın yaradılması ideyası 1970-ci illərə gedib çıxır. 1978-ci il noyabrın 1-də ABŞ-ın o vaxtkı prezidenti Cimmi Karter Holokost dəhşətlərini yaşamış tanınmış müəllif Eli Vizelin sədrliyi ilə Holokost üzrə prezident komissiyası təşkil edib. Onun mandatı Holokost qurbanları memorialının yaradılması və onun saxlanılması imkanlarını öyrənməkdən ibarət olub. 1988-ci il oktyabrın 5-də ABŞ prezidenti Ronald Reyqanın iştirakı ilə muzeyin təntənəli təməlqoyma mərasimi keçirilib. Muzey 1993-cü il aprelin 22-də Eli Vizelin özünün və Avropada Holokost zamanı yəhudi xalqının salamat qalmış digər nümayəndələrinin iştirakı ilə prezident Bill Klinton tərəfindən açılıb.

Muzeyin kolleksiyasında 18964 artefakt saxlanılır. Holokostun öyrənilməsi daimi proses olduğuna görə hər gün fonda təqribən 26 yeni eksponat daxil olur. Muzeyin sənəd arxivində 95,5 milyondan çox səhifə var, fototekasında Holokostun baş verdiyi bütün ölkələrdən 86000 fotoşəkil saxlanılır. Muzeyin işçiləri 1933-1945-ci illər arasında Almaniyanın nəzarətində olmuş Avropa ərazilərində nasistlərin yaratdığı 42500 gettonun və əsir düşərgəsinin siyahısını tərtib ediblər.

Holokost Memorial Muzeyinin daimi ekspozisiyası muzeyin ən çox ziyarət edilən sərgisidir. Burada 900-dən çox eksponat nümayiş etdirilir, 70 videomonitordan və dörd kinoteatrdan istifadə olunur. Monitor və kinoteatrlarda tarixi kinomateriallar və şahid ifadələri nümayiş etdirilir. Ekskursiyanın başlandığı birinci mərtəbədə iri liftlərə girişdə ziyarətçilərə şəxsiyyət vəsiqələri təqdim edilir. Həmin vəsiqələrin hər birində Holokost zamanı qətlə yetirilmiş və Holokost dəhşətlərini yaşamış konkret insanın əhvalatı təqdim olunub. Dördüncü mərtəbədə liftdən çıxan ziyarətçilər nasistlərin Adolf Hitlerin rəhbərliyi ilə 1933-1939-cu illərdə hakimiyyətə gəldikləri vaxtdan başlayaraq Holokostun xronoloji tarixi ilə tanış olurlar. Burada ziyarətçilərə arilər ideologiyası, “Büllur gecə”, antisemitizm, o dövrdə ABŞ hökumətinin və Amerika cəmiyyətinin nasist Almaniyasına reaksiyası ilə bağlı tarixi məlumatlar verilir. Ziyarətçilər divarlarından Holokost qurbanlarının fotoşəkilləri asılmış “Simalar qülləsi” adlı otaqdan keçirlər. Üçüncü mərtəbədə ziyarətçilərə gettonun tarixi və nasistlərin “Yəhudi məsələsinin tam həlli” adlı planı barədə məlumat verilir. Bu planı rəhbər tutan faşistlər altı milyon insanı məhv ediblər, onların çoxunu əsir düşərgələrindəki qaz kameralarında boğublar. Eksponatlar arasında qatar vaqonunun replikası var. Nasistlər Holokost dövründə yəhudiləri və digər əsirləri belə vaqonlarda daşıyırmışlar. Vaqona daxil olan ziyarətçilər bura salınan zaman yəhudilərin üzləşdikləri dəhşəti hiss edə bilərlər. Burada Osventsim əsir düşərgəsindən götürülmüş, üzərində almancadan “Əmək insanı azad edir” kimi tərcümə olunan "Arbeit macht frei" sözləri yazılmış nişanın replikasını da görmək olar. Bu nişan Holokost qurbanlarını lağa qoymaq üçün nasistlər tərəfindən əsir düşərgəsinin qapısından asılmışdı. Otaqlardan birində yüzlərlə cüt ayaqqabı düzülmüş korpus yerləşdirilib. Otağın ab-havasında ayaqqabıları və paltarları çıxarılaraq qaz kameralarına qovulan yəhudilərin həyatının son anlarının dəhşətləri hiss olunur. Daimi ekspozisiya ikinci mərtəbədə müttəfiq qoşunları tərəfindən yəhudilərin azad edilməsini əks etdirən eksponatlarla başa çatır.

Muzeyin ikinci mərtəbəsində xatirə zalı yerləşir. Zalın divarlarında XX əsrin ən kütləvi qətliamının qurbanlarının məhv edildiyi əsir düşərgələrinin adları yazılıb. Burada ziyarətçilər Holokost qurbanlarına ehtiram əlaməti olaraq şam yandıra bilərlər.

Maraqlıdır ki, muzeydə Baş İmperiya Təhlükəsizliyi İdarəsinin rəisi, Bohemiya və Moraviyanın imperiya protektorunun müavini Reynhard Heydrixin Çexoslovakiya Müqavimətinin iki üzvü - slovak Yozef Qabçik və çex Yan Kubiş tərəfindən məhv edilməsi üzrə “Antropoid” əməliyyatının iştirakçılarının fotoşəkilləri də nümayiş etdirilir. Avropada “Yəhudi məsələsinin tam həlli” proqramına rəhbərlik etmək oberqruppenfürer Heydrixə tapşırılmışdı. Məlum olduğu kimi, onun qətlindən sonra nasistlər 1942-ci il iyunun 10-da Çexiyanın Liditsa kəndinin dinc əhalisinə divan tutublar. 2010-cu illərdə KİV-lər yazırdı ki, soyqırımı tarixini bölüşən Liditsa və Xocalı şəhərləri qardaşlaşıblar.

1993-cü ilin aprelində açıldığı gündən muzey təqribən 40 milyon ziyarətçi, o cümlədən 10 milyondan çox məktəbli, 99 dövlət başçısı və 210-dan çox ölkədən 3500-dən yüksəkvəzifəli şəxs qəbul edib. Muzeyi dünyanın hər yerindən ziyarət ediblər. Muzeyə gələn yəhudilərin sayı isə bütün ziyarətçilərin 10 faizindən az qismini təşkil edib.

“Yəhudilərin Almaniya əleyhinə maddi iddiaları üzrə konfrans”, Holokost Muzeyi və digər təşkilatlar tərəfindən 2018-ci ildə təşkil edilmiş sorğunun nəticələri göstərib ki, millenialların 66 faizi və rəyi soruşulan 1350 nəfər yaşlı amerikalının 41 faizi Osventsimin nə demək olduğunu bilmir. Millenialların 41 faizi səhvən bildirib ki, Holokost zamanı 2 milyon və daha az yəhudi öldürülüb, 22 faizi bildirib ki, Holokost barədə heç vaxt eşitməyib. Rəyi soruşulan bütün amerikalıların 95 faizindən çoxu Holokostun Baltikyanı ölkələrdə, o cümlədən Latviya, Litva və Estoniyada baş verdiyini bilməyib. Yaşlı respondentlərin 45 faizi və millenialların 49 faizi Holokost zamanı almanlar tərəfindən işğal edilmiş Avropada mövcud olmuş heç bir nasist düşərgəsinin və ya gettonun adını çəkə bilməyib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Holokost Memorial Muzeyi ABŞ-da ən çox ziyarət edilən muzeylərdən biridir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"Mançester Siti" İngiltərə çempionu olub

Qızıl Avropa Liqası: Azərbaycan voleybol millisi ikinci dəfə məğlub olub

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib

İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib

MDU və Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Yevlaxda 40 yaşlı qadın qətlə yetirilib

Premyer Liqa: Autsayder turu qələbə ilə bitirib

Latviya Parlamentinin sədri Şuşaya gəlib - YENİLƏNİB

Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib YENİLƏNİB-2 VİDEO

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqlayıb

ABŞ Çinin monitorinqi üçün Tokiodakı səfirliyinə xüsusi əməkdaşlar göndərəcək

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub  YENİLƏNİB-3 VİDEO

Prezident İlham Əliyev və Prezident Seyid İbrahim Rəisi Azərbaycan-İran dövlət sərhədində görüşüblər

Seyid İbrahim Rəisi: Bizim üçün ən vacib məsələ ölkələrimizin maraqlarıdır

İran Prezidenti: Qarabağın Azərbaycanın ərazisi olduğunu tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmuşuq

Nazirlik: VI siniflərdə keçirilən monitorinq uğurla başa çatdırılıb

Çoxşaxəli xarici siyasət kursu Azərbaycanı daha mühüm tərəfdaşa, önəmli aktora çevirib

Latviya Parlamentinin sədri: Qarabağdakı quruculuq işlərinə şahidlik etmək çox sevindiricidir

Türkiyəli nazir: İlin sonunadək neft hasilatı daxili bazarın tələbatının 10 faizini ödəyəcək

Bakıda yanğına görə avtomobillərin hərəkətinə qoyulmuş məhdudiyyət götürülüb

Ağsu dolaylarında asfalt çöküb

Türkiyədə yüksəksürətli qatarlardan istifadə edənlərin sayı 86 milyonu ötüb

Ukrayna Silahlı Qüvvələri Rusiya gəmisinin məhv edilməsi barədə məlumat yayıb

Romada Azərbaycan musiqisindən ibarət konsert olub

Seyid İbrahim Rəisi: İranın Azərbaycanla əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür

Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb

Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib

Prezident İlham Əliyev: İran-Azərbaycan birliyi, dostluğu sarsılmazdır

Azərbaycan Prezidenti: Ümid edirəm ki, Ermənistan düzgün siyasət apararaq regional əməkdaşlığa ziyan yox, töhfə verəcək VİDEO

Latviya Respublikası Parlamentinin sədri Füzuliyə gəlib YENİLƏNİB

Prezident: Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir

Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub

Prezident İlham Əliyev: İranın Azərbaycanla Ermənistan arasında sülh sazişi məsələsinə dair dəstəyini alqışlayırıq

Prezident: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda “yaşıl enerji” mənbələrinin yaradılması bütün bölgəyə fayda verəcək VİDEO

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 8227 məktəbli iştirak edib

Prezident İlham Əliyev: İran-Azərbaycan dostluğu, qardaşlığı bölgənin sabitliyi üçün önəmli amildir VİDEO

Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil

Prezident: İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qalxıb

Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik

Prezident İlham Əliyev: “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir

Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib

Avstriyanın Lints şəhərinin nümayəndə heyəti Sumqayıtdadır

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

“Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə İstanbul Boğazında gəmilərin hərəkəti müvəqqəti dayandırılıb

Oğuzda qumbara və sursat aşkarlanıb

Sabah Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir

“Yaşıl muzey” interaktiv proqrama başlanılıb

“Rusiya – Azərbaycan” dəyirmi masası və ikitərəfli görüşlər keçirilib

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə yağış yağıb, şimşək çaxıb

Milli Kitabxanada Salman Mümtaz haqqında virtual və ənənəvi sərgi təqdim olunub

Bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə maarifləndirmə işi gücləndirilib

Gənc Tamaşaçılar Teatrında “Mənim ağ göyərçinim” tamaşası nümayiş edilib

Anna Skidan Polşada keçirilən turnirdə qızıl medal qazanıb

VI sinif şagirdləri üçün monitorinq keçirilir

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının elektron versiyaları oxucuların istifadəsinə verilib

Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Bu gün Xalq şairi Rəsul Rzanın doğum günüdür

Silahlı qruplaşma Sudanda 8 mülki şəxsi öldürüb

Almaniya Müdafiə Nazirliyi Ukraynaya dəstək üçün hökumətdən əlavə 3,8 milyard avro tələb edib

İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək

Pol Makkartni ilk britaniyalı milyarder musiqiçidir

Teleqram heşteqlər üzrə axtarış funksiyasını təkmilləşdirmək niyyətindədir

Çin kosmik sektorda casusluq hallarını aşkarlayıb

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

İqlim dəyişikliyi beyin xəstəlikləri olan insanların sağlamlığına mənfi təsir göstərir

Türkmənistanda şair Məhtimqulu Fəraqinin 60 metr hündürlükdə heykəli ucaldılıb

Türkiyədə “Akkuyu” AES-in ilk reaktor sistemlərinin sınaqları davam etdirilir

"Gəncləşən muğam" layihəsi Gəncədə

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

İtaliyaya keçmək istəyən 23 tunisli miqrant Aralıq dənizində itkin düşüb

Əfqanıstanda baş verən atışmada ölənlərin sayı 6-ya çatıb

Dövlət Teatr Muzeyi “Təbiəti duyaraq sev!” adlı tədbir keçirib

Elçin Bayramov: Şuşa tək Azərbaycanın deyil, dünyanın incisinə çevriləcək

Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş konsert proqramı

Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olunub

Azərbaycanla Belarus arasında əlaqələr uzun illərdir möhkəm təməllər üzərində qurulub – ŞƏRH

Bakıda “İslam dünyasının mədəni irsinin qorunması” mövzusunda keçirilən konfrans başa çatıb

"Gəncə" Azərbaycan millisinin voleybolçusunu transfer edib

Cevdet Yılmaz: TDT üçüncü dövlətlərin əməkdaşlıq etmək istədiyi güclü təşkilata çevrilib

Azərbaycan Dillər Universitetində “Tayvan məsələsi və yeni dövrdə Çinin birləşməsi işi” mövzusunda seminar keçirilib

Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Dünyanın qeyri-adi muzeyləri

Gürcüstan Prezidenti “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyub

32 ildən sonra Laçında ikinci dəfə toy sədası eşidilib FOTO

Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi Slovakiyaya məğlub olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Azərbaycan boksçuları “Heydər Əliyev Kuboku 2024” beynəlxalq turnirində 27 medal qazanıblar

Premyer Liqa: "Sabah", "Neftçi" və "Zirə"dən vacib qələbə

Sel suları Xaçmaz-Quba yolunda hərəkəti çətinləşdirib VİDEO

Papa Fransisk: Gəlin, müharibələrə son qoyaq

Beynəlxalq ekspert: Bratislava Bakını iqtisadi-ticarət və investisiya sahəsində Cənubi Qafqazda əsas tərəfdaş hesab edir – MÜSAHİBƏ

Əlahiddə Ümumqoşun Ordu müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Birinci xanım Mehriban Əliyeva instaqram hesabında Zəngilan səfəri ilə bağlı paylaşım edib VİDEO

Problemlərin inkarı Fransa üçün Afrikanın itirilməsi ilə nəticələndi, növbədə “xarici ərazilərdir” TƏHLİL

Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə monitorinq 7 mindən çox şagirdi əhatə edib

DSX-nin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib